Unibank banklara respublikanın ərazisində və xaricdə manatla və xarici valyuta ilə sənədli əməliyyatlar üzrə aşağıdakı xidmətləri təqdim edir:
Akkreditivlərin emissiyası və təsdiqi
Unibank müştərilərə sənədli akkreditivlərin təqdim edilməsi üzrə tam xidmətlər kompleksini təklif edir. Bu halda alıcının bankı (bank-emitent) alıcı müştərinin tapşırığına əsasən akkreditiv alan satıcının xeyrinə, akkreditivin qüvvədə olduğu dövrdə akkreditivin şərtlərində nəzərdə tutulduğu kimi sonuncuya sənədlər təqdim edilməklə pul ödəmək öhdəliyini öz üzərinə götürür. Sənədlər, bir qayda olaraq, malın göndərilməsi, müəyyən xidmətlərin göstərilməsi faktlarını, onların adlarını və s. təsdiq edir və əks etdirir.
Malın/xidmətin təqdim edilməsi üzrə (akkreditivin şərtlərindən asılı olaraq) müəyyən əməliyyatların həyata keçirilməsi faktının sənədli təsdiqi banka təqdim edildikdən sonra akkreditiv hesablaşmaların aparılmasına zəmanət verir, bu da kommersiya riskinin minimuma endirilməsinə imkan verir və hesablaşmaların etibarlığını və tezliyini təmin edir.
Əgər müştəri alıcıdırsa, akkreditivdən istifadə ona aşağıdakı üstünlükləri verir:
yalnız satıcının müqavilə şərtlərini yerinə yetirməsi faktı əsasında onun mala görə ödəməni almasına zəmanət
akkreditivdə nəzərdə tutulmuş şərtlər və müddətlərə uyğun olaraq malın/xidmətlərin alınmasına zəmanət
ödəmə qabiliyyətinə zəmanət verilməsi və qabaqcıl maliyyə alətlərinə sahib olmağın nümayiş etdirilməsi (güzəştlərin alınması imkanı)
ödəmə şərtlərində çeviklik
yüksək etibarlılıq
Əgər müştəri satıcıdırsa, akkreditivdən istifadə ona aşağıdakı üstünlükləri verir:
alıcıdan asılı olmayaraq (akkreditivin bütün şərtlərinin yerinə yetirilməsi faktı əsasında) mala/xidmətə görə ödəmənin alınmasına zəmanət
malın alıcıya çatdırılması faktından əvvəl ödəmənin alınmasına zəmanət
akkreditivin çevikliyi sayəsində mürəkkəb kommersiya müqavilələrinin həyata keçirilməsinin mümkünlüyü
yüksək etibarlılıq
Unibank aparıcı beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlığı yüksək səviyyəli beynəlxalq banklar tərəfindən təsdiq olunmuş akkreditivlərin bizim müştərimizə təqdim edilməsini təmin edir. Bank Avropa Yenidənqurma və İnkişaf Bankının xətti ilə Ticarətin Maliyyələşdirilməsi Proqramının iştirakçısıdır. Proqram 1999-cu ildən 27 ölkədə EBRD əməliyyatları üzrə həyata keçirilir və təşkilatlara EBRD tərəfindən təsdiq edilmiş zəmanət və akkreditivlərin təqdim edilməsini nəzərdə tutur.
Zəmanətlərin emissiyası və təsdiqi
Unibank müştərilərə bank zəmanətlərinin təqdim edilməsi üzrə tam xidmətlər kompleksini təklif edir. Bu halda zamin bank müştərinin (prinsipalın) tapşırığı ilə və onun hesabına bank zəmanətini alana (benefisiara) əvvəlcədən müəyyənləşdirilmiş pul məbləğinin benefisiarın ödəmə haqqında yazılı tələbinə əsasən ona ödənilməsi barədə öhdəlik təqdim edir. Bu tələb zəmanətin mətnində göstərilmiş prinsipalın müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirməməsi faktını təsdiqləyən əlavə sənədlərlə müşayiət oluna bilər.
Bank zəmanəti öhdəliklərin yerinə yetirilməsini və kommersiya risklərinin sığortalanmasını təmin edən etibarlı maliyyə alətidir.
Unibank-ın aparıcı beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlığı yüksək səviyyəli qərb banklarının təsdiq etdiyi zəmanətlərin müştərilərimizə verilməsini təmin edir. Bank Avropa Yenidənqurma və İnkişaf Bankının xətti ilə Ticarətin Maliyyələşdirilməsi Proqramının iştirakçısıdır. Proqram 1999-cu ildən 27 ölkədə EBRD əməliyyatları üzrə həyata keçirilir və təşkilatlara EBRD tərəfindən təsdiq edilmiş zəmanət və akkreditivlərin təqdim edilməsini nəzərdə tutur.
Bank müştərilərə aşağıdakı zəmanət növlərini təklif edir:
ödəməyə zəmanət
avans ödənişinin qaytarılmasına zəmanət
müqavilənin icrasına zəmanət
tender zəmanəti
digər zəmanət növləri
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57 Tel: (+994 12) 498 22 44