Biz Sizə istər Azərbaycan manatı ilə, istərsə də xarici valyutada kasa-hesablaşma xidmətinin göstərilməsi üzrə xidmətlərin tam kompleksini təqdim edirik.
Bankımızda fəaliyyət göstərən kompleks kassa-hesablaşma sistemi Sizə aşağıdakı xidmətləri təqdim etməyə imkan verir:
tələbli hesabın aşılması;
istər Azərbaycan üzrə, istərsə də xaricdə nağdsız hesablaşmaların həyata keçirilməsi;
valyutanın konvertasiyası (mübadiləsi);
əməliyyatlar üzrə və hesabın vəziyyəti haqqında arayışların və çıxarışların, ödəniş sənədlərinin surətlərinin alınması;
hesaba nağd pul vəsaitinin daxil edilməsi, hesabdan nağd pul vəsaitinin çıxarılması;
nağd pulun xırdalanması.
Biz Sizə həmçinin bir sıra əlavə xidmətlər təklif edirik:
kassa-hesabat əməliyyatlarının aparılması qaydası haqqında məsləhət;
Müştərinin hesablarına köçürülmüş pul vəsaitləri haqqında sorğunun həyata keçirilməsi;
ötən dövr ərzində hesabın tarixçəsi haqqında məlumatla təmin edilmə.
Bankda fəaliyyət göstərən S.W.I.F.T., AZIPS, XÖHKS elektron ödəniş sistemləri istər respublikanın ərazisində, istərsə də xaricə zəmanət verilən pul köçürmələrinin tez və keyfiyyətlə həyata keçirilməsinə imkan yaradırlar.
Korporativ müştərilər üçün manatla və xarici valyuta ilə cari hesabların açılmasından ötrü lazım olan sənədlər:
hesabın açılması üçün ərizə (hər hesab növü üzrə 1 nüsxə)
imza nümunələri (notarial qaydada təsdiq edilmiş 2 nüsxə)
nizamnamə (əsli və ya notarial qaydada təsdiq edilmiş surəti)
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin şəhadətnaməsi (notarial qaydada təsdiq edilmiş surəti)
Azərbaycan Respublikası Dövlət Statistikası Komitəsinin şəhadətnaməsi (notarial qaydada təsdiq edilmiş surət)
Azərbaycan Respublikası Vergilər Nazirliyinin şəhadətnamə-dublikatı (hər hesab növü üzrə 1 nüsxə)
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhadətnamə-dublikatı (hər hesab növü üzrə 1 nüsxə)
Müəssisənin rəhbərinin və baş mühasibinin təyin edilməsi barədə əmrdən çıxarış
Bank hesabları bankın mövcud tariflərinə uyğun olaraq müştəri ilə bank arasında bağlanan hesablaşma-kassa xidməti haqqında müqavilə əsasında açılır və aparılır.
-
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57 Tel: (+994 12) 498 22 44