“Unibank” kredit fəaliyyətinin artirilmasi üçün 83 mln. abş dollar cəlb edir
Maliyyə böhranının təsirinə cavab olaraq, AYİB və Avropanın diqər inkişaf maliyyə təsisatları Azərbaycanın müstəqil aparıcı kommersiya banklarından birinə təqdim olunan paket maliyyələşdirilməsi vasitəsilə, ölkənin bank sektorunu dəstəkləyirlər.
“Unibank” üçün ayrılan maliyyə paketi 83 milyon ABŞ dollara bərabərdir və AYİB tərəfindən təqdim olunan $37 milyon, “Deutsche Investitions-und Entwicklungsgesellschaft mbH” (“DEG”)-dən alınan $15,6 milyon, “FMO” Hollandiya Maliyyə Şirkətindən $15 milyon və Avstriya İnkişaf Bankından (“OeEB”) alınan $10 milyondan ibarətdir. “Unibank”-ın yerli səhmdarlarının paket maliyyələşdirilməsində payı 5,4 milyon ABŞ dollarına bərabər olacaqr.
Maliyyə paketinə bankın səhmdar kapitalına $7 milyon məbləğində sərmayə, $25 milyon bərabər olan konvertasiya olunan istiqrazlar və $51 milyonuq kredit daxildirlər. Maliyyə vəsaiti “Unibank”ın kapital bazasının gücləndirilməsi üçün istifadə ediləcək və milli iqtisadiyyatının cari çətin şəraitdə olan real sektoru üçün kreditləşdirilməsini davam etdirməkdə yardım olacaq.
Ayrılan maliyyə paketi tərəf-müqabil olan təşkilatlardan texniki dəstəklə müşayiət olunur. Bu “Unibank”a iqtisadi zəifləmə şəraitində öz kredit siyasətini və risklərin idarə olunması siyasətini gücləndirməklə bərabər uzunmüddətli maliyyələşdirilmə bazasının inkişafını təmin edilməsində yardım edəcək.
“Bu layihə AYİB-in fəaliyyət göstərdiyi ölkələrdə zəif xarici maliyyələşdirilmə dövrlərində bank sektorlarına göstərdiyi dəstəyin davamıdır. Layihə “Unibank”a əhəmiyyətli dərəcədə maliyyələşdirilməyə yol açır və Azərbaycan bank sektoruna etimadı artırır. Bundan əlavə, bu paket Azərbaycanın iqtisadiyyatının real sektorunun olduqca zəruri olan maliyyələşdirilməsini davam etdirməyə yardım edəcək”, - Nik Tessimen, AYİB-in maliyyə təşkilatları üzrə Biznes Qrupunun direktoru belə hesab edir.
“Bu – Azərbaycanda özəl bank fəaliyyətinin tarixində ən iri paket maliyyələşdirilməsidir. O, beynəlxalq sərmayəçilərin “Unibank”a və Azərbaycanın bank sektoruna yüksək etimadını nümayiş etdirir, bu isə qlobal maliyyə və iqtisadi böhranı dövründə xüsusilə vacibdir. Dünya kapital bazarlarında qeyri-sabitliyə və likvidliyin azalmasına baxmayaraq, bizim mühüm beynəlxalq tərəf-müqabillərimizlə bərabər, bundan əvvəlki layihələri müvəffəqiyyətlə həyata keçirməyimiz, habelə öz öhdəliklərimizi vaxtında yerinə yetirməyimiz “Unibank”a xırda və orta müəssisələrin maliyyələşdirilməsi və Azərbaycanın qeyri-neft sektorunun inkişafının dəstəklənməsi üçün əlavə vəsait cəlb etməyə imkan verdi”, – deyə “Unibank” İdarə Heyətinin Sədri Faiq Hüseynov bəyan etdi.
“Biz “FMO”-da sahibkarlığı inkişafın açarı kimi qiymətləndiririk. Ötən illər ərzində “Unibank” özəl sektorun inkişafının dəstəklənməsində öz qabiliyyətini nümayiş etdirib və bu əlavə kredit orta ölçülü Azərbaycan şirkətləri üçün maliyyələşdirilməni daha əlverişli və geniş edəcəkdir”, - deyə “FMO”-nun Maliyyə təsisatları üzrə direktoru Ruud Brauer qeyd edir.
“Bu maliyyə səvdələşməsi ilə “DEG” “Unibank”la uzunmüddətli əməkdaşlığını davam etdirir. Xırda və orta müəssisələrin maliyyələşdirilməsi Bank fəaliyyətinin başlıca növlərindən biri olduğu halda, bu layihə həmin sektorda iş yerlərinin yaradılmasına öz tövhəsini verəcək. Cari iqtisadi böhranı nəzərə alaraq, biz, bir inkişafın maliyyələşdirilməsi təşkilatı kimi, bu sahədə öz xüsusi məsuliyyətimizi hiss edirik”, – deyə “DEG”-in Maliyyə strukturlaşması üzrə Şöbəsinin rəhbəri Holger Rotenbuş qeyd etdi.
“Unibank”a ayrılan kredit xətti, bizim bu Avstriya üçün olduqca mühüm olan bölgədə fəaliyyətimizin başlandığı ilk layihədir. Güman edirik ki, maliyyə sektorunun sabitləşdirilməsinə və nəticədə Azərbaycan iqtisadiyyatının inkişafının fəal şəkildə dəstəklənməsinə öz payımızı verə biləcəyik”, – deyə “OeEB”-n İcraçı direktorlar Şurasının üzvü Andrea Haqmann şərh verdi.
“Unibank” maliyyə nöqteyi-nəzərindən Azərbaycanın on aparıcı bankından biridir. 2009-cu ilin iyun ayının 1-nə Bankın aktivləri və kredit portfeli, müvafiq olaraq, 456 milyon və 332 milyon ABŞ dollarından artıq idi. Həmin tarix üçün onun ümumi kapitalı isə $61 milyona bərabər idi.
2003-cü ildən başlayaraq, AYİB “Unibank”a, səhmdar kapitala sərmayələr və kreditlər şəklində 21 milyon ABŞ dolları təqdim edib. AYİB və “DEG” “Unibank”ın səhmdar kapitalında, müvafiq olaraq, 15 və 8 faizə bərabər olan paya malikdirlər.
Ümumi hesabda isə Azərbaycanda öz fəaliyyətinin başlanğıcından bəri AYİB 90-dan artıq laiyhə üzrə məcmu həcmi 800 milyon Avroya çatan maliyyələşdirilmə təqdim edib.
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57 Tel: (+994 12) 498 22 44