Biz Sizə valyuta mübadiləsi əməliyyatları üzrə aşağıdakı xidmətləri təklif edirik:
Cari alqı-satqı kursu üzrə əcnəbi valyutanın satın alınması və satılması;
Əcnəbi valyutanın digər əcnəbi valyutaya cari kurs üzrə konvertasiyası (dəyişdirilməsi);
Milli valyutada emissiya olunmuş (buraxılmış) plastik ödəniş kartlarından nağd əcnəbi valyutanın verilməsi;
Əcnəbi valyutada emissiya olunmuş (buraxılmış) plastik ödəniş kartlarından nağd milli valyutanın verilməsi;
Əcnəbi pul nişanlarının xırdalanması;
Əcnəbi pul nişanlarının ekspertizaya qəbul edilməsi.
Biz Sizin şirkətinizə həmçinin “Qeydə al” xidmətini təklif edirik, hansı ki, avro-dollar kurslarının nisbətini qeydə almağa yardım edəcəkdir.
Qeydə al
Sizin şirkət valyutanın əvvəlcədən danışılmış məbləğinin əvvəlcədən danışılmış valyuta kursu üzrə alqı-satqısı haqqında saziş – forvard müqaviləsi bağlayır. Forvard sövdəsi ilə Siz şirkətinizi gələcəkdə mümkün olan məzənnə riskindən sığorta edə bilərsiniz. Beləliklə, biz Sizə müqavilədə göstərilən məzənnənin gələcəkdə saxlanılmasına zəmanət veririk.
forvard sazişi bir həftədən 6 aya qədər müddətə bağlanır;
forvard sazişinin valyutası qismində avro və ya digər sərbəst konvertasiya olunan valyuta (SKV) çıxış edir. Kontrvalyuta qismində həmişə ABŞ dolları çıxış edir;
zəmanət məbləği sövdənin məbləğinin 10-15%-ni təşkil edir (zəmanət məbləği – sövdənin valyutalaşdırılması (başa çatdırılması) gününə kimi bağlanan məbləğdir. Valyutalaşdırılma günü pulların Sizin hesabınıza köçürülməsi yerinə yetirilir).
Əgər Sizin şirkətiniz “Qeydə al” forvard sövdəsini bağlamağı qərara almışdırsa, sövdə təsdiq edildikdən sonra, Siz əvvəlcədən danışılmış məbləği qeyd edilmiş tarix üçün satın almalısınız. Sövdənin Sizin tərəfinizdən ləğv edildiyi halda, biz şərimə sanksiyası qismində 10%-lik marjanı tutmaq hüququnu özümüzdə saxlayırıq.
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57 Tel: (+994 12) 498 22 44