Öz vəsaitinin qorunmasını kiməsə etibar etmək və buna görə hələ bir pul da almaq – boynunuza alın ki, bu cəlbedici perspektivdir. Əlavə hədiyyələr əldə etmək isə ikiqat xoşdur. Buna görə də biz Sizin diqqətinizə bizim “Müddətli” əmanətimizi təqdim edirik.
“Müddətli” depozitin bir çox üstünlükləri vardır, və onlardan ancaq bəziləri bunlardır:
“Müddətli” depozitin sayəsində Siz bizim bankda vəsaitinizi istər 3ayliq, 6 aylıq və 12 aylıq, istərsə də 18 aylıq yerləşdirə bilərsiniz
Bütün “Müddətli” depozit əmanətçiləri, öz depozitinin 90%-i həcmində güzəştli faiz dərəcələri ilə kredit xətti ala bilərlər
Əmanətin rəsmiləşdirilməsi üçün Sizin üstünüzdə Sizin şəxsiyyətinizi təsdiq edən sənədinizin olması zəruridir. “Müddətli” depozit üzrə əmanətin minimum həcmi 1000 manat, 1000 Avro və ya 1000 ABŞ dolları təşkil edir.
Unibank “Müddətli” depozit əmanətçiləri üçün həm də bonus sistemini işləyib hazırlamışdır. Konkret olaraq, müxtəlif məbləğləri əmanətə qoymaqla, Siz, üzərinə faizlərin hesablanacağı müxtəlif növ plastik kartları ala bilərsiniz.
Əmanətin məbləği (AZN, USD, EUR)
Plastik kart
1000-5000
Visa Electron və ya MC Maestro
5000-20000
Visa Classic və ya MC Standard
20000-50000
Visa Gold və ya MC Gold
Áîëåå 50000
Visa Platinum və ya MC Platinum
Əgər Siz Banka 50 000 AZN, USD və ya EUR-dan artıq məbləğdə əmanət qoymuşsunuzsa, Sizə bonus qismində pulsuz Priority Travel güzəşt zərfi təqdim ediləcəkdir.
Biz əmanətin qorunması və sirri üçün Sizə zəmanət veririk.
Proqressiv
“Proqressiv” əmanət çərçivəsində biz Sizə universal bank məhsulu – öz pullarınızı ümumi müddət bitənə qədər, özü də bu zaman heç bir şərimə ödəmədən və faiz itirmədən, götürmək imkanı təklif edirik.
“Proqressiv” əmanət çərçivəsində Siz aşağıdakı imkanları əldə edirsiniz:
Azərbaycan manatı Avro və ya ABŞ dolları ilə əmanət qoyuluşunu həyata keçirmək;
Faiz dərəcəsinin vaxt keçdikcə yüksəlməsindən əlverişli istifadə etmək;
Əmanətin bütöv məbləğinin və hesablanmış faizlərin eyni zamanda götürülməsi;
Əmanətin rəsmiləşdirilməsi üçün, üstünüzdə Sizin şəxsiyyətinizi təsdiq edən sənədinizin olması zəruridir.
“Proqressiv” depoziti üzrə əmanətin minimum həcmi 500 manat, 500 Avro və ya 500 ABŞ dolları təşkil edir.
Müddət
AZN
USD
EUR
3 aya qədər
3%
3%
-
3 aydan 6 aya qədər
4%
4%
1%
6 aydan 9 aya qədər
6%
6%
2%
9 aydan 12 aya qədər
7%
7%
3%
12 ay
10%
10%
5%
Bütün “Proqressiv” depozit əmanətçiləri, öz depozitinin 90%-i həcmində güzəştli faiz dərəcələri ilə kredit xətti ala bilərlər
Biz əmanətin qorunması və sirri üçün Sizə zəmanət veririk.
Yığım
Biz pul yığmağa çalışırıq, lakin ilk baxışdan xırda görünən alışmalar edərək, nəticədə büdcəmizdə əhəmiyyətli, bizi həmin arzuladığımız əşyanın alınmasından uzaqlaşdıran, boşluq aşkar edirik.
Sizə, pulunuzu məqsədyönlü yığmaqda və özünüzü bu gün arxayın hiss etməkdə və sabaha planlar qurmaq imkanı əldə etməkdə yardım göstərmək üçün, biz Sizə bizim “Yığım” əmanətimizi təklif edirik.
“Yığım” sadəcə olaraq bir dəfə pulu banka qoymaq deyil, həm də daim öz hesabınızı artırmaq imkanı verir. Bundan əlavə, bu depozit “üçüncü şəxsin” adına da rəsmiləşdirilə bilər (Əmanətin üçüncü şəxsin adına rəsmiləşdirilməsi zamanı, özünüzün şəxsiyyət vəsiqənizdən əlavə, həmin şəxslə qohumluğunuzu təsdiq edən sənədi də təqdim etmək lazımdır).
Xüsusilə mühüm haldır ki, biz Sizə faizləri təkcə birinci dəfə qoyduğunuz vəsait üçün deyil, həm də Sizin bütün sonrakı əmanət artımlarınız, habelə artıq hesablanmış faizlər üçün faiz ödəyəcəyik.
“Yığım” əmanəti vəsaiti 1 il müddətinə qoymaq imkanı verir, lakin əgər Siz ondan sonra da pullarınızı bankda saxlamaq istəsəniz, onda Sizin depozit müqaviləniz avtomatik olaraq prolonqasiya olunacaqdır (yəni, onun vaxtı uzadılacaqdır).
AZN
USD
EUR
9%+2% bonus
9%+2% bonus
4%+2% bonus
* 2%-lik bonus o halda ödənilir ki, Siz hər ay depozitin əsas məbləğinə əmanət artımı həyata keçirmisiniz. Bu halda Sizin əmanətin faiz dərəcəsi yenidən hesablanacaq və 11% (Azərbaycan manatı ilə olan əmanətlər üçün), 9% (Avroda olan əmanətlər üçün) və ya 11% (ABŞ dolları ilə olan əmanətlər üçün) təşkil edəcəkdir.
Əmanətini rəsmiləşdirilməsi üçün Sizin üstünüzdə Sizin şəxsiyyətinizi təsdiq edən sənədinizin olması zəruridir.
“Yığım” depoziti üzrə ilkin əmanətin minimum həcmi 200 Azərbaycan manatı, 200 Avro və ya 200 ABŞ dolları təşkil edir. Əmanət artımının minimum məbləği Azərbaycan manatı, 50 Avro və ya 50 ABŞ dolları 50 təşkil edir.
Biz əmanətin qorunması və sirri üçün Sizə zəmanət veririk.
Faizlər Əvvəlcədən
İnsan belə yaranıb ki, hər şeyi və birdən əldə etməyə can atır. Yəqin ki buna görə də, bankda depozit açarkən, bir çox əmanətçilər faizləri əvvəl almaq istəyirlər. Yayda, məzuniyyəti mənalı keçirmək və ya sadəcə xərcləri optimallaşdırmaq istədikdə, biz Sizi Bankımızda əmanət açmaq və faizlərnizi avansla almağa dəvət edirik.
Əmanətin müddəti
Àvansin ödənilməsi zamani faiz dərəcələri, illik %-lə
AZN
USD
EUR
6 ay
8,3
8,3
2,5
12 ay
9,0
9,0
4,0
Əgər əmanət vaxtından əvvəl çıxarılarsa, faizlərin yenidən hesablanması aşağıdakı qaydada həyata keçirilir. Əgər əmanət:
180 günə qədər saxlanılarsa, - illik 1% olmaqla
180 gün və daha çox saxlandıqdan sonra çıxarılarsa, hesablanmış faizlərin ümumi məbləğinin 40%-i ödənilir.
“Faizlər əvvəlcədən” Əmanət növündə maksimal məbləğ üçün məhdudiyyət nəzərdə tutulmur!
Brilliant depozit
Brilliant Depozit aksiyası uduşların nəticələri :
Lotereyanın birinci uduşu 22 aprel 2008-ci il tarixində keçirilmişdir. Ümumi çəkisi 1 karat olan üç brilyantın qalibi, “Progressiv” əmanətinin sahibi oldu.
İkinci uduş 22 may 2008-ci ildə həyata keçirilmişdir. Ümumi çəkisi 1 karat olan üç brilyantın qalibi, “Progressiv” əmanətinin sahibi oldu.
Üçüncü uduş 23 iyun 2008-ci ildə həyata keçirilmişdir. Ümumi çəkisi 1 karat olan üç brilyantın qalibi, “Müddətli” əmanətinin sahibi oldu.
Dördüncü uduş 21 iyul 2008-ci ildə həyata keçirilmişdir. Ümumi çəkisi 1 karat olan üç brilyantın qalibi, “Müddətli” əmanətinin sahibi oldu.
Beşinci uduş 22 avqust 2008-ci ildə həyata keçirilmişdir. Ümumi çəkisi 1 karat olan üç brilyantın qalibi, “Proqressiv” əmanətinin sahibi oldu.
Altıncı uduş 22 sentyabr 2008-ci ildə həyata keçirilmişdir. Ümumi çəkisi 1 karat olan üç brilyantın qalibi, “Müddətli” əmanətinin sahibi oldu.
Yeddinci uduş 22 oktyabr 2008-ci ildə həyata keçirilmişdir. Ümumi çəkisi 1 karat olan üç brilyantın qalibi, “Müddətli” və “Yığım” əmanətlərinin sahibi oldu.
Səkkizinci uduş 21 noyabr 2008-ci ildə həyata keçirilmişdir. Ümumi çəkisi 1 karat olan üç brilyantın qalibi, “Müddətli” əmanətinin sahibi oldu.
Doqquzuncu uduş 22 dekabr 2008-ci ildə həyata keçirilmişdir. Ümumi çəkisi 1 karat olan üç brilyantın qalibi, “Müddətli” əmanətinin sahibi oldu.
Onuncu uduş 22 yanvar 2009-cu ildə həyata keçirilmişdir. Ümumi çəkisi 1 karat olan üç brilyantın qalibi, “Proqressiv” əmanətinin sahibi oldu.
On birinci uduş 23 fevral 2009-cu ildə həyata keçirilmişdir. Ümumi çəkisi 1 karat olan üç brilyantın qalibi, “Müddətli” əmanətinin sahibi oldu.
On ikinci uduş 16 mart 2009-cu ildə həyata keçirilmişdir. Ümumi çəkisi 1 karat olan üç brilyantın qalibi, “Müddətli” əmanətinin sahibi oldu.
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57 Tel: (+994 12) 498 22 44