Subscribe Unsubscribe
E-mail
 Sizin fikrinizcə Unibankın hansı məhsul çeşidi daha cəlbedicidir?
Depozitlər
Kreditlər
Plastik kartlar
Heç biri
Hər üçü
 
AZ      RU      EN      
  Ana səhifə   /   Bank haqqında   /   Bankın tarixi  


Unileasing «Biznes məqsədilə daşınmaz
əmlak» layihəni təqdim edir...
Ətraflı



Sən təkrarolunmazsan.
Öz kartını da o cür et

Ətraflı












      Vizitka
      Bank bu gün
      Bankın tarixi
      İlin Sazişi
      Ən Yaxşı Bank
      İllik Hesabat
      Əlavə məlumat
      Unibank Premyer Liqası
      Auditor Rəyi
      Unileasing
      Unicapital
      Unitraining
      Bankomatlar
      Rəhbərlik
      Səhmdar kapitalı
      Filiallar
      Vakansiyalar
      Əlaqə
      Səsvermə
      FAQ



Bankın tarixi

Unibank 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının - MBANK (1992) və PROMTEXBANKın (1994) birləşməsi nəticəsində yaranmışdır.

1992-ci il

  • 27 may 1992-ci il tarixində keçirilmiş səhmdarların təsis yığıncağında "MBANK" Kommersiya Bankının əsasının qoyulması barədə qərar qəbul edilmişdir
  • 27 iyul 1992-ci il tarixində "MBANK" Kommersiya Bankı təsisçilərin qərarı ilə Açıq Tipli Səhmdar Cəmiyyətinə çevrildi
  • 27 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası Milli Bankı bank əməliyyatlarının aparılması üçün Banka lisenziya vermişdir

1993-cü il

  • 22 iyun 1993-cü il tarixində Bank Azərbaycan Respublikası Milli Bankının icazəsi ilə Gəncə şəhərində "Gəncə" filialını acmışdır
  • 15 sentyabr 1993-cü il tarixində Bank Bakı Banklararası Valyuta Birjasının üzvü olmuşdur 

1997-ci il

  • 23 may 1997-ci il tarixində Bank qısamüddətli dövlət istiqrazları ilə əməliyyatlar üzrə Azərbaycan Respublikası Milli Bankının dileri olmuşdur 

1999-cu il

  • 17 iyul 1999-cu il tarixində Bank "Bank-Müştəri" elektron sistemini quraşdırmışdır 16 fevral 2001-ci il tarixində Bank real vaxt rejimində Milli ödəmə sisteminin (AZIPS) iştirakçısı olmuşdur

2000-ci il

  • 3 iyun 2000-ci il tarixində Bank S.W.I.F.T. beynəlxalq elektron ödəmə sisteminin üzvü olmuşdur
  • 18 sentyabr 2000-ci il tarixində Bank Western Union beynəlxalq elektron pul köçürmə sisteminə daxil olmuşdur  

2001-ci il

  • 16 fevral 2001-ci il tarixində Bank real vaxt rejimində Milli ödəmə sisteminin (AZIPS) iştirakçısı olmuşdur
  • 11 mart 2001-ci il tarixində Bank özünün Telefon-Bank elektron sistemini quraşdırmışdır
  • 31 mart 2001-ci il tarixində Bank KfW Alman İnkişaf Bankının vəsaiti hesabına yaradılmış Almaniya-Azərbaycan Fondunun kiçik və orta biznesi kreditləşdirmə proqramının bank-agenti statusunu almış Azərbaycanın ilk özəl banklarından biri olmuşdur. Proqram çərçivəsində Banka 700 min alman markası məbləğində kredit xətti ayrılmışdır 

2002-ci il

  • 15 oktyabr 2002-ci il tarixində "MBANK" və "PROMTEXBANK" - iki kommersiya bankı birləşdi
  • 15 oktyabr 2002-ci il tarixində Bakı şəhərində "STB" filialı açıldı
  • 29 noyabr 2002-ci il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi proqramının iştirakçısı olmuşdur, onun çərcivəsində Banka 1,5 milyon ABŞ dolları məbləğində 5 il müddətinə kredit xətti ayrılmışdır
  • 2 dekabr 2002-ci il tarixində Bank Avropa Yenidənqurma və İnkişaf Bankının ticarətin maliyyələşdirilməsi proqramının iştirakçısı olmuşdur, onun çərcivəsində Banka 1 milyon ABŞ dolları məbləğində 5 il müddətinə kredit xətti ayrılmışdır
  • 25 dekabr 2002-ci il tarixində Bank broker fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 48 saylı lisenziyasını almışdır
  • 27 dekabr 2002-ci il tarixində Bank adını "UNİBANK Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyəti adı ilə əvəz etmişdir
  • 27 iyul 2002-ci il tarixində Bank özünün 10-illik yubileyini qeyd etmişdir 

2003-cü il

  • 10 yanvar 2003-cü il tarixində UNİBANK yerli plastik kartların emissiyasına başlamışdır
  • 16 yanvar 2003-cü il tarixində 1 milyon avro məbləğində 31 dekabr 2009-cu il tarixinədək olan müddətə kredit xəttinin açılması barədə Alman-Azərbaycan Fondu ilə yeni məhdud saaziş imzalanmışdır
  • 3 fevral 2003-cü il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Banka diler fəaliyyətinin həyata keçirilməsi üçün 5 il müddətinə 51 saylı lisenziya verilmişdir
  • 13 fevral 2003-cü il tarixində Böyük Britaniyanın Glendale Çonsultançy Limited konsaltinq şirkəti 2003-2007-ci illəri əhatə edən dövr üçün beynəlxalq bank standartlarına uyğun olaraq işlənib hazırlanmış Unibank-ın inkişaf biznes-planını təqdim etmişdir
  • 6 iyun 2003-cü il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün Banka təqdim olunmuş 1,5 milyon ABŞ dolları məbləğində kredit xəttinin Avropa Yenidənqurma və İnkişaf Bankının idarə etdiyi Taybey Əlaqələndirici İnvestisiya Fondunun (Çin) vəsaiti hesabına 3 milyon ABŞ dollarınadək artırılması haqqında saziş imzalanmışdır
  • 5 sentyabr 2003-cü il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Unibank arasında aparılmış uğurlu danışıqlar nəticəsində Bankın səhmlərinin 20 faizinin əldə edilməsi yolu ilə Avropa Yenidənqurma və İnkişaf Bankının Unibank-ın səhmdarları sırasına daxil olması barədə ikitərəfli sazişi rəsmi imzalanmışdır
  • 9 oktyabr 2003-cü ildə bank Visa İnternational Beynəlxalq ödəniş sisteminin üzvləri sırasına daxil olmuşdur
  • 6 noyabr 2003-cü il tarixində Bakı Fond Birjasında Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Unibank-ın səhmlərinin 20 faizinin alınması əhdi bağlanmış, nəticədə Bankın ödənmiş nizamnamə kapitalı 25 milyard manata (5 milyon ABŞ dollarına) çatmışdır
  • 20 noyabr 2003-cü il tarixində Bank ilə Beynəlxalq Əməkdaşlıq üzrə Alman Əmanət Kassaları Fondu (SBFIÇ) arasında Bankın strateji inkişafına yardım məqsədilə uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanmışdır
  • 23 dekabr 2003 cü ildə 18 ay müddətinə müəyyən olunmuş və 1,3 mln. AVRO büdcəsi ilə " Azərbaycan Fond Bazarının inkişafı" Tacis proqramı çərçivəsində 5 mlrd manat dəyərində bank istiqrazlarının emissiya prospektinin dövlət qeydiyyatı həyata keçirilmişdir. 

2004-cü il

  • Yanvar ayında Dresndner Bankı sənədli əməliyyatların maliyyələşdirilməsi üçün Unibanka 500 min ABŞ dolları məbləğində kredit xətti ayırmışdır.
  • 26 yanvar tarixində Bank TACİS Azərbaycanda fond bazarının inkişafı proqramı çərçivəsində 5 milyard manat məbləğində istiqrazların ilk buraxılışını Bakı Fond Birjasında yerləşdirmişdir.
  • Yanvar ayında Societe Generale sənədli əməliyyatların maliyyələşdirilməsi üçün Banka 1.5 milyon ABŞ dolları məbləğində kreddit xətti ayırmışdır.
  • 17 iyunda Bankın UniLeasing törəmə şirkəti təsis olunmuşdur.
  • 23 iyun tarixində Unibankın İnstitutsional inkişafı proqramı çərçivəsində AYİB, Unibank və Lloyds bankları arasında üçtərəfli müqavilə imzalanmışdır.
  • Unibank 18-19 aprel tarixləri arasında AYİB-in illik iclasında "2003-cü il üzrə Azərbaycanda AYİB-ın Ticarətin Maliyyələşdirilməsi Proqramı üzrə daha aktiv inkişaf edən bank" nominasiyasında mükafata layiq görülmüşdür.
  • 4 sentyabrda Bank altı günlük iş rejiminə keçdi.
  • 10 sentyabr tarixində Bank Alman-Azərbaycan Fondu ilə kredit xəttinin 500 min avroya uzadılmasına dair müqavilə imzalanmışdır. Nəticədə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün kredit xəttinin məbləği 2 milyon avro təşkil etdi.
  • 8 noyabr tarixində Unibank və İslam İnkişaf Bankı ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün Banka 1.7 milyon ABŞ dolları məbləğində kredit xəttinin verilməsi üçün müqavilə bağladılar. 

2005-ci il

  • "The Banker" jurnalının yanvar nəşrində dərc edilmiş göstəricilərə əsasən, Unibank MDB və Şərqi Avropa ölkələrində 50 ən sürətlə böyüyən bankların siyahısında, həmçinin AYİB-in əməliyyatlar apardığı plkələrin 50 müvafiq bankının siyahısında 9-cu yeri tutaraq, liderlik edən on bank sırasına daxil olmuş yeganə Azərbaycan bankı olmuşdur.
  • Aprelin 7-də Unibank-ın Bakı şəhərinin Yasamal rayonunda yerləşən üçüncü filialının açılışı olmuşdur.
  • Aprelin 8-də Sindikatlaşdırılmış kredit haqqında saziş imzalanmışdır (A/B loan). Kreditin həcmi 5 mln. ABŞ dolları təşkil edir ki, bunun da 1,5 mln. dolları üç il müddətinə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən, 3,5 mln. dolları isə daha bir ilə prolonqasiya imkanı ilə bir il müddətinə İngiltərə-Rumıniya bankı və Austria Creditanstalt bankı tərəfindən təqdim edilmişdir.
  • Mayın 31-də Unibank və DEG, bankın kapitalında DEG-in iştirakı və onun tərəfindən səhmlərin 8,33%-nin əldə edilməsi barədə, həmçinin Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsində Unibank-ın mövqeyinin dəstəklənməsi və möhkəmləndirilməsi məqsədi ilə 3 mln. ABŞ dolları həcmində uzunmüddətli kreditin ayrılması barədə sazış imzalamışlar.
  • İyul ayında maliyyə və biznes sahəsində nüfuzlu ingilis lurnalı “Euromoney” Unibank-ı 2005-ci ildə “Azərbaycanda əş yaxşı bank” elan etmişdir.
  • Sentyabr ayında maliyyə və biznes sahəsində nüfuzlu ingilis lurnalı “The Banker" Unibank-ı 2005-ci ildə Azərbaycanda “İlin bankı-2005” elan etmişdir.
  • Noyabrın 28-də Unibank və Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) ticarət maliyyələşdirilməsi üçün kredit xəttinin açılması barədə saziş imzaladılar. QTİB tərəfindən müddətsiz revolver kredit xətti banka ixrac-idxal əməliyyatlarının kreditləşdirilməsi məqsədi ilə təqdim olunmuşdur. Kredit xəttinin ümumi həcmi 3 mln. ABŞ dolları təşkil edir.
  • Dekabrın19-da Unibank və Avropa Yenidənqurma və İnkişaf Bankı mikromaliyyələşdirilməyə 2 mln. ABŞ dolları həcmində xəttin ayrılmasını nəzərdə tutan kredit sazişi imzaladılar. Mikromaliyyələşdirilmə xəttinin vəsaiti hesabına mikrolayihələrin və Kiçik və Orta Sahibkarlıq layihələrinin maliyyələşdirilməsi həyata keçiriləcəkdir.
  • Dekabrın19-da Unibank və Avropa Yenidənqurma və İnkişaf Bankı paritet şərtlərlə kreditləşdirmənin (komaliyyələşdirmənin) həyata keçirilməsi üçün 5 mln. ABŞ dolları həcmində xəttin ayrılmasını nəzərdə tutan kredit sazişi imzaladılar. Bu kredit xətti Unibank-a iri layihələrin kreditləşdirilməsini aşağıdakı şərtlərlə yerinə yetirməyə imkan verəcəkdir - maliyyələşdirmənin 50%-i Unibank-ın öz vəsaitinin hesabına, 50%-I isə AYİB-in kredit xəttinin hesabına həyata keçiriləcəkdir.
  • Dekabrın 22-də DEG - Alman İnvestisiya Korporasiyası özünün Unibank-ın nizamnamə kapitalındakı payını ödədi, nəticədə Bankın ödənilmiş nizamnamə kapitalı 33 mlrd. Manta təşkil etmiş oldu. DEG-in payı 8,33%-ə bərabərdir.
  • Dekabrın 26-da Unibank və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) lizinq layihələrinin maliyyələşdirilməsi üçün Unibank-a 5 il müddətinə 5 mln. ABŞ dolları həcmində kredit xəttinin ayrılması haqqında saziş imzaladılar. Xəttin vəsaiti 100%-li təsisçisi Unibank olan UniLeasing törəmə şirkətinin potensialının genişləndirilməsinə imkan verəcəkdir. 

2006-cı il

  • Yanvar ayında Unibank Qara dəniz Ticarət və İnkişaf Bankının kreditinin mənimsənilməsinə başlamışdır
  • Fevral ayında VISA International beynəlxalq ödəniş sisteminin Direktorlar Şurası Unibank-a VISA Int.-ın Prinsipal üzvü statusunun verilməsini bəyəndi.
  • Fevral ayında Unibank Azərbaycan Respublikasının İpoteka Fondu ilə baş saziş və xidmət müqaviləsi imzaladı
  • Mart ayında Unibank və Bankgesellschaft Berlin kredit müqaviləsi imzaladılar
  • Aprel ayında Unibank DEG-in kreditinin mənimsənilməsinə başladı
  • Aprel ayında Unibank ilk ipoteka kreditini təsdiq etdi
  • May ayında Unibank QKDK-də özünün ilk ipoteka kağızını qeydiyyatdan keçirdi
  • May ayının 24-də Unibank Azərbaycanda "Bank-Bank" sxemi üzrə ilk REPO-sazişin iştirakçısı oldu, hansında ki, fond bazarının aləti keyfiyyətində Azərbaycan Respublikasının Milli Bankının notları istifadə edilirdi
  • May ayının 26-da Unibank özünün dördüncü - "Neftçilər" filialını açdı
  • Unibank DEG -in ikinci tranşının vəsaitlərini reallaşdıraraq ümumi həcmi 3 mln. dollar olan kredit xəttinin istifadəsini sona çatdırdı.
  • İyunda Unibank “Banklar və Maliyyə I Beynəlxalq Qafqaz konfransı və sərgisində” iştirak edib.
  • İyulun 3-də Azərbaycan bank bazarında mühüm hadisə baş verdi - Unibank KB yeni brend - AL Kart-ı təqdim etdi. Bu ad ilə Unibank yeni məhsul - kredit kartını buraxdı. Bu kartın reallaşdırılması “Nə istəyirsən - AL” devizi altında həyata keçirilir.
  • İyulda Unibank yeni məhsulunu - İnternet şəbəkəsində əmtəə və xidmətlərin haqqının ödənilməsi üçün Click-i təqdim etdi.
  • Avqustda Unibanka növbəti kredit limiti təqdim olunmuşdur. Sənədli əməliyyətların təstiq olunması (akkreditiv və zəmanətlərin təstiq olunması) üçün limit Hollnadiya bankı Garantibank İnternational N.V tərəfindən verilmişdir.
  • Avqustun 28-də Unibank yeni filial - “Sumqayıt” filialını açdı
  • Avqustun 17-də Unibank KB və Alman İnvestisiya Korporasiyası DEG (Deutsche İnvestitions und Entwicklungsgesselschaft mbH) Unibanka 6 mln. dollar həcmində kredit xəttinin təqdim edilməsi haqqında razılaşma imzaladılar
  • Avqustda Unibank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu təşkilat tərəfindən Tacarət Maliyyələşdirilməsi Proqramı (TFP) çəçivəsində Unibanka təqdim olunan maliyyə vəsaitlərindən ( 3 mln. dollar) istifadə imkanlarının genişləndirilməsi haqqında razılaşma imzaladılar
  • Sentyabr ayının 7-də Unibank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Sindikatlaşdırılmış kreditin təqdim edilməsi barədə novbəti, sayca ikinci saziş imzaladılar (À/Â loan - II). Ümumi həcmi 7,5 mln. ABŞ dolları olan ikinci sindikatlaşdırılmış kredit AYİB, həmcinin Avropanın, ABŞ-ın və Rusiyanın daha 6 bankı tərəfindən təqdim edilmişdir. Bu kreditdə AYİB-in payı 2,5 mln. ABŞ dolları təşkil edir. Kreditin “A Loan” tərkib hissəsinin muddəti 3 il; “B loan”-ın isə 1 il, daha 1 il uzadılmaq imkanı ilə, təşkil edir. Bu vəsaitlərin hesabına xırda və orta sahibkarlıq (XOS) layihələrinin maliyyələşdirilməsi planlaşdırılır.
  • Oktyabr ayında Unibank KB Beynəlxalq Maliyyə Korporasiyasının dunya ticarətinin maliyyələşdirilməsi uzrə proqramının - GTPF (Global Trade Finance Program) - iştirakcısı oldu. Proqram cərcivəsində Unibank-a ticarət maliyyələşdirilməsi ucun, umumi həcmi 1,5 mln. ABŞ dolları təşkil edən, muddətsiz revolver kredit xətti təqdim edilmişdir.
    Oktyabrda Unibank KB Alman-Azərbaycan Fondunun (AAF) xırda və orta sahibkarlığın (XOS) kreditləşdirilməsi uzrə Proqramının həyata kecirilməsi cərcivəsində əlavə tranş aldı. Tranşın umumi həcmi 250 min Avro təşkil etmişdir. Əlavə tranşın ayrılması AAF tərəfindən Unibank-a təqdim edilmiş kredit xəttinin umumi həcminin 2 250 min Avroyadək artırılmasının nəticəsi oldu.
  • 2006-cı ilin noyabr ayının 21-də Unibank KB ASC-nin sənədləşdirilməmiş adlı istiqrazlarının yerləşdirilməsinə başlandı. Emissiyanın həcmi 5 000 000 ABŞ dolları, bir istiqrazın nominal dəyəri – 1 000 ABŞ dolları, istiqrazlar uzrə gəlirlilik – 13,80%, dovriyyə muddəti isə 360 gun təşkil edir. Emissiyanın prospektinə gorə, yerləşdirilmə Bakı Fond Birjasında acıq abunə usulu ilə kecirilirdi. Yerləşdirilmənin anderrayteri rolunda Unibank KB ASC cıxış etmişdir.
  • Dekabr ayının 11-də Unibank KB və FMO Niderland maliyyə şirkəti Unibank-a 5 mln. ABŞ dolları olcusundə kredit xəttinin təqdim olunması haqqında saziş imzaladılar. Bu vəsaitin hesabına Bank xırda və orta sahibkarlıq (XOS) layihələrini maliyyələşdirəcəkdir.
  • Dekabr ayının 13-də Unibank KB Azərbaycan bank sistemi tarixində subordinasiya olunmuş kreditin ilk alıcısı oldu. Ümumi həcmi 5 mln. ABŞ dolları olan subordinasiya olunmuş maliyyələşdirilmənin alınması haqqında Unibank-la FMO (the Netherlands Development Finance Company) arasında saziş 7 il muddətinə imzalanmışdır. Bu kreditin vəsaiti ikinci səviyyə kapitalının formalaşmasının əlavə mənbəyi oldu.
  • Dekabr ayında Unibank Kommersiya Bankı Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən lizinq layihələrinin maliyyələşdirilməsi ucun Banka təqdim edilmiş vəsaitin mənimsənilməsini tam başa catdırdı. Ümumi həcmi 5 mln. ABŞ dolları olan xəttin hesabına iqtisadiyyatın muxtəlif sahələrində 30-dan artıq layihə maliyyələşdirilmişdir. Kredit xəttinin vəsaitinin istifadəsi 100% təsiscisi Unibank KB olan UniLeasing lizinq şirkətinin vasitəsi ilə həyata kecirilmişdir.

2007-cı il

  • Fevral ayının 5-də Unibank Azərbaycanda analoqu olmayan bir məhsul – Fərdi dizayna malik olan kartlar – təqdim etdi
  • Fevral ayının 15-də,  Unibank KB tərəfindən buraxılmış korporativ valyuta istiqrazları üzrə sövdələşmələr nəticəsində, Bank əlavə olaraq 500 min ABŞ dolları həcmində istiqraz yerləşdirdi. İstiqrazlar, nominal dəyərin 103,3%-ni təşkil edən kotirovka qiyməti ilə satıldılar
  • Mart ayının 1-də Unibank yarım illik əmanətlər üzrə ən əlverişli faiz dərəcəsi ilə depozitlərin qəbulunu elan etdi. Aksiya mart ayının 1-dən may ayının 31-dək davam etdi
  • Mart ayının 28-də Unibank AZ200500202 saylı dövlət nömrəsi altında adlı sənədsiz manat istiqrazlarının buraxılışını qeydə aldırdı
  • Aprel ayının Unibank Azərbaycanda ilk fərdi sindikatlaşdırılmış kredit mənbələrini tətbiq etməklə əlavə vəsaitlər cəlb etmişdir. Bu VTB Europe tərəfindən təşkil olunmuşdur. Bu kredit vasitəsilə cəlb olunan ümüni məbləğ 30 mln ABŞ dolları təşkil edir. 
  • May ayının 1-də Unibank MasterCard beynəlxalq ödəniş sisteminin plastik kartlarının buraxılmasına başladı
  • May ayının 1-də Unibank-ın Nərimanov filialı açıldı
  • May ayının 11-də Unibank-ın “Əcəmi” filialı açıldı
  • May ayında Bankın səhmdarları məcmu kapitalın həcminin 40 mln. manata qədər artırılmısı haqqında qərar qəbul etdilər
  • May ayında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Unibank üçün üçüncü sindikatlaşdırılmış kredit layihəsində - A/B-Loan –III-də iştirak etmək haqqında özünün qərarını elan etdi
  • May ayında Visa International-ın CEMEA (Central Europe, Middle East and Africa) reqionu üzrə direktorlar Şurası Unibank-ın VISA International kartlarının ekvayeri statusu alması haqqında qərar qəbul etdi
  • İyul ayında Unibank KB və Akkord İnşaat Sənaye şirkəti “Qarşılıqlı əməkdaşlıq haqqında müqavilə” imzaladılar. Bu sənəd çərçivəsində Unibank Akkord İnşaat Sənaye şirkəti tərəfindən inşa olunan evlərdə mənzillərin satın alınmasının kreditləşdirilməsinə başlamışdır
  • İyul ayının 15-də “Euromoney" jurnalı Unibank-ı 2007-ci ildə "Azərbaycanda ən yaxşı bank" elan etdi
  • İyul ayında Unibank özünün ilk beynəlxalq reytinqini aldı. Moody’s Investor Service reytinq agentliyi Banka ðåéòèíã “müsbət” B2 reytinqi verdi
  • İyul ayında Unibank KB özünün nizamnamə kapitalını 2.27 dəfə artırdı. Beləliklə, Bankın nizamnamə kapitalı 6,6 mln. manatdan 15 mln. manata qədər artdı.
  • İyul ayında Unibank KB ikinci subordinasiya olunmuş kreditin alınması haqqında saziş imzaladı. Ümumi həcmi 6,9 mln. ABŞ dolları olan subordinasiya olunmuş kredit Unibank-a Deutsche Bank AG bankı tərəfindən 7 il müddətinə təqdim olunmuşdu.
  • Sentyabr ayının 10-da Unibank-ın filialı – “8 saylı filial” - açılmışdır
  • Sentyabr ayının 1-dən Unibank KB şənbə günlərində, saat 10:00-dan 15:00-a qədər işləməklə, müştəri xidmətinin vaxtını artırmışdır
  • Sentyabr ayının 24-də Unibank Visa International beynəlxalq ödəniş sisteminin ekvayeri statusunu almışdır 
  • Sentyabr ayında PriceWaterhouseCoopers Unibank-ın yarımilllik auditinin nəticələrini elan etmişdir
  • Oktyabr ayının 22-də Unibank-ın filialı – “10 saylı filial” - açılmışdır 
  • Oktyabr ayının 31-də Unibank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Sindikatlaşdırılmış kreditin təqdim edilməsi haqqında üçüncü sazişi (A/B loan – III) imzaladılar. Ümumi həcmi 35 mln. kredit Unibank –a AYİB, və daha 15 bank tərəfindən təqdim edilmişdir
  • 2007-ci ilin noyabr ayının 16-da Unibank valyuta istiqrazlarının debüt emissiyasının ödənilməsini həyata keçirmişdir
  • Noyabr ayının 20-də Unibank-ın filialı – “9 saylı filial” - açılmışdır
  • Dekabr ayının 20-24-də Unibank Ehtiyat İT-Mərkəzin açılışını həyata keçirmişdir
  • Dekabr ayının 27-də Unibank AlKart sahibləri üçün Yeni il mükafat lotereyasına yekun vurdu. Nəticələrə görə üç nəfər qalib mükafat qismində Bankhoka, Praqaya və Romaya turist putyovkaları əldə etdilər 
  • Dekabr ayında Unibank, təşkilatçısı kimi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) çıxış etdiyi, üçüncü sindikatlaşdırılmış kreditin  (A/B-Loan –III) vəsaitlərini tam mənimsədi
2008-ci il
  • Yanvar ayının 7-də Unibank-ın filialı  - 17 saylı filial (Nəsimi rayonu) - açılmışdır.
  • 2008-ci ilin yanvar ayında Azərbaycanın qiymətli kağızlar bazarında, təsisçisi və 100%-lik səhmdarı Unibank Kommersiya Bankı olan, sərmayə xidmətlərinin göstərilməsi üzrə yeni şirkət  -  Unicapital ASC işə başlamışdır.
  • Yanvar ayının 15-də Unibank-ın filialı  - 11 saylı filial (Xətai rayonu) açılmışdır.
  • Fevral ayının 1-də Unibank-ın filialı  - 12 saylı filial (Nəsimi rayonu) açılmışdır.
  • Fevral ayında Unicapital şirkəti Bakı Fond Birjasının (BFB) nizamnamə kapitalında Unibank-ın iştirak payını satın almışdır.
  • Fevral ayında Unibank Azərbaycanda  Visa International Beynəlxalq ödəniş sistemindən E-Commerce lisenziyasını almış ilk bank olmuşdur.
  • Fevral ayın 14-də Unibank və Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) kredit xəttinin açılması haqqında saziş imzaladılar. QTİB tərəfindən Unibank-a kredit xətti kiçik və orta sahibkarlıq (KOS) sahəsində layihələrin maliyyələşdirilməsi üçün təqdim edilir. Kredit xəttinin ümumi həcmi 5 mln. ABŞ dollaına bərabərdir, xətt 5 il müddətinə təqdim edilmişdir.
  • Fevral ayının 25-də Unibank-ın filialı  - 13 saylı filial (Yasamal rayonu) açılmışdır.
  • Mart ayında Unibank özünün korporativ treninq mərkəzinin – Unitraining-in açılmasını bəyan etdi. Unitraining-in yaradılması üçün Bank tərəfindən 17 saylı Filialda yerləşən, xüsusi olaraq treninqlərin keçirilməsi üçün avadanlıqla təchiz olunmuş otaq ayrılmışdır.
  • Mart ayının 24-də Unibank-ın filialı - 15 saylı filial (Nəsimi rayonu) açılmışdır.
  • Mart ayının 30-da Unibank-ın  filialı - 14 saylı filial (Xətai rayonu) açılmışdır.
  • Aprel ayında Unibank özünün Unitraining təlim mərkəzini təqdim etdi.
  • Aprel ayının 10-da Unibank Bankın əmanətçiləri üçün yeni lotereya aksiyasını – “Brilyant Depoziti” təqdim etdi. Lotereyanın tirajı hər ay keçirilir. Tirajın hər qalibi 3 brilyant əldə edir.
  • May ayında Unibank Visa International çip kartlarının emissiyasına başladı.
  • May ayında Unibank Deutsche Bank AG London-dan sindikatlaşdırılmış kreditin alıcısı oldu.
  • İyun ayının 17-də  Unibank-ın filialı – “16 saylı Filial” (Səbail rayonu) açılmışdır.
  • İyul ayının 1-də Unibank-ın Şəki şəhərində “Şəki” filialı açılmışdır.
  • İyul ayında Unibank yeni xidməti – “İnternet-Bankı” işə salmışdır.
  • İyul ayının 29-da Unibank-ın Şəmkir şəhərində “Şəmkir” filialı açılmışdır.
  • Avqust ayında Unibank Pekində Yay Olimpiya Oyunlarının qalibləri üçün Xüsusi Mükafat Fondu təsis etmişdir. Fondun vəsaiti sentyabr ayında Olimpiadanın qalibləri arasında bölüşdürükmüşdü.
  • Avqust ayının 25-də Unibank-ın yeni şöbəsi – “Gənclik” (Nərimanov rayonu)açılmışdır.
  • Sentyabr ayında Unibank korporativ və VİP-müştərilər üçün yeni Loyallıq Proqramını işə salmışdır.
  • Sentyabr ayının 8-də Unibank-ın Quba şəhərində “Quba” filialı açılmışdır.
  • Sentyabr ayında Unibank korporativ müştərilər üçün Loyallıq Proqramını işə salmışdır
  • Oktyabr ayında Unibank FMO-dan ipoteka sahəsində layihələrin maliyyələşdirilməsi üçün ümumi həcmi 15 mln. ABŞ dolları olan kredit xəttinin alınması üçün saziş imzalamışdır
  • Noyabr ayında Unibank korporativ müştərilər üçün öz futbol turnirini – UNICUP-ı təsis etmişdir
  • Noyabr ayında Unibank Mastercard-ın ekvayeri oldu
  • Noyabr ayında Unibank-ın treninq mərkəzi - Unitraining – personalın qiymətləndirilməsi üçün yeni proqramı - Assessment center-i işə saldı
  • Noyabr ayında nüfuzlu maliyyə jurnalı The Banker Unibank-ı Azərbaycanda “İlin bankı – 2008” elan etdi
  • Dekabr ayında Unibank kommunal ödənişlərin qəbuluna başladı
  • Dekabr ayının 16-da Unibank-ın filialı – “19 saylı Filial” (Sabunçu rayonu) açıldı
  • Dekabr ayında Fitch Ratings beynəlxalq reytinq agentliyi Unibank-ın reytinqi üzrə “sabit” proqnozunu təsdiq etdi

2009-cü il

  • Unicapital ASC Azərbaycanda broker xidmətlərinin göstərilməsi üzrə lider oldu
  • Yanvar ayının 15-də Mingəçevir şəhərində Unibank-ın yeni “Mingəçevir” filialı açıldı
  • Yanvar ayında Unibank-ın Baş ofisinin yeni binası – Uniplaza layihəsi inşa olunan binalar arasında ən yaxşı layihə kimi tanındı
  • Fevral ayının 13-dən Unibank yeni pul köçürmələri sistemi ilə - “Zolotaya Korona”-la işə başladı

   
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57
Tel: (+994 12) 498 22 44
Faks: (+994 12) 498 09 53
bank@unibank.az
 
Ünvan: Gəncə ş., AZ2003,
Atatürk pr. 249,
Tel: (+994 22) 56 95 99
Faks: (+994 22) 56 77 64
  Burada Siz bizim bankomatların yerləşdirilməsini görə bilərsiniz

 

 
© 2003-2008 Unibank, bank@unibank.az
Tel.: (+994 12) 498 22 44



Məzmun