Subscribe Unsubscribe
E-mail
 Sizin fikrinizcə Unibankın hansı məhsul çeşidi daha cəlbedicidir?
Depozitlər
Kreditlər
Plastik kartlar
Heç biri
Hər üçü
 
AZ      RU      EN      
  Ana səhifə   /   Korporativ müştərilərə   /   Sənədləşdirilmiş əməliyyatlar  


Sən təkrarolunmazsan.
Öz kartını da o cür et

Ətraflı



Unibank  yeni brend
Al Kart təqdim etdi.

Ətraflı














Sənədləşdirilmiş əməliyyatlar

Siz satıcısınız və tez-tez belə bir faktla rastlaşırsınızmı ki, satıcı malı ancaq onun daxil olması faktı ilə bağlı ödəməyə razılıq verir? Siz alıcısınız və satıcı Sizdən qabaqcadan ödəniş tələb edir, lakin Siz risk etmək istəmirsiniz?

Sizə, müqavilənin bütün şərtlərinin yerinə yetirilməsini eyni bir maliyyə aləti ilə təmin etmək lazımdırmı? Və bu zaman Siz istəyirsinizmi ki:

  • riskləri və sövdənin dəyərini maksimum dərəcədə azaldasınız?
  • Sizin maraqlarınızı və tərəf-müqabillərinizin maraqlarını nəzakətlə balanslaşdırasınız?
  • baha olmayan və səmərəli maliyyələşdirilmə tapasınız?

Bütün bu problemləri Sizin əvəzinizə Unibank həll edər. Biz məmnuniyyətlə Sizə bizim sənədləşdirilmiş əməliyyatlar üzrə xidmətlər spektrimizi təqdim edirik: bizim bankda biz Sizə sənədləşdirilmiş əməliyyatların aşağıdakı növlərini təklif edirik:

  • akkreditivlər
  • zəmanətlər
  • inkasso

Akkreditivlər

Sənədləşdirilmiş akkreditiv – hesablaşmaların səmərəli və baha olmayan alətidir. O alıcıya malı qabaqcadan ödəniş yerinə yetirmədən əldə etmək, satıcıya isə mal üçün öz vəsaitlərini alacağına əmin olmaq imkanı verir. Beləliklə, əgər Siz bizimlə müvafiq müqavilə bağlasanız, Unibank, satıcı tərəfindən akkreditivin şərtlərinə tam müvafiq olaraq rəsmiləşdirilmiş sənədlər təqdim edildikdə, satıcının xeyrinə ödənişlər yerinə yetirməyi öz öhdəsinə götürür.

Əgər Sizin fəaliyyətiniz ticarət ilə bağlıdırsa, sənədləşdirilmiş akkreditiv — risklərdən etibarlı müdafiə və daha üstün hesablaşma formasıdır. Biz bu formanı xüsusilə yeni tərəf-müqabillə işləyənlərə tövsiyə edirik. Sənədləşdirilmiş akkreditivdən istifadə edilməsi ixracatçılar və idxalçılar tərəfindən mədaxilin daha etibarlı və daha tez əldə olunmasını təmin edir.

Sənədləşdirilmiş akkreditiv Sizə sərfəlidir, əgər Siz:

İxracatçısınızsa, ona görə ki: İdxalçısınızsa, ona görə ki:
ödənişə zəmanət verilir, çünki ödəniş üçün məsuliyyət bizim bankın üzərinə düşür; Sizə zəmanət verilir ki, ödəniş ancaq satıcı tərəfindən öz öhdəlikləri tam yerinə yetiriləndən sonra həyata keçiriləcəkdir;
ödəniş, akkreditivin şərtlərinə müvafiq olan sənədlər bizə təqdim ediləndən sonra, ən qısa bir müddətdə yerinə yetiriləcəkdir Siz, akkreditivin şərtlərinə əsasən təqdim edilməli olan sənədlər toplusunun müəyyən edilməsi zamanı, bankdan yardım ala bilərsiniz;
akkreditiv təsdiq edilə bilər, beləliklə ödəniş öhdəliyi əlavə edilir; Siz, Bankın akkreditivindəki vaxt hüdudlarına isnad edərək, malların müəyyən vaxt dövründə boşaldılmasında israr edə bilərsiniz;
ödəniş Sizin ölkənizdə olan bank vasitəsilə yerinə yetirilə bilər; Biz Sizə bütün sənədlərin diqqətlə yoxlanılması barədə zəmanət veririk.
akkreditiv Sizə qabaqcadan ödənişdən yaxa qurtarmağa imkan verər.  

Zəmanətlər

 Bank zəmanəti – bizim Sizin ticarət üzrə tərəf-müqabilinizə, onun banka yazılı tələbnamə verdiyi təqdirdə, müəyyən məbləği ödəmək üzrə öhdəliyimizdir. Beləliklə, bank zəmanəti alıcı tərəfindən onun satıcı qarşısında öhdəliklərinin lazımi qaydada icrasını təmin edir.

 Biz Sizə bank zəmanətlərinin müxtəlif növlərini təklif edirik:

  • ödənişə zəmanət;
  • avans ödənişinin qaytarılmasına zəmanət;
  • müqavilənin yerinə yetirilməsinə zəmanət;
  • tender zəmanəti; 
  • digər zəmanət növləri.

Inkasso

Biz Sizə həmçinin, sənədli əməliyyatlar üzrə inkasso kimi bir xidməti təklif edirik. Sənədləşdirilmiş inkasso özlüyündə, vasitəsilə bizim, Sizin tapşırığınızla, hesabat, əmtəə və pul sənədlərinin əsasında, çatası ödənişi əldə etdiyimiz bir əməliyyatı təmsil edir.

İnkasso üzrə əməliyyatların yerinə yetirilməsi zamanı, hesablaşmaların etibarlılığı və sürəti təmin edilir.

Sənədləşdirilmiş əməliyyatların təfsilatını dəqiqləşdirmək üçün Siz bankın mütəxəssislərinə müraciət edə və ya 498-22-44 nömrəsi ilə bizim İnformasiya mərkəzinə zəng vura bilərsiniz.

-
-
-

   
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57
Tel: (+994 12) 498 22 44
Faks: (+994 12) 498 09 53
bank@unibank.az
 
Ünvan: Gəncə ş., AZ2003,
Atatürk pr. 249,
Tel: (+994 22) 56 95 99
Faks: (+994 22) 56 77 64
  Burada Siz bizim bankomatların yerləşdirilməsini görə bilərsiniz

 

 
© 2003-2008 Unibank, bank@unibank.az
Tel.: (+994 12) 498 22 44



Məzmun