Subscribe Unsubscribe
E-mail
 Sizin fikrinizcə Unibankın hansı məhsul çeşidi daha cəlbedicidir?
Depozitlər
Kreditlər
Plastik kartlar
Heç biri
Hər üçü
 
AZ      RU      EN      
  Ana səhifə   /   Fərdi müştərilər   /   Pul köçürmələri  


Unileasing «Biznes məqsədilə daşınmaz
əmlak» layihəni təqdim edir...
Ətraflı



Sən təkrarolunmazsan.
Öz kartını da o cür et

Ətraflı




      PRIVATE BANKING
      Hesablaşma-kassa xidməti
      Valyuta-mübadilə əməliyyatları
      Kreditlər
      Depozitlər
      Depozit qutuları
      Mikrokreditlər
      Avtomobil krediti
      Plastik kartlar
      Card to Card
      Çeklərin inkassosu
      American Express
      Pul köçürmələri
      Azercell və Nar Mobile
      Məsləhətlər
      “8558” unikal sms-xidməti
      İnternet-Bank
      Endirim Klub
      "VISA" Günləri
      QƏŞŞŞŞƏNG bir kampaniya!
      Online Ödənişlər











Pul köçürmələri. Daha Sərfəli!

Unibank vasitəsilə pul göndərin və ya alın və bonuslar əldə edin! Bir gün ərzində* Unibank-da 500$/500EUR (və ya 20 000 RUR) və daha artıq məbləğdə pul göndərənlər və ya alanlar mobil telefonlar üçün skretç kart (kontur kartı) şəklində bonus əldə edəcəklər.


*Əgər Siz bir gün ərzində bir neçə köçürmə göndərmiş və ya almışsınızsa, onda bonus ancaq məbləği 500$/500EUR (və ya 20 000 RUR)-a bərabər və ya artıq olan köçürmə üçün veriləcəkdir. Göstərilən limitdən aşağı olan köçürmələrə, hətta əgər onların məcmu məbləği 500$/500EUR (və ya 20 000 RUR)-dan artıq olsa belə, bonuslar tətbiq edilmir.


Bu gün, müasir dünyanın sürətlə inkişaf etdiyi bir dövrdə, bir çox hallarda iş yerini doğma evdən ayıran məsafə nəinki metrlərlə və ya kilometrlərlə, hətta bütöv ölkələrlə ölçülür. Və məhz bu zaman, Sizin doğmalarınız və yaxınlarınız Sizdən bu qədər uzaqda olduqda, Sizin onlara qayğı göstərməyiniz xüsusilə əhəmiyyətlidir.  Bu məsələdə Sizə pul köçürmələri sistemləri yardım edə bilərlər.

Pul köçürmələrinin həyata keçirilməsi prosesini daha rahat, səmərəli və qənaətcil etmək üçün, biz bankımızda eyni zamanda altı müxtəlif pul köçürmələri sistemini tətbiq etmişik:
  • Western Union
  • Contact
  • Bıstraya poçta
  • Faster
  • Xpress Money
  • Migom
  • Lider
  • Zolotaya Korona
  • Blizko
  • Coinstar

Bu köçürmələrin hər birinin öz üstünlükləri vardır və bizim mütəxəssislər həmişə onlardan Sizə daha çox uyğun gələnini təqdim etməyə hazırdırlar.



Western Union-un sayəsində Siz çətinlik çəkmədən dünyanın istənilən nöqtəsinə təcili pul köçürməsi həyata keçirə bilərsiniz, çünki Western Union - pul köçürmələrinin beynəlxalq sistemidir. Western Union ( Western Union Financial Services, Inc.) 1851-ci ildə təsis edilmişdir, 1871-ci ildən isə fərdi şəxslərin tapşırığı ilə, bank hesabları açılmadan, müasir rabitə vasitələrindən istifadə etməklə, pul köçürmələrini həyata keçirir. Hazırda dünyanın 189 ölkəsində Western Union-un 150 min məntəqəsi fəaliyyət göstərir, korporasiya tərəfindən tətbiq edilən ən yeni texnologiyalar isə cəmi bir neçə dəqiqəyə pulu istənilən məsafəyə köçürməyə imkan verir. Hər bir köçürmə dünya səviyyəli, pulun ancaq Sizin göstərdiyiniz şəxsə ödəniləcəyinə zəmanət verən, etibarlı təhlükəsizlik sistemi ilə mühafizə olunur.

Western Union-un sayəsində:

  • Siz, əziyyət çəkmədən dünyanın 189 ölkəsinə pulun köçürülməsini həyata keçirə bilərsiniz;
  • Köçürmənin həyata keçməsi üçün Sizə bank hesabı açmaq lazım gəlməyəcəkdir;
  • Artıq göndərilən vəsaitin köçürülməsinin həyata keçirilməsindən 5-10 dəqiqə sonra alıcının onları almaq imkanı olacaqdır;
  • Köçürməni Siz tamamilə pulsuz ala bilərsiniz.

Əgər Siz Western Union sistemi vasitəsilə pul köçürülməsi yerinə yetirmək qərarına gəlmişsinizsə və pul göndərən olmuşsunuzsa, onda Siz aşağıdakıları yerinə yetirməlisiniz:

  • Bbankın əməkdaşına Sizin şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz;
  • Aşağıdakıları göstərməklə, standart “Pulun göndərilməsi üçün” blankını doldurmalısınız:
  1. Köçürmənin məbləğini, yazı ilə və rəqəmlərlə;
  2. Alanın şəhərini və ölkəsini;
  3. Alanın tam adını;
  4. Sizin tam adınızı;
  5. Sizin telefonun nömrəsini; 
  6. Sizin ünvanınızı.

Blankı doldurduqdan sonra, Siz onu imzalamalı və şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə bankın işçisinə təqdim etməlisiniz. Daha sonra Siz, alıcıya göndərilməsini planlaşdırdığınız məbləği kassaya verməli və köçürülmə üçün komissiya haqqı ödəməlisiniz (komissiya mövcud Tariflərə müvafiq olaraq müəyyən edilir). Sizin verilənlərin emalından sonra bankın əməkdaşı Sizə xüsusi on rəqəmli nəzarət nömrəsini bildirəcəkdir, hansını ki, Siz pulu alana bildirməlisiniz. Daha artıq təhlükəsizlik üçün, pulu yola salarkən Siz, cavabı göstərilməklə, nəzarət sualı verə bilərsiniz. Nəzarət sualına düzgün cavab verildikdə, Sizin göndərdiyiniz pullar alana veriləcəklər.

Xüsusi şərtlər

  • Pul köçürmələri Azərbaycan Respublikasının Mərkəzi Bankın tələblərinə uyğun həyata keçirilir (Azərbaycan respublikasında resident və qeyri-rezidentlər üçün vayuta əməliyyatları haqqında Qaydalar)
  • 1000 manatdan artıq köçürmə rəsmiləşdirildikdə bank sizin adınıza cari hesab açır

Əgər Siz Western Union sistemi vasitəsilə həyata keçirilmiş pul köçürməsini almaq və pul alan olmaq qərarına gəlmişsinizsə, onda Siz aşağıdakıları yerinə yetirməlisiniz:

  • Aşağıdakıları göstərməklə, standart “Pulun alınması üçün” blankını doldurmalısınız:
  1. Sizin tam adınızı;
  2. Sizin ünvanınızı;
  3. Almaq ehtimalında olduğunuz məbləği;
  4. Sizə pul göndərənin tam adını;
  5. Sizə pul göndərənin telefonunun nömrəsini (əgər bu Sizə məlumdursa);
  6. Köçürmənin göndərildiyi şəhəri və ölkəni;
  7. Köçürmənin on rəqəmli nəzarət nömrəsini (əgər bu Sizə məlumdursa).

Siz həmçinin blankı öz şəxsi imzanızla təsdiqləməlisiniz. Zəhmət olmazsa, yadda saxlayın ki, bir qayda olaraq, Siz pulu, pul göndərənin Sizə göndərdiyi valyutada alacaqsınız. Lakin, Bəzi ölkələrdə ödəniş ancaq ABŞ dolları ilə həyata keçirilir.

Pul köçürməsinin yola salınması zamanı əlavə pullu xidmətlər Sizin istəyinizlə, haqqı ayrıca (“Western Union” sisteminin mövcud Tariflərinə əsasən) ödənilməklə, biz Sİzə həm də aşağıdakı xidmətləri təqdim edə bilərik:

  • Köçürmə ilə birlikdə məlumat (20 sözdən çox olmayaraq). Siz köçürmə ilə bərabər, onu blankın müvafiq bölməsinə latın şrifti ilə yazmaqla, qısa xəbər göndərə bilərsiniz;
  • Telefon vasitəsilə bildiriş (bəzi ölkələr üçün mümkündür). Əgər Siz göndərənsinizsə, Siz alanın, şəhərin kodu ilə birlikdə, telefon nömrəsini, habelə alanın yaşadığı şəhərin/ştatın/vilayətin adını göstərə bilərsiniz. Köçürmənin yola salınmasından keçən bir saat ərzində bankın nümayəndəsi alanı köçürmə haqqında məlumatlandıracaq, habelə pulu hansı ünvanda almaq mümkün olduğunu bildirəcəkdir. Alan yerində olmadıqda, “Western Union”-un nümayəndəsi iki gün ərzində (gündə üç dəfə) ona zəng vuracaqdır);
  • Pul köçürməsi üçün alanın ünvanına çatdırılması (bəzi ölkələr üçün mümkündür). Köçürmə alana, sonradan ödəniş vasitəsi kimi istifadə oluna biləcək çek şəklində çatdırıla bilər.

Zəhmət olmazsa, yadda saxlayın ki, hər hansı bir əlavə xidməti ödəməmişdən əvvəl, Siz bankın əməkdaşından onun köçürməni alanın ölkəsində həyata keçirilməsi imkanını dəqiqləşdirməlisiniz.



Lakin əgər Siz öz köçürmənizi Contact sisteminin vasitəsi ilə həyata keçirməyi qərara almısınızsa, onda biz bu xidməti Sizin diqqətinizə təqdim etməyə şadıq. Contact təcili pul köçürmələri sistemi - Rusiyanın, fiziki şəxslərin tapşırığı ilə, onlar üçün bank hesabı açılmadan, ABŞ dolları və AVRO ilə beynəlxalq pul köçürmələri, habelə RF rublu ilə köçürmələr həyata keçirən ilk sistemidir. Bu sistem Rusiya və əcnəbi müxbir-bankları və fərdi şəxslərə xidmət göstərilməsi üçün lisenziyaya malik olan ixtisaslaşdırılmış şirkətlər şəbəkəsinə əsaslanır.

Bu gün üçün Contact geniş şaxələnmiş şəbəkəyə malikdir – Rusiyada, ümumi şəkildə 400 şəhərdə 1100-dən artıq məntəqəyə malik olan 221 bank sistemin iştirakçısıdır. Contact həmçinin bütün MDB ölkələri ilə və Baltikyanı ölkələrlə də işləyir, burada, iştirakçı qismində 1000-dən artıq şəhərdə özünün 4150 məntəqəsi ilə, 60 bank çıxış edir. Konkret olaraq, Azərbaycanda Contact sistemi aktiv fəaliyyətdədir, burada sistem 70-ə yaxın xidmət məntəqəsinə malik olan 7 aparıcı bankla əməkdaşlıq edir. 

Contact həm də Bolqarıstanın və Livanın, Bosniyanın və Herseqovinanın bankları ilə işləyir. 2003-cü ilin sonundan Çinə və Türkiyəyə köçürmələr həyata keçirilir. Uzaq xaricdə sistem Belçikanın, Böyük Britaniyanın, Almaniyanın, İsrailin, İranın, İspaniyanın, Kanadanın, Birləşmiş Ərəb Əmirliklərinin, Portuqaliyanın, Polşanın, ABŞ-ın, İsveçrənin, İsveçin, praktiki olaraq bütün dünyada şöbələrə və agentliklərə malik olan 24 maliyyə şirkəti ilə işləyir. Ən yaxın zamanda tərəf-müqabillərə Finlandiyadan, İspaniyadan, ABŞ-dan və Rumıniyadan yeni şirkətlər qoşulacaqlar. Bütövlükdə, Contact sistemi üzrə dünyanın 80 ölkəsinə köçürmələr göndərmək və onlardan köçürmələr almaq mümkündür.

Əgər pul köçürərkən və ya alarkən, Siz Contact sistemindən istifadə etmək qərarına gəlmişsinizsə, nəzərə alın ki, bu sistemə aşağıdakılar xasdır:

  • Yüksək etibarlılıq;
  • Rahat və şəffaf köçürmələr həyata keçirmək imkanı;
  • Rahat ucot və hesabat aparılması.

Habelə, zəhmət olmazsa, yaddan çıxarmayın ki, əgər Siz Contact sistemi vasitəsi ilə pul köçürməsi həyata keçirmək yerinə yetirmək qərarına gəlmişsinizsə və pul göndərən olmuşsunuzsa, onda Siz aşağıdakıları yerinə yetirməli olacaqsınız:

  • Contact sisteminin iştirakçısı olan Unibank gəlməli, pul köçürməsinin göndərdiyiniz adama (yəni, alana)  verilməli olduğu ölkəni, şəhəri və bankı seçməlisiniz;
  • Bizim əməkdaşımıza Sizin şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz;
  • Bizim bankın əməkdaşı Sizə sənədlərin doldurulmasında tardım göstərəcək və Sizin köçürmənin unikal nömrəsini Sizə xəbər verəcəkdir;
  • Sonra Siz, köçürmənin məbləğini kassaya verməli və köçürülmə üçün (Contact sisteminin mövcud Tariflərinə müvafiq olaraq) komissiya haqqı ödəməlisiniz; 
  • Bundan sonra Sizə ancaq Sizin köçürməni alana onun bu pulları ala biləcəyi bankın ünvanını, pul köçürməsinin unikal nömrəsini və məbləğini bildirmək qalır.

Bu sistemin daha bir üstünlüyü ondan ibarətdir ki, pul köçürməsi sonrakı gündən gec olmayaraq, tam və alan şəxsdən hər hansı bir komission haqqı tutulmadan, ödəniləcəkdir.

Əgər Siz Contact sistemi vasitəsilə həyata keçirilmiş pul köçürməsini almaq və pul alan olmaq qərarına gəlmişsinizsə, onda Siz aşağıdakıları yerinə yetirməlisiniz:

  • Göndərəndən aşağıdakı məlumatı almalısınız:
  • Sizin adınıza göndərilmiş vəsaitin verilməli olduğu bankın ünvanını;
  • Köçürmənin nömrəsini;
  • Köçürmənin məbləğini.
  • Banka onun iş saatlarında müraciət etməlisiniz;
  • Bankın əməkdaşına, Sizin şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz;
  • Göndərilmiş məbləği tam almalısınız (zəhmət olmazsa, nəzərə alın ki, Contact sistemi vasitəsi ilə köçürmənin alınması zamanı Siz heç bir komission haqqı ödəməməlisiniz).

Contact sistemi ilə əhatə olunmuş ölkələr:

  • Azərbaycan
  • Belorus 
  • Belçika 
  • Bolqarıstan 
  • Burundi 
  • Böyük Britaniya
  • Almaniya 
  • Yunanıstan 
  • Gürcüstan 
  • Danimarka 
  • İsrail 
  • İran 
  • İspaniya 
  • Kazaxstan 
  • Kanada 
  • Kırğızıstan 
  • Latviya 
  • Litva Respublikası
  • Moldova 
  • Polşa 
  • Portuqaliya 
  • Puerto-riko
  • Rusiya Federasiyası
  • Rumıniya
  • Amerika Birləşmiş Ştatları
  • Tacikistan 
  • Özbəkistan 
  • Ukrayna 
  • Çexiya 
  • İsveçrə
  • İsveç
  • Estoniya



Əgər pul köçürməsi həyata keçirərkən, Siz Bıstraya poçta sistemindən istifadə etmək qərarına gəlmişsinizsə, onda Siz həmişə Unibank müraciət edə bilərsiniz.

Bistraya poçta hesab açılmadan köçürmələr sistemi Rusiyanın “İMPEKSBANK”-ı tərəfindən 2000-ci ildə təsis edilmişdir. Bu gün bu sistem çərçivəsində aşağıdakı xidmətlər təklif olunur:

  • Azərbaycan, Rusiya, Gürcüstan, Belarus, Kazaxstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Ukrayna arasında və Rusiya üzrə ekspress-köçürmələr; 
  • Rusiyadan Azərbaycana, Gürcüstana, Kazaxstana, Tacikistana, Ukraynaya, Türkiyəyə və əksinə ünvanlı köçürmələr;
  • İtaliyadan Rusiyaya ünvanlı köçürmələrin yola salınması.

Köçürmələr Rusiya ərazisində rus publları ilə həyata keçirilir, əgər köçürmə RF-nın hüdudlarından kənarda həyata keçirilirsə, onda köçürmənin valyutası ABŞ dollarları və Avro olur.

Bistraya poçta Sizə pul köçürmələrini aşağıdakı qaydada həyata keçirmək imkanı verir:

  • Cəld – ekspress-köçürmənin yerinə yetirilmə sürəti - cəmi 1 dəqiqə;
  • Sadə – köçürmənin yola salınması zamanı minimum rəsmiləşdirmə;
  • Qənaətcil – köçürmənin yerinə yetirilməsinə görə tutulan aşağı komission haqqı;
  • Əlverişli - Bistraya poçta pul köçürmələrini həyata keçirən məntəqələrin ümumi sayı iştirakçı ölkələrin ərazisində 3500-dən artıqdır.

Əgər Siz Bistraya poçta sistemi vasitəsilə pul köçürülməsi yerinə yetirmək qərarına gəlmişsinizsə və pul göndərən olmuşsunuzsa, onda Siz aşağıdakıları yerinə yetirməlisiniz:

  • Bankımızın əməkdaşına, Sizin şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz;
  • Köçürmənin yerinə yetirilməsi üçün sifarişi doldurmalısınız;
  • Alan şəxsin pasport göstəricilərini dəqiq xəbər verməlisiniz (onun pasportunda göstəricilərin latın qrafikası ilə göstərildiyi təqdirdə, biz Sizə həmçinin onların müvafiq şriftlə göstərilməsini tövsiyə edirik);
  • Köçürmənin məbləğini təqdim etməli, həmçinin köçürmə üçün komission haqqını (Bıstraya poçta sisteminin Tariflərinə əsasən) ödəməlisiniz;
  • Alan şəxsə köçürmənin, bizim əməkdaşımız tərəfindən Sizə bildirilən unikal nömrəsini xəbər verməlisiniz.

Əgər Siz Bistraya poçta sistemi vasitəsilə həyata keçirilmiş pul köçürməsini almaq və pul alan olmaq qərarına gəlmişsinizsə, onda Siz aşağıdakıları yerinə yetirməlisiniz:

  • Bankın əməkdaşına, Sizin şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz;
  • Bankın əməkdaşına köçürmənin, göndərənin Sizə verdiyi unikal nömrəsini bildirməlisiniz.

Bistraya poçta sistemi vasitəsi ilə köçürmənin dəyəri:

  • Yaxın xaric ölkələrinə xarici valyutada – köçürmənin məbləğinin 2%-i.



Əgər Siz, pul köçürməsi həyata keçirərkən, “Faster” sistemindən istofadə etməyə qərar vermişsinizsə, onda Siz həmişə “UniBank”-a müraciət edə bilərsiniz.

Bu sistem xidmətlərin göstərilməsi üzrə aşağıdakı üstünlüklərə malikdir:

  • Yüksək sürət – pulların köçürülməsi 1 dəqiqə ərzində baş verir;
  • Ekspress-köçürmələr bank hesabı açılmadan həyata keçirilirlər;
  • Pulların alınması və göndərilməsi üçün elektron ərizə forması;
  • Pulların köçürülməsi üçün əlverişli tarif;
  • Bütün Kazaxstan üzrə xidmət məntəqələrinin və tərəf-müqabil bankların MDB ölkələrində bölmələrinin geniş şəbəkəsi;
  • Minimum sənəd: şəxsiyyəti təsdiq edən sənəd (əsli);
  • Pul köçürməsinin daxil olması/ödənilməsi haqqında alan və göndərən üçün SMS-bildiriş.

Əgər Siz “Faster” sistemi vasitəsi ilə həyata keçirilən pul köçürməsini yerinə yetirməyə və pul göndərən olmağa qərar vermişsinizsə," Sizə lazım gələcəkdir:

  • Şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etmək
  • Alanın soyadını, adını, atasının adını göstərmək
  • Bankın, Sizin pul köçürmənizi alanın müraciət edəcəyi filialını göstərmək
  • Alanın S.A.A.-nın və filialın adının düzgünlyünü, pul köçürməsinin məbləğini yoxlamaq
  • Alana pul köçürməsinin rekvizitlərini (unikal nömrəni, kod sözünü, pul köçürməsinin məbləğini və öz S.A.A.-nızı) bildirmək.

Əgər Siz “Faster” sistemi vasitəsi ilə həyata keçirilən pul köçürməsini almağa və pul alan olmağa qərar vermişsinizsə," Sizə lazım gələcəkdir:

  • Şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etmək
  • Pul köçürməsinin unikal nömrəsini, kod sözünü və pul köçürməsinin məbləğini bildirmək
  • "Turan Aləm" bankının, Sizin pul köçürmənizin daxil olduğu filialını göstərmək
  • Göndərənin soyadını, adını, atasının adını göstərmək
  • Pulları almaq

Tariflər



Əgər, pul köçürməsi yerinə yetirərkən, Siz Xpress Money sistemindən istifadə etmək qərarına gəlmişsinizsə, onda Siz “Unibank”-a müraciət edə bilərsiniz.

Bu gün bu sistem daxilində, bank hesabı açılmadan, Sizə aşağıdakılar üzrə xidmətlər göstərilə bilər:

  • ABŞ dollarları ilə pul köçürmələrinin həyata keçirilməsi və alınması.

“Xpress Money” sistemi Sizə pul köçürməsini:

  • Tez
  • Etibarlı
  • Qənaətlə

həyata keçirmək imkanı verəcəkdir.

Əgər Siz “Xpress Money” sistemi vasitəsi ilə yerinə yetirilən pul köçürməsini həyata keçirmək və pul göndərən olmaq qərarına gəlmişsinizsə, onda Siz aşağıdakıları etməlisiniz:

  • Bizim bankın əməkdaşına Sizin şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz;
  • Haraya və nə qədər pul göndərmək istədiyinizi göstərməklə, köçürmənin həyata keçirilməsi üçün sifarişi doldurmalısınız;
  • Alanın pasport verilənlərini dəqiq bildirməlisiniz;
  • Köçürmənin məbləğini təqdim etməli, habelə köçürmə üçün komissiya haqqını (sistemin tariflərinə əsasən) ödəməlisiniz;
  • Bizim əməkdaşın Sizə bildirdiyi köçürmənin unikal nömrəsini alana bildirməlisiniz.

Əgər Siz Xpress Money sistemi vasitəsi ilə yerinə yetirilən pul köçürməsini həyata keçirmək və pul alan olmaq qərarına gəlmişsinizsə, onda Siz aşağıdakıları etməlisiniz:

  • Bizim bankın əməkdaşına Sizin şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz;
  • Bankın əməkdaşına köçürmənin göndərilən tərəfindən Sizə ötürülmüş unikal nömrəsini bildirməlisiniz. 

Xpress Money köçürməsinin dəyəri:

Köçürmənin məbləği (USD) Charges (USD)
0-100 5
100.01-200 7
200.01-300 10
300.01-400 12
400.01-500 16
500.01-750 18
750.01-1000 21
1000.01-1250 30
1250.01-1500 30
1500.01-1750 33
1750.01-2000 37
2000.01-2500 41
2500.01-3000 45
3000.01-4000 53
4000.01-4500 57
4500.01-5000 62



Əgər Siz, pul köçüməsini həyata keçirərkən, Migom sistemindən istifadə etmək qərarına gəlmişsinizsə, onda hər zaman Unibank-a müraciət edə bilərsiniz.

MIGOM pul köçürmələri sistemi aşağıdakı üstünlüklərə malikdir:

  • Pul köçürməsinin yerinə yetirilməsinin maksimal sürəti – cəmi 10 dəqiqə;
  • Aşağı komissiya tarifləri – 2%-dən 3%-ə qədər;
  • Təhlükəsizlik;
  • Pul köçürməsinin komissiyasız ödənilməsi;
  • Pul köçürməsinin rəsmiləşdirilməsi zamanı sadəlik.
Bu sistem çərçivəsində Siz, bank hesabı açmadan, ABŞ dolları, Rus rublu və Avroda pul köçürmələri yerinə yetirə bilərsiniz.

Əgər Siz, Migom sistemindən istifadə etməklə pul köçüməsini həyata keçirmək qərarına gəlmişsinizsə, onda Siz aşağıdakıları yerinə yetirməli olacaqsınız:
  • Bizim bankın əməkdaşına Sizin şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz;
  • Alanın dəqiq pasport verilənlərini göstərməklə, köçürmənin yerinə yetirilməsi üçün sifarişi doldurmalısınız;
  • Köçürmənin məbləğini təqdim etməli, habelə köçürülmə üçün komissiya haqqını (sistemin Tariflərinə əsasən) ödəməlisiniz;
  • Operatordan köçürmənin 9 rəqəmdən ibarət olan nəzarət nömrəsini (KNN), habelə köçürmənin alınacağı şəhərdə MIGOM məntəqələrinin siyahısını almalısınız;
  • Alıcını köçürmə haqqında xəbərdar etməli və ona KNN-i, habelə köçürmənin məbləğini, göndərənin S.A.A,-nı və alanın şəhərində MIGOM məntəqələrinin siyahısını xəbər verməlisiniz.
Əgər Siz, Migom sistemindən istifadə etməklə pul köçüməsini alan olmuşsunuzsa, onda Siz aşağıdakıları yerinə yetirməli olacaqsınız:
  • Bankın əməkdaşına Sizin şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz;
  • Köçürmənin nəzarət nömrəsini (KNN) göstərməklə, köçürmənin alınması üçün ərizəni doldururmalısınız;
  • Pul vəsaitini almalısınız.
MIGOM sistemi ilə əhatə olunan ölkələr:
  • Abxaziya
  • Azərbaycan
  • Belorusiya
  • Gürcüstan
  • Kazaxstan
  • Qırqızstan
  • Latviya
  • Moldaviya
  • Pridnestrovye
  • Rusiya
  • Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
  • Tacikistan
  • Özbəkistan
  • Ukrayna
  • Fransa
  • Çexiya
«MIGOM» pul köçürməsi üzrə tariflər
ABŞ dolları ilə

Köçürmənin məbləği ABŞ dolları ilə Komissiya
1-100 4
100.01-200 5
200.01-300 7
300.01-400 9
400.01-500 12
500.01-600 15
600.01-700 18
700.01-800 21
800.01-900 24
900.01-1000 27
1000.01-1500 30
1500.01-2000 40*

*  2000 ABŞ dollarından artıq pul köçürmələri üçün hər növbəti 500 ABŞ dolları üçün 10 (on) ABŞ dolları komissiya haqqı əlavə olunur.

«MIGOM» pul köçürməsi üzrə tariflər
Rus rublu ilə


Köçürmənin məbləği Rus rublu Komissiya
1 000,00 -dən az
20,00
1 000,013 000,00 40,00
3 000,016 000,00 90,00
6 000,0110 000,00 160,00
10 000,01 – 15 000,00
250,00
15 000,01 – 20 000,00 350,00
20 000,0130 000,00 500,00
30 000,0140 000,00
700,00
40 000,0150 000,00 900,00
50 000,0065 000,00 1 150,00
65 000,0180 000,00 1 450,00
80 000,01100 000,00 1 800,00*

* 100 000,00 Rus rublundan artıq pul köçürmələri üçün hər növbəti 20000,00 Rus rublu üçün 300,00 Rus rublu komissiya haqqı əlavə olunur.



“LİDER” Beynəlxalq Pul Köçürmələri” – fiziki şəxslər üçün Ani Pul Köçürmələri Sistemidir. ”LİDER” sistemi – Rusiyanın MDB ölkələri ərazisində pul köçürmələri bazarının əsas oyunçularından biridir. ”LİDER” sisteminin məqsədi – pul köçürmələrini minimal xərclə və etibarlılıq zəmanəti ilə təcili göndərmək və ya almaq istəyənlərin tələbatının ödənilməsidir.

”LİDER” Sisteminin üstünlükləri:

  • Köçürmə üçün aşağı komissiya haqqı – Unibank-da bu komissiya haqqı istənilən köçürülən məbləğin 1,2%-dən təşkil edir;
  • Ani köçürmə sürəti;
  • Köçürməni RF rublu, ABŞ dolları və AVRO ilə həyata keçirmək imkanı
  • Köçürülmüş pulu təyinat ölkəsinin istənilən məntəqəsində almaq olar;
  • Pul göndərənin alanın dəqiq ünvanını göstərməsi tələb olunmur;
  • Köçürmələrin təhlükəsizliyi və etibarlılığı xüsusi proqram konpleksi ilə təmin olunur;
  • Köçürmənin vəziyyəti haqqında pulsuz SMS-məlumatlandırılma.

Əlavə pulsuz xidmət:

  • Pul köçürməsinin yerinə yetirilməsi zamanı Siz müşayiətedici mətn (20 sözə qədər) göndərə bilərsiniz;
  • ”LİDER” sistemi pul alanı köçürmə haqqında elektron poçtla xəbərdar edəcəkdir.

”LİDER” sisteminə xidməti və onun fəaliyyətinin təminatını  “LİDER” EKC QSC həyata keçirir ”LİDER” sisteminin köçürmələrin göndərilməsi və qəbulu məntəqələri Rusiyada, MDB və Uzaq Xaric ölkələrində yerləşmişlər. ”LİDER” sisteminin məntəqələrinin sayı dail artmaqdadır.


“Zolotaya korona – Pul köçürmələri” – Rusiyanın və MDB ölkələrinin, dünyanın 190-dan artıq ölkəsinin ərazisində 13 500-dən artıq məntəqəsi olan, hesab açılmadan ani pul köçürmələri sistemidir. Cari ilin əvvəlinə bütün MDB-nin ərazisində yerləşən 250-dən artıq bankı sistemin tərəf-müqabilidirlər.

Zolotaya korona” pul köçürmələri sisteminin üstünlükləri:

  • Sürət – pul köçürməsini onun göndərilməsindən bir neçə saniyə sonra almaq olar.
  • Mənfəət – Rusiya və MDB üzrə pul köçürməsinin həyata keçirilməsi üçün komissiya haqqı — 1,5%-dən başlayaraq. Köçürmənin valyutası – rubl, dollar, avro.
  • Rahatlıq – ancaq köçürmənin göndərildiyi ölkəni və şəhəri göstərmək kifayətdir. Alıcı köçürmənin onun özü üçün ən əlverişli verilmə məntəqəsini seçə bilər.

Pul köçürməsini almaq üçün, Siz aşağıdakıları etməlisiniz:

  • Şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olmalıdır.
  • Bankın operatoruna köçürmənin nömrəsini bildirməyiniz kifayətdir.
  • Köçürmənin məbləğini bildirməlisiniz.

Bir pul köçürməsinin maksimal məbləği 500 000 rubl və ya 20 000 ABŞ dollarının rubl ekvivalenti təşkil edir

BLIZKO pul köçürmələri – fiziki şəxslərin təcili pul köçürmələri sistemidir. Köçürmələr rus rublu, ABŞ dolları və avro ilə həyata keçirilə bilərlər. Hər bir BLIZKO pul köçürməsi 8 rəqəmli unikal Nəzarət nömrəsi ilə etibarlı mühafizə olunur.

BLIZKO sistemi üzrə köçürmənin yola salınmasından 1 dəqiqə sonra, pul köçürməsi təyinat ölkəsi hüdudlarında, sistemin istənilən xidmət məntəqəsində, onun hansı şəhərə göndərilməsindən asılı olmayaraq, alınmaq üçün mümkün olur. Bu, Alanın Göndərən tərəfindən bəyan edilmiş yaşayış məntəqəsindən fərqli yerdə olduğu halda, köçürmənin alınmasını əhəmiyyətli dərəcədə yüngülləşdirir.

Əlavə pulsuz xidmətlər:

  • Köçürmə ilə birlikdə Alana 50 simvol daxilində məlumatın göndərilməsi;
  • Alanın e-mail-nə köçürmənin göndərilməsi haqqında bildirişin göndərilməsi.

BLIZKO pul köçürmələri sistemi pul vəsaitlərinin köçürmələrini cəld, rahat, etibarlı və sadə şəkildə, aşağı tariflərlə, istiqamətdən və BLIZKO müştərilərə xidmət məntəqəsindən asılı olmayaraq, həyata keçirməyə imkan verir.

BLIZKO Sistemini tarifləri
BLIZKO pul köçürmələrinin göndərilməsi üzrə tariflər, xarici valyutada (ABŞ dolları və ya AVRO)


Köçürmənin məbləği Komissiya haqqı
100,00-ə qədər  2
100,01 – 200,00  4
200,01 – 300,00  6
300,01 -  400,00  8
400,01  - 500,00  10
500,01 – 600,00  12
600,01 – 700,00  14
700,00 – 800,00  16
800,01  - 900,00  18
900,01  -  1000,00  20
1000,01 – 1250,00  25
1250,01 – 1500,00  30
1500,01 – 1750,00  35
1750,01 – 2000,00  40
2000,01 - 2500,00  50
2500,01 – 3000,00  60
3000,01 – 3500,00  70
3500,01 – 4000,00  80
4000,01 – 4500,00  90
4500,01 – 5000,00  100
5000,01 – 5500,00  110
5500,01 – 6000,00  120
6000,01 – 6500,00  130
6500,01 – 7000,00  140
7000,01 – 7500,00  150
7500,01 – 8000,00  160
8000,01 - 8500,00  170
8500,01 - 9000,00  180
9000,01 – 9500,00  190
9500,01 – 10 000,00  200

BLIZKO pul köçürmələri sistemində, müstəsna olaraq pul köçürməsinin məbləğindən və valyutasından asılı olan, təsbit olunmuş aşağı tariflər müəyyən edilmişlər.



Coinstar Money Transfer (CMT) dünyanın 143-dən artıq ölkəsində özəl şəxslərə pul köçürmələri xidməti təqdim edir. Bu sistemin başlıca üstünlüyü – CMT vasitəsilə köçürülmə zamanı pullar, verilənlərin sistemə daxil edilməsindən bir neçə dəqiqə sonra, alana çatırlar.

Coinstar (Travelex) Money Transfer – bu 143 ölkə və 40 000 bank şöbəsi, aeroportlarda və köçürmələrə xidmət edən digər məntəqələrdə Travelex və Òhomas Cook maliyyə bürolarıdır. Yəni, dünyanın əhəmiyyətli ölkələrinin əksəriyyəti – onlarda isə bütün başlıca şəhərlər – Sizin pul köçürmənizi, artıq onun rəsmiləşdirilməsindən 20 dəqiqə keçdikdən sonra, verməyə hazır olan sıx maliyyə mərkəzləri şəbəkəsinə malikdir.

Coinstar tarif planının xüsusiyyəti – onun unifikasiyasıdır. Uzaq xaricin istənilən ölkəsinə, Rusiyaya və Ukraynaya köçürmələr üçün, ancaq ABŞ dolları ilə və ya Avroda eyni rəqəmlərdə olan məbləğin ölçüsündən asılı olan, eyni təsbitlənmiş komissiya haqqı ödənilir.

Coinstar – xaricə göndərilmə sahəsində qiymət/coğrafiya nisbəti üzrə liderdir.

Köçürmələrin (MDB və Baltika ölkələrindən və Uzaq Xaric ölkələrindən) həyata keçirilməsi üçün, tarifləri


Köçürmənin məbləği Xidmət üçün haqq
0-100 3
101-200 6
201-300 10
301-400 14
401-500 18
501-750 25
751-1250 30
1251-1750 40
1751-2250 55
2251-2750 75
2751-3000 85
3001-5000 95






   
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57
Tel: (+994 12) 498 22 44
Faks: (+994 12) 498 09 53
bank@unibank.az
 
Ünvan: Gəncə ş., AZ2003,
Atatürk pr. 249,
Tel: (+994 22) 56 95 99
Faks: (+994 22) 56 77 64
  Burada Siz bizim bankomatların yerləşdirilməsini görə bilərsiniz

 

 
© 2003-2008 Unibank, bank@unibank.az
Tel.: (+994 12) 498 22 44



Məzmun