Yol çeki – özlüyündə özünəməxsus sənəddir, hansına əsasən ki, bank onun sahibinə çekdə qeyd edilmiş məbləği ödəməyə borcludur.
Yol çeki ilə öz pulunuzu almaq üçün, Siz özünüzün onun sahibi olduğunuzu təsdiq etməlisiniz. Bunun üçün Siz ilk dəfə çeki onu alanda, ikinci dəfə isə onu nağdlaşdırmaq istədikdə imzalayırsınız. Yol çekinin ödənilməsi ancaq imzalar eyni olduqda yerinə yetirilir. Zəhmət olmazsa, yadda saxlayın ki, Siz çeki ancaq çeki nağdlaşdırdığınız bankın kassirinin iştirakı ilə imzalayırsınız. Çekləri qabaqcadan imzalamaq lazım deyildir.
Yol çekləri 12 valyutada, müxtəlif dəyərdə buraxılırlar.
American Express yol çekləri – bütün dünyada ən məşhur olan və ən geniş istifadə edilən çeklərdir. Pulun “American Express” yol çeklərində saxlanılması olduqca rahatdır, onlar bütün dünyanın milyonlarla maliyyə və kredit müəssisələrində qəbul edilirlər.
American Express Sizə yol çeklərinin aşağıdakı üstünlüklərindən istifadə etmək imkanı verir:
özündə nağd pulun saxlanılması zərurətinin olmaması;
yol çeklərinin itirildiyi təqdirdə, Siz American Express-in bütün dünyada istənilən məntəqəsinə və ya banklara müraciət edə bilərsiniz, burada 24 saat ərzində itirilmiş çeklərin tam dəyəri tam şəkildə ödəniləcəkdir;
yol çeklərini bankda və ya valyuta mübadiləsi məntəqəsində, nağd pulla müqayisədə daha sərfəli mübadilə məzənnəsi ilə asanca dəyişmək olur;
yol çeklərindən bütün dünyanın mağazalarında, otellərində, restoranlarında mal və xidmət üçün ödəniş vasitəsi kimi istifadə etmək olar;
yol çekləri müddətsizdirlər (əgər çeklər istifadə edilməmiş qalmışdırlarsa, onları növbəti səfərə qədər saxlamaq olar);
çeklərin American Express məntəqələrində nağdlaşdırılması zamani, müştəridən komission haqqı tutulmur;
mağazalarda, otellərdə, restoranlarda ödəniş zamanı, “American Express” yol çekləri ilə hesablaşmaq istəyənlər üçün müəyyən güzəşt mövcuddur.
American Express yol çeklərindən istifadə etmək üçün, Siz aşağıdakıları etməlisiniz:
çeki alarkən, hər bir sənədin yuxarı sol küncündə yuyulmayan mürəkkəblə imza atmaq;
çeklərin əldə edilməsi haqqında qəbzin surətini almaq, hansını ki, etibarlı yerdə, çeklərdən ayrı saxlamaq lazımdır;
çeklərin itdiyi və ya yoxa çıxdığı təqdirdə, 24 saat ərzində çeki buraxmış şirkətin ofisinə müraciət etmək lazımdır. İtirilmiş çeklərin əvəzinin verilməsi üçün, çeklərin satın alınması haqqında müqaviləni (və ya müvafiq qəbzləri, qəbzlərin kötüklərini) və şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır;
çeklərin nağdlaşdırılması zamanı Siz, çeki nağdlaşdırdığınız bankın kassirinin iştirakı ilə, hər bir çekin sol aşağı küncündə imza atırsınız. Bu zaman Sizdən şəxsiyyət vəsiqəsini göstərməyinizi xahiş edə bilərlər. Çekləri əvvəlcədən imzalamayın.
Çeklərin itirildiyi təqdirdə, American Express-in istənilən nümayəndəliyi Sizə öz ofislərində aşağıdakı xidmətlərdən istifadə etmək imkanı təqdim edəcəkdir:
dünyanın istənilən nöqtəsinə pulsuz zəng vurmaq, hansı ilə ki, Siz, üstünüzdə yol çeklərinin nömrələri olan qəbz olmaqla, onları bağlatdıra və beləliklə də çekləri, onları oğurlamış və ya tapmış adam tərəfindən istifadə edilmək üçün yararsız hala gətirə bilərsiniz;
Sizin səfərinizin dəyişikliklərin edilməsinə dəstək;
Sizin olmadığınız yerlər haqqında Sizə məlumatların verilməsi;
müvəqqəti şəxsiyyət vəsiqəsinin verilməsi.
Əgər hər hansı bir təsadüf nəticəsində Sizin çekin üstünə rəngli maye tökülmüşdürsə, o yuyulmayan boyaya bulanmışdırsa, və ya çekin dörddə bir hissəsindən çoxu deformasiyaya məruz qalmışdırsa, onda çek inkassoya qəbul edilir.
Bu gün üçün biz Sizə avro və ABŞ dolları ilə American Express yol çekləri təklif edirik.
American Express çeklərinə tariflər:
Satış - 0,5%
Satın alınma - 2%
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57 Tel: (+994 12) 498 22 44