“Unibank – Azərbaycanda 2008-ci ilin ən yaxşı bankıdır” – İngiltərənin nüfuzlu The Banker maliyyə jurnalının ekspertləri belə qərara gəlmişlər. Unibank ölkənin, bu cür yüksək mükafata layiq görülmüş yeganə bankıdır.
The Banker-in illik nüfuzlu mükafatı aparıcı banklara təqdim olunur və regionlar, ölkələr və kateqoriyalar üzrə verilir. Namizədlərin seçilməsi zamanı jurnalın ekspertləri maliyyə gösrtəriciləri, habelə müasir texnologiyaların tətbiq edilməsi və inkişafı, yeniləşmə və daimi inkişafa meyl kimi meyarları rəhbər tuturlar. Hər il bu mükafat uğrunda dünyanın yüz əllidən çox ölkəsindən olan 500-ə yaxın bank rəqabət aparır.
Seçimə həm müsabiqədə ilk dəfə iştirak edən banklar, həm də artıq ötən illərdə “ən yaxşı” kimi tanınmış banklar buraxılırlar. Konkret olaraq, Unibank ilk dəfə 2005-ci ildə “Azərbaycanın ən yaxşı bankı” olmuşdu.
“Bizim üçün xüsusilə mühümdür ki, biz artıq ikinci dəfə The Banker tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülürük. Bu mükafatı ilk dəfə almaq heç də asan məsələ deyildi, lakin daim yüksək mövqeni qoruyub saxlamaq və özünün lider statusunu, “ən yaxşı” statusunu qorumaq daha çətindir. Bundan əlavə, bizim üçün dəyərli olan odur ki, hətta indi, dünya maliyyə böhranı dövründə də ölkə bazarında bizim Bankın mövqeləri möhkəmdir”, - deyə Unibank-ın İdarə Heyətinin Sədri Faiq Hüseynov qeyd etdi.
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57 Tel: (+994 12) 498 22 44