İndi Siz günün istənilən vaxtı, həftənin istənilən günü sadəcə bir neçə dəqiqə ərzində pul göndərə və ya ala bilərsiniz. Bunun üçün Sizin sadəcə olaraq Unibank-ın plastik kartının sahibi olmağınız və bankın “card to card” xidmətindən istifadə etməyiniz kifayətdir.
Əgər Siz pul vəsaiti göndərmək istəyirsinizsə, “card to card” xidməti Sizin üçün ideal vasitədir.
Pul vəsaitini göndərmək üçün Siz aşağıdakıları etməlisiniz:
Plastik kartınızı Unibankı-ın ATM-nə qoymaq
Xidmətin dilini seçmək
Kartınızın PİN kodunu daxil etmək
“Pul köçürmələri” funksiyasını seçmək
“Köçürüləcək mənləğin valyutasını” seçmək
Köçürməni alan şəxsin kartının nömrəsini daxil etmək (16 rəqəm)
Köçürməni alan şəxsin kartının istifadə müddətini göstərmək (ayil, məsələn 0707)
Köçürmənin məbləğini göstərmək
Bütün verilənlərin düzgünlüyünü təsdiqləmək – bütün məlumat bankomatın displeyində əks olunacaq. (Əgər sorğuda səhvə yol vermisizsə, bankomatda “Cancel” düyməsini basın və bütün verilənləri yenidən daxil edin).
Çeki almaq
Pul köçürməsi zamanı Sizdən köçürülən məbləğin 0,2%-i məbləğində komissiya haqqı tutulur (minimum 0,5 AZN). Əgər Sizin göndərmək istədiyiniz pul vəsaiti hesabınızın valyutasından fərqlidirsə, Sizdən həmçinin konvertasiya əməliyyatına görə 0,5% komissiya haqqı tutulacaq. Pul köçürməsini Siz ancaq Unibank-ın bankomatlarından həyata keçirə bilərsiniz.
Əgər karta köçürülmüş pul vəsaitini almalısınızsa, Siz «card to card» xidmətindən istifadə edə bilərsiniz.
Pul vəsaitini almaq üçün Siz:
Pul vəsaitini göndərən şəxsə plastik kartınızın 16 rəqəmli nömrəsini bildirirsiniz
Pul vəsaitinin göndərilməsini gözləyib, pulu kartınızdan adi üsulla çıxarırsınız.
Pul vəsaitini istənilən bankomatdan ala bilərsiniz.
Pul vəsaitinin alınmasına görə bank Sizdən heç bir komissiya haqqı tutmur, komissiya yalnız, bankın mövcud tariflərinə əsasən, nağd pulun çıxarılmasına və konvertasiya əməliyyatına görə (əgər həyata keçirilibsə) tutulur.
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57 Tel: (+994 12) 498 22 44