Subscribe Unsubscribe
E-mail
 Sizin fikrinizcə Unibankın hansı məhsul çeşidi daha cəlbedicidir?
Depozitlər
Kreditlər
Plastik kartlar
Heç biri
Hər üçü
 
AZ      RU      EN      
  Ana səhifə   /   Fərdi müştərilər   /   Plastik kartlar  


Unileasing «Biznes məqsədilə daşınmaz
əmlak» layihəni təqdim edir...
Ətraflı



Sən təkrarolunmazsan.
Öz kartını da o cür et

Ətraflı




      PRIVATE BANKING
      Hesablaşma-kassa xidməti
      Valyuta-mübadilə əməliyyatları
      Kreditlər
      Depozitlər
      Depozit qutuları
      Mikrokreditlər
      Avtomobil krediti
      Plastik kartlar
      Card to Card
      Çeklərin inkassosu
      American Express
      Pul köçürmələri
      Azercell və Nar Mobile
      Məsləhətlər
      “8558” unikal sms-xidməti
      İnternet-Bank
      Endirim Klub
      "VISA" Günləri
      QƏŞŞŞŞƏNG bir kampaniya!
      Online Ödənişlər











Plastik kartlar

İndi plastik kartlarınızdan istifadə edərək, şəhərimizin fərqli ticarət mərkəzlərində endirimlər əldə edəcəksiniz. Burda endirim klubumuzun tam siyahısı ilə tanış ola bilərsiniz. Güzəştlərimizdən faydalanmaq üçün klubumuza daxil olan mağazalar və ticarət obyektlərində sadəcə müvafiq plastik kartı göstərmək lazımdır. Ümid edirik ki, endirimlərimiz ürəyinizcə olacaq.

Nağd pul artıq çoxdandır ki, hesablaşmaların ən rahat vasitəsi deyildir. Üstünüzdə nağd pul olarkən, Siz daim onların qorunması barədə narahat olursunuz, xaricə səfərlər zamanı isə Siz onların ölkədən çıxarılmasına görə gömrük rüsumları ödəməli olursunuz. Məhz buna görə bu gün nağd pul get-gedə öz mövqeyini plastik kartlara verir.

Biz Sizə iki ən iri beynəlxalq ödəniş sisteminin, manatla, dollarla və avro ilə, plastik kartlarını təklif edirik:

Visa International

İyun ayının 16-dan etibarən Unibankda Visa Günləri başladı. Aksiya haqqında ətraflı məlumatı buradan ala bilərsiniz.

  1. Visa Electron
  2. Visa Classic Smart
  3. Click
  4. AlKart
  5. Visa Gold

MasterCard

  1. Maestro
  2. MasterCard Standard
  3. MasterCard Gold

Plastik kartlar Sizə aşağıdakı imkanları verirlər: 

  • pul vəsaitlərinin rahat və təhlükəsiz saxlanılması, çünki kart məxfi PİN-kodla qorunmuşdur, və plastik kartın itirildiyi və ya oğurlandığı hallarda hesabdakı pullar tam olduğu kimi qalırlar;
  • dünyanın istənilən nöqtəsində, sutkada 24 saat ərzində, banka müraciət etmədən, bankomatlardan pul vəsaitinin çıxarılması;
  • ölkə daxilində və onun hüdudlarından kənarda malların və xidmətlərin ödənilməsi;
  • Sizin İnternet vasitəsilə həyata keçirdiyiniz “on-line” sifarişlərin ödənilməsi;
  • Sizin birinci tələbinizlə, Sizin kart hesabınızdakı hər hansı dəyişikliklər barədə ətraflı hesabatın alınması;
  • öz məsrəflərinizin və gəlirlərinizin kart hesabı üzrə alınmış çıxarışların əsasında təhlil edilməsi və planlaşdırılması;
  • bir hesaba ailə üzvləri üçün bir neçə əlavə kartın, onlara müəyyən limit müəyyən etməklə və ya bunsuz, rəsmiləşdirilməsi.

Plastik kartı əldə etmək üçün Siz ancaq Sizin şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməli və kartın dəyərini ödəməli, habelə, zərurət olduqda, sığorta depozitini ödəməlisiniz. Sığorta depoziti ancaq o zaman ödənilir ki, Siz özünüz üçün “VISA Classic” və “VISA Gold” kartını sifariş verirsiniz.

Kartı əldə edərkən, Siz həmçinin içərisində fərdi eyniləşdirmə nömrəsi (PİN-kod) olan ağzı bağlı zərf alırsınız. Bu PİN-kod Sizə, əgər Siz nağd pul çıxarmaq istəsəniz, lazım gələcəkdir.  Zəhmət olmazsa, nəzərə alın ki, Sizdən başqa heç kim PİN-kodu bilməməlidir. Əgər Siz öz PİN-kodunuzu üçüncü şəxsə bildirsəniz, bu Sizin kartın təhlükəsizliyini təhlükə altına ala bilər.

Əgər Siz plastik kartın sahibisinizsə, yadda saxlamalısınız ki:

  • Sizin kartınız, kartınızda göstərilmiş ayın son gününə kimi işləyəcəkdir;
  • Əgər Siz kartın qüvvədə olma müddətini uzatmaq istəyirsinizsə, kartınızın qüvvədə olma müddətinin bitməsinə bir ay qalmış Banka müraciət etməlisiniz;
  • Sizin kartın itirildiyi və ya oğurlandığı təqdirdə, Siz ləngimədən bu barədə servis xidmətinə, kartınızda göstərilmiş telefonlarla, zəng vurmalısınız;
  • PİN-kodu kartoçkanın üstünə yazmaq və ya kartoçka ilə bir yerdə, məsələn, pul qabında və ya kənar adamların girə biləcəyi yerdə, saxlamaq olmaz, çünki pul qabının itdiyi və ya oğurlandığı təqdirdə, nağd pulun çıxarılması üçün zəruri olan bütün informasiya möhtəkirin əlində olacaqdır;
  • əgər Siz hər hansı bir malı və ya xidməti plastik kartın vasitəsilə ödəmişsinizsə, mümkün qədər, bu zaman imzalayacağınız çeki, xüsusilə “məbləğ” və “tarix” bölmələrini, yoxlayın;
  • hesab üzrə çıxarışı yoxlayarkən, şübhəli və naməlum ödənişlərin aşkar edildiyi təqdirdə, Siz bu barədə təcili Banka xəbər verməlisiniz;
  • kartınızın oğurlandığı və ya itirildiyi halda, Siz ləngimədən bu barədə xəbər verməli və hesabınızı bloka aldırmalısınız. Buna görə də plastik kartların sutkaboyu dəstəklənməsi xidmətinin telefonu rahat və həmişə əldə oluna bilən yerdə qeyd edilməlidir.

Sizin təhlükəsizliyin sadə qaydalarına riayət edəcəyiniz təqdirdə, Sizin kartlarla möhtəkirlik əməliyyatlarının yerinə yetirilməsi ehtimalı, praktiki olaraq, sıfıra enəcəkdir.


Mastercard Maestro və Visa Electron – gündəlik hesablaşmalar üçün ən əlverişli kartlardır. Visa Electron-dan bütün dünya üzrə elektron terminallarla təchiz olunmuş 25 milyondan artıq  mağazada və digər ticarət məntəqələrində və VİZA loqotipli 760 000 bankomatda istifadə etmək olar. Maestro kartları  MasterCard ödəniş sisteminin ən populyar, əlverişli və qənaətcil kartlarıdır, onların sayəsində Siz bütün dünya üzrə 22 milyondan artıq ticarət və xidmət müəssisəsində satın aldığınızı ödəyə, istənilən ölkənin bankomatından Sizə lazım olan valyutada nağd pul çıxara bilərsiniz.

Bizdə Mastercard Maestro və ya Visa Electron kartlarını Siz aşağıdakı tariflər üzrə əldə edə bilərsiniz:

 İllik xidmətin dəyəri

Pulsuz

 Əlavə karta illik xidmətin dəyəri

Pulsuz



MasterCard Standard  – vaxtının çox hissəsini işə sərf edən və tez-tez səyahətə çıxan adamlar üçün əvəzedilməzdir. Kartların bu növü özündə dünyanın istənilən yerində, bankomatlar, real və virtual mağazalar, habelə poçtla və telefonla mal və xidmət təklif edən mağazalar da daxil olmaqla, VISA/ MasterCard loqotipi ilə işarə edilmiş istənilən məntəqədə qəbul edilən, universal ödəniş alətini təmsil edir. Bu kartlar məcburi avtorizasiya tələb etmir, otellərin və aviabiletlərin bronlaşdırılması üzrə məsafədən əməliyyatlar həyata keçirmək, İnternet vasitəsi ilə alışma həyata keçirmək imkanı verir.

Bizdə MasterCard Standard kartlarını Siz aşağıdakı tariflər üzrə əldə edə bilərsiniz:

 İllik xidmətin dəyəri

Pulsuz

 Əlavə karta illik xidmətin dəyəri

Pulsuz

 Minimal sığorta depoziti

50 AZN/USD/EUR



Visa Classic smart – smart və ya çipli kartlar, bunlar mal və xidmətlərin ödənilməsi, bankomatdan pul çıxarılması, İnternetdə təhlükəsiz ödənişlərin yerinə yetirilməsi zamanı, mağazalarda xalların və güzəştlərin toplanması üçün, habelə mobil telefonlar, kompüter və digər texniki qurğular vasitəsilə ödənişlərin yerinə yetirilməsi zamanı istifadə oluna bilən kartlardır. Smart-kartlar sanksiya verilməmiş girişdən daha yüksək mühafizə dərəcəsinə malikdirlər.

Bizdə Visa Classic smart kartını Siz aşağıdakı tariflər üzrə əldə edə bilərsiniz:

 İllik xidmətin dəyəri

Pulsuz

 Əlavə karta illik xidmətin dəyəri

Pulsuz

 Minimal sığorta depoziti

50 AZN/USD/EUR



MasterCard Gold və Visa Gold – bunlar, öz sahibinin mötəbərlik əlaməti olan, nüfuzlu kartlardır. Qızıl kartların sahibi dünyanın hər yerində xüsusi münasibətə, ən yüksək xidmət keyfiyyətinə, malların və xidmətlərin ödənilməsi zamanı əhəmiyyətli endirimlərə və səmərəli təkliflərə ümid etmək hüququna malikdir. Gold kartdan Siz dünyanın istənilən nöqtəsində nağd pulun çıxarılması və istənilən ticarət və xidmət müəssisəsində alış-verişin həyata keçirilməsi üçün istifadə edə bilərsiniz.

Bizdə MasterCard Gold və ya Visa Gold kartlarını Siz aşağıdakı tariflər üzrə əldə edə bilərsiniz:

 İllik xidmətin dəyəri

70 AZN

 Əlavə karta illik xidmətin dəyəri

50 AZN

 Minimal sığorta depoziti

150 AZN/USD/EUR



Visa Gold smart bu, öz sahibinin yüksək statusunu ifadə edən kartdır. Visa Gold smart kartı Visa Classic smart kartının genişləndirilmiş imkanlara malik olan variantıdır. Bu kartlardan həmçinin malların və xidmətlərin ödənilməsi, bankomatdan pul çıxarılması, İnternetdə təhlükəsiz ödənişlərin yerinə yetirilməsi, mağazalarda xalların və güzəştlərin toplanması üçün istifadə etmək olar.

Bizdə Visa Gold smart kartlarını Siz aşağıdakı tariflər üzrə əldə edə bilərsiniz:

 İllik xidmətin dəyəri

80 AZN

 Əlavə karta illik xidmətin dəyəri

50 AZN

 Minimal sığorta depoziti

150 AZN/USD/EUR



Mastercard Platinum
Visa Platinum – bu kartlar ən böyük imtiyaz sahibi olan şəxslər üçün yaradılmışdır. Belə kartlar — ən yüksək statusun, var-dövlətin və qüsursuz maliyyə nüfuzunun göstəricisidir. Platinadan olan karta malik olmaqla Siz, hər zaman və hər yerdə, dünyanın istənilən ölkəsində əla xidmətə ümid edə bilərsiniz. Platinum kartı Sİzə həyatdan ən yaxşı olan hər şeyi almaq imkanı verəcəkdir – Siz satın almaq, dincəlmək, səyahət etmək, əylənmək sərbəstliyindən, bu zaman əlavə endirimlər və zəmanətlər əldə etməklə, həzz ala bilərsiniz.

Bizdə Mastercard Platinum və ya Visa Platinum kartlarını Siz aşağıdakı tariflər üzrə əldə edə bilərsiniz:

 İllik xidmətin dəyəri

100 AZN

 Əlavə karta illik xidmətin dəyəri

80 AZN

 Minimal sığorta depoziti

400 AZN/USD/EUR





   
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57
Tel: (+994 12) 498 22 44
Faks: (+994 12) 498 09 53
bank@unibank.az
 
Ünvan: Gəncə ş., AZ2003,
Atatürk pr. 249,
Tel: (+994 22) 56 95 99
Faks: (+994 22) 56 77 64
  Burada Siz bizim bankomatların yerləşdirilməsini görə bilərsiniz

 

 
© 2003-2008 Unibank, bank@unibank.az
Tel.: (+994 12) 498 22 44



Məzmun