Biznes böyüyür və genişlənir, əməkdaşların sayı sürətlə artır, əmək haqqının verilməsi isə get-gedə daha çox vaxt və resurs cəlb edir? Biz Sizə bu qayğıları bizə həvalə etməyinizi təklif edirik.
Ödəniş sisteminin bank kartlarının köməyi ilə əməkdaşlara əmək haqqının avtomatlaşdırılmış qaydada paylanması və ödənilməsi təşkilatın, nağd pul vəsaitinin alınması, çatdırılması, saxlanılması və paylanması üzrə məsrəflərinin azaldılmasına yönəlmişdir.
Əmək haqqının hesablanması üçün, Sizin müəssisənin hər bir əməkdaşına “VISA International” və ya “MasterCard” beynəlxalq ödəniş sistemlərinin, Sizin seçiminizlə, plastik kartı veriləcəkdir.
Əmək haqqı layihəsinin Unibank‑la həyata keçirilməsi Sizə aşağıdakı imkanları verəcəkdir:
inzibati xərclərin minimuma endirilməsi;
əmək haqqının hesablanması və verilməsi prosesini, onda daha az əməkdaşın iştirakı sayəsində, sadələşdirmək və müvafiq ştatın (mühasiblərin, kassirlərin) saxlanılması xərclərinin minimuma endirilməsi;
əmək haqqının və mükafatların ödənilməsinin, ödənişlərin tezliyindən və həcmindən asılı olmayan, iqtisadi baxımdan səmərəli mexanizminin əldə edilməsi;
əmək haqqının hesablanması prosesinin mərkəzləşdirilməsi və əmək haqqı vəsaitlərini inkassasiya etmək zərurətindən yaxa qurtarmaq;
əmək və vaxt məsrəfinə qənaət edilməsi;
Sizin növbə ilə və ya qrafik üzrə işləyən, ezamiyyətdə və ya məzuniyyətdə olan əməkdaşlarınız üçün, əmək haqqının alınması prosesinin sadələşdirilməsi;
inkassasiya xərclərinə qənaət (nağd pulun böyük məbləğlərinin daşınması, yenidən hesablanması və saxlanılması və kassaların müvafiq surətdə təchiz edilməsi zərurətinin olmaması);
mühasibat/kassa prosedurlarının sadələşdirilməsi (kassa planının tərtib edilməsi proseduru sadələşir, kassa nizam-intizamı və kassa limitinin gözlənilməsi məsələləri həll edilir, müəssisənin mühasibatı və kassası üzrə sənəd dövriyyəsi azalır, çünki, vəsaitlərin əməkdaşların şəxsi hesablarına paylanması prosesi bankda tamamilə avtomatlaşdırılmışdır);
ödənişlərin yerinə yetirilməsinin operativliyinin təmin edilməsi (biz pul vəsaitlərinin Sizin şirkətin əməkdaşlarının kart hesablarına keçirilməsini, bütün zəruri olan sənədləri aldıqdan sonra, elə həmin gün yerinə yetiririk);
Siz tələb olunmamış pul vəsaitinin deponə edilməsi problemindən azad olursunuz.
Bundan əlavə, Unibank-ın əmək haqqı layihələri Sizə, böyük məbləğdə nağd pul vəsaitinin nəql edilməsi, pul vəsaitinin ehtimal olunan oğurlanması ilə bağlı olan riskləri aradan qaldırmaqla, əmək haqqının ödənilməsi prosesinin təhlükəsizliyini təmin etmək imkanı verəcəkdir. Bundan əlavə, əmək haqqının bank kartlarına köçürülməsi Sizin müəssisənin əməkdaşlarının əmək haqqının ölçülərinin tam məxfiliyini təmin edir. Həyata keçirilən ödənişlər haqqında informasiyaya ancaq məsul şəxslər malik olurlar.
Bundan əlavə, bizim Bank tərəfindən buraxılmış əmək haqqı kartları həm də Sizin əməkdaşlarınıza aşağıdakı bir sıra üstünlükləri verir:
overdraft kreditləşdirilməsi (Sizin müəssisənin zəmanəti ilə biz Sizin əməkdaşlarınıza, həmin əməkdaşın əmək haqqından asılı olan limit çərçivəsində, kredit təqdim edə bilərik);
biz həmçinin Sizin əməkdaşlarınıza, avtonəqliyyatın, təşkilat texnikasının və məişət texnikasının əldə edilməsi üçün, istehlak kreditlərinin təqdim edilməsi imkanını nəzərdən keçirə bilərik. Sizin şirkət ilə razılaşmaya əsasən, bu xidmət aşağıdakı formalarda təqdim oluna bilər:
müəssisənin zəmanəti ilə müəssisənin əməkdaşlarına kreditin təqdim edilməsi;
müəssisənin əməkdaşlarına xalq istehlak mallarının alınması üçün güzəştli şərtlərlə kreditin təqdim edilməsi.
Maksimum səviyyədə rahat əməkdaşlıq üçün, biz həmçinin, Sizin əməkdaşların rahatlığı üçün, bizim bankın bankomatının Sizin müəssisənin ərazisində quraşdırılması məsələsini nəzərdən keçirə bilərik.
Bizim bankın əmək haqqı layihəsi üzrə müştərisi olmaq üçün, Siz aşağıdakıları etməlisiniz:
bizimlə əmək haqqının plastik kartdan istifadə etməklə köçürülməsi/ödənilməsi üçün Müqavilə bağlamalısınız;
Sizin müəssisənin ərazisində bankomatın quraşdırıldığı təqdirdə - bankomatın quraşdırılması və ona xidmət edilməsi şərtlərini razılaşdırmalısınız;
müəssisədə “Bank-Müştəri” sistemini quraşdırmalısınız (Unibank tərəfindən təqdim olunur);
bizimlə sənəd dövriyyəsinin qaydasını, əməkdaşlar üçün kartların növlərini və buraxılma şərtlərini razılaşdırmalısınız.
-
-
-
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57 Tel: (+994 12) 498 22 44