Subscribe Unsubscribe
E-mail
 Sizin fikrinizcə Unibankın hansı məhsul çeşidi daha cəlbedicidir?
Depozitlər
Kreditlər
Plastik kartlar
Heç biri
Hər üçü
 
AZ      RU      EN      
  Ana səhifə   /   Bank haqqında   /   Unicapital  


Unileasing «Biznes məqsədilə daşınmaz
əmlak» layihəni təqdim edir...
Ətraflı



Sən təkrarolunmazsan.
Öz kartını da o cür et

Ətraflı












      Vizitka
      Bank bu gün
      Bankın tarixi
      İlin Sazişi
      Ən Yaxşı Bank
      İllik Hesabat
      Əlavə məlumat
      Unibank Premyer Liqası
      Auditor Rəyi
      Unileasing
      Unicapital
      Unitraining
      Bankomatlar
      Rəhbərlik
      Səhmdar kapitalı
      Filiallar
      Vakansiyalar
      Əlaqə
      Səsvermə
      FAQ



Unicapital

Son 10 il ərzində Unibank Azərbaycanın qiymətli kağızlar bazarının liderlərindən və əsas iştirakçılarından biridir. Bank bazarın bir çox sahəsində yenilikçi təsir göstərmiş və göstərməkdədir. Belə ki, 2003-cü ildə Unibank Azərbaycanın korporativ istiqrazların buraxılışını yerləşdirmiş ilk bankı oldu, birincilər sırasında əcnəbi hec fondlarını yerli bazarda dövlət və korporativ qiymətli kağızlarına sərmayə qoyuluşu üçün cəlb etdi.

Unibank həmişə qiymətli kağızlar bazarının inkişafı strategiyasına tərəfdar olmuşdur və öz əməliyyatlarını məqsədyönlü şəkildə ancaq Bakı Fond Birjasında yerinə yetirir.

2007-ci ildə, müştərilərin sərmayə xidmətinin daha geniş xidmətlər spektri ilə təmin edilməsi üçün, ixtisaslaşdırılmış törəmə şirkətin - “Unicapital” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında qərar qəbul edildi. 2008-ci ilin əvvəlindən etibarən bütün broker və diler xidmətlərinin göstərilməsi Unicapital şirkəti tərəfindən, müştərilərə Unibank tərəfindən yüksək peşəkar səviyyədə xidmət göstərilməsi ənənəsinə müvafiq olaraq, həyata keçirilir. 2008-ci ilin yanvar ayından Unicapital Bakı Fond Birjasının təsisçilərindən biridir.

Unicapital ASC öz müştərilərinə aşağıdakı xidmətləri göstərir:

a) broker xidmətləri – dövlət və korporativ qiymətli kağızlarının birja meydançalarında və ya, zərurət olduqda, birjadan kənarda, satın alınması və satılması. Şirkət, sərmayə məsələlərinin həllində müştərilərə yardın üçün, məsləhət xarakterli xidmətlər göstərir.

b) anderrayter xidmətləri – müştərilərə onların öz qiymətli kağızlarının buraxılmasında yardım. Bunlara səhmdar cəmiyyətlərin səhmlərinin buraxılması, hüquqi və ya fiziki şəxslər tərəfindən veksellərin və ya digər qiymətli kağızların buraxılması aid edilə bilər. Şirkət, bizim müştərilərimiz tərəfindən qiymətli kağızların buraxılışının tam yerləşdirilməsinə yardım etmək üçün, potensial sərmayədarların tapılması üzrə səylərini əsirgəmir.

c) qiymətli kağızların idarə edilməsi üzrə xidmətlər – qiymətli kağızların idarə edilməsi və müştərilərin pul vəsaitinin istər respublika daxilində, istərsə də onun hüdudlarından kənarda peşəkarcasına sərmayələndirilməsi. Siz məqsədinizi müəyyən edirsiniz – biz onu həyata keçiririk. Bizim tərəfimizdən həmçinin müştərilərə sərmayələndirilmənin məqsədlərinin müəyyən edilməsində yardım və müxtəlif bazarlarda potensial sərmayə imkanlarının təhlili təqdim edilir.

Biz həmçinin Sizə qiymətli kağızlar bazarında aşağıdakı xidmətləri təklif etməyə hazırıq:
  • Müvəqqəti sərbəst vəsaitin öz dəyərinin artırılması potensialına malik olan maliyyə alətlərinə yerləşdirilməsi üzrə Sizin tapşırıqlarınızın yerinə yetirilməsi;
  • Sizin fond bazarına girişinizin təmin edilməsi. Bununla biz Sizi qiymətli kağızlarla işləmək üçün öz lisenziyanızı almaq zərurətindən azad edərik;
  • Qiymətli kağızların satışı və ya satın alınması zamanı, Sizin üçün əlverişli olan istənilən vaxt, pul vəsaitinin geri çağırılması və ya artırılması;
  • Sizə, tapşırıqların yerinə yetirilməsi haqqında ətraflı broker hesabatının və Sizin depo-hesablarınızın vəziyyəti haqqında çıxarışların təqdim olunması;
  • Fond bazarında işlə bağlı məsələlər üzrə məsləhətləndirilmə;
  • Korporativ qiymətli kağızların (İPO) ilkin yerləşdirilməsi məsələləri üzrə məsləhətləndirilmə;
  • Korporativ qiymətli kağızların Bakı Fond Birjasının (BFB) kotirovka vərəqinə daxil edilməsində yardım;
  • Biz Sizin üçün, səhmdarı və iştirakçısı olduğumuz Bakı Fond Birjasının vasitəsi ilə, qiymətli kağızlar üzrə bütün əməliyyatları yerinə yetirərik.
Əlavə məlumatı Siz 498 22 44 nömrəli telefona zəng edərək əldə edə bilərsiniz.




   
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57
Tel: (+994 12) 498 22 44
Faks: (+994 12) 498 09 53
bank@unibank.az
 
Ünvan: Gəncə ş., AZ2003,
Atatürk pr. 249,
Tel: (+994 22) 56 95 99
Faks: (+994 22) 56 77 64
  Burada Siz bizim bankomatların yerləşdirilməsini görə bilərsiniz

 

 
© 2003-2008 Unibank, bank@unibank.az
Tel.: (+994 12) 498 22 44



Məzmun