Bankımızda fəaliyyət göstərən kompleks kassa-hesablaşma sistemi Sizə aşağıdakı xidmətləri təqdim etməyə edir:
tələbli hesabın açılması;
Azərbaycanda üzrə, istərsə də xaricdə nağdsız hesablaşmaların həyata keçirilməsi;
Valyutamübadiləsi;
əməliyyatlar üzrə və hesabın vəziyyəti haqqında arayışların və çıxarışların, ödəniş sənədlərinin surətlərinin alınması;
hesaba nağd pul vəsaitinin daxil edilməsi, hesabdan nağd pul vəsaitinin çıxarılması;
nağd pulun xırdalanması.
Biz Sizə həmçinin bir sıra əlavə xidmətlər təklif edirik:
kassa-hesabat əməliyyatlarının aparılması qaydası haqqında məsləhət;
Müştərinin hesablarına köçürülmüş pul vəsaitləri haqqında sorğunun həyata keçirilməsi;
ötən dövr ərzində hesabın tarixçəsi haqqında məlumatla təmin edilmə.
Bankda fəaliyyət göstərən S.W.I.F.T., AZIPS, XÖHKS elektron ödəniş sistemləri istər respublikanın ərazisində, istərsə də xaricə zəmanət verilən pul köçürmələrinin tez və keyfiyyətlə həyata keçirilməsinə imkan yaradır.
Manatla və xarici valyutada hesabın açılması üçün zəruri olan sənədlər:
hesabın açılması üçün ərizə (hər bir hesab növü üçün 1 nüsxə);
imzaların nümunələri (1 nüsxə);
şəxsiyyətin təsdiq edən sənəd.
Əgər Siz sahibkarlıq fəaliyyəti həyata keçirmək hüququna maliksinizsə, bizə həm də aşağıdakıları təqdim etməlisiniz:
Statistika üzrə Dövlət Komitəsindən şəhadətnamə (notarial qaydada təsdiq edilmiş surəti);
Vergilər Nazirliyindən şəhadətnamə-dublikat (hər bir hesab növü üçün 1 nüsxə);
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhadətnamə-dublikatı (hər bir hesab növü üçün 1 nüsxə).
Bank hesablarının açılması və aparılması, bankın mövcud Tariflərinə müvafiq olaraq bağlanan, kassa-hesablaşma xidmətinin göstərilməsi haqqında Müqavilənin əsasında həyata keçirilir.
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57 Tel: (+994 12) 498 22 44