Subscribe Unsubscribe
E-mail
 Sizin fikrinizcə Unibankın hansı məhsul çeşidi daha cəlbedicidir?
Depozitlər
Kreditlər
Plastik kartlar
Heç biri
Hər üçü
 
AZ      RU      EN      
  Ana səhifə   /   Bank haqqında   /   Bank bu gün  


Sən təkrarolunmazsan.
Öz kartını da o cür et

Ətraflı



Unibank  yeni brend
Al Kart təqdim etdi.

Ətraflı












      Vizitka
      Bank bu gün
      Bankın tarixi
      İlin Sazişi
      Ən Yaxşı Bank
      İllik Hesabat
      Əlavə məlumat
      Unibank Premyer Liqası
      Auditor Rəyi
      Unileasing
      Unicapital
      Unitraining
      Bankomatlar
      Rəhbərlik
      Səhmdar kapitalı
      Filiallar
      Vakansiyalar
      Əlaqə
      Səsvermə
      FAQ



Bank bu gün

Unibank Azərbaycanın ən iri özəl banklarından biridir. Bu gün Bankın ödənilmiş nizamnamə fondu 30 mln. AZN təşkil edir. Bankın beynəlxalq miqyaslar üzrə məcmu kapitalı 65 mln. AZN-dən artıqdır.

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti 1992-ci ilin iyul ayının 27-də (MBANK kimi) Azərbaycan Respublikasının Milli Bankında qeydiyyatdan keçmişdir (72 saylı lisenziya). Bankın rəsmi auditoru PricewaterhouseCoopers şirkətidir.

Unibank KB - ankı müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan fərdi və korporativ müştərilərə, habelə maliyyə-kredit təşkilatlarına xidmətlər təqdim edən, universal maliyyə-kredit təşkilatıdır. Yarandığı ilk gündən Bank müştərilərlə öz münasibətini bərabərhüquqlu tərəf-müqabillik, qarşılıqlı dəstəklənmə və tam etimad prinsipləri üzərində qurur.

Öz maliyyə göstəricilərinə görə Unibank  liderlər üçlüyünə daxildir: Bankın aktivləri 437 mln. manat təşkil edir. Kredit portfeli 336 mln. manatdan artıqdır.

Azərbaycanın iki aparıcı kommersiya bankı – MBANK və PROMTEXBANK-ın 2002-ci ilin oktyabr ayının 15-də baş verən birləşməsində qarşıya qoyulan məqsəd  öz müştərilərinə keyfiyyətli xidmətlərin maksimum dərəcədə geniş spektrini təqdim etməyə qadir olan iri, universal Bankın yaradılması idi.

İnkişafın Biznes-planına müvafiq olaraq, Bankın siyasəti Azərbaycanda özəl sektorun dəstəklənməsinə yönəlmişdir. Bununla əlaqədar, Bankın rəhbərliyi iri Beynəlxalq Maliyyə İinstitutları (BMİ) ilə əməkdaşlığı öz fəaliyyətində prioritet istiqamət hesab edir. Bu gün Unibank Azərbaycanda, səhmdarlarının tərkibinə Avropa Yenidənqurma və İnkişaf Bankının daxil olduğu birinci özəl bank və eyni zamanda, AYİB-lə bərabər DEG - Alman Sərmayə Şirkətinin də səhmdarı olduğu yeganə özəl bankdır.

Unibank Azərbaycanın Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Alman-Azərbaycan Fondu (AAF), Özəl Sektorun İnkişafı İslam Korporasiyası (ÖSİİK), Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB), VTB-Europe və digər maliyyə institutları ilə uzunmüddətli əməkdaşlığın əsasını qoymuş ilk banklarından biridir.

Bank tərəfindən iki törəmə şirkət – Unileasing lizinq şirkəri və sərmayə xidmətlərinin göstərilməsi üzrə Unicapital şirkəti təsis edilmişdir. Bank tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün, həm də Unitraining korporativ treninq mərkəzi təsis edilmişdir.

Unibank-ın Azərbaycanın bank bazarında liderliyinin bariz sübutu beynəlxalq səviyyədə ona bir sıra parlaq mükafatların təqdim edilməsidir:
  • “AYİB-in Azərbaycanda ticarət maliyyələşdirilməsi proqramı üzrə 2003-cü ildə ən fəal inkişaf edən bank" - 2004-cü ilin aprel ayında AYİB tərəfindən təqdim olunmuşdur
  • Maliyyə və biznes sahəsində nüfuzlu The Banker ingilis jurnalının qiymətləndirməsinə görə,“Azərbaycanın ən sürətlə inkişaf edən bankı” (2005-ci ilin yanvar ayı);
  • Maliyyə və biznes sahəsində nüfuzlu  Euromoney jurnalının qiymətləndirməsinə görə Azərbaycanda "2005-ci ilin ən yaxşı bankı" (2005-ci ilin iyul ayı);
  • The Banker ingilis jurnalının qiymətləndirməsinə görə Azərbaycanda "İlin Bankı - 2005" (2005-ci ilin sentyabr ayı);
  • Euromoney jurnalının mülahizəsinə görə 2007-ci ildə “Azərbaycanda ən yaxşı bank”.

Bu gün Bank öz müştərilərinə, özünə hesablaşma-kassa xidmətinin göstərilməsini, valyuta mübadiləsi və bütün sənədli əməliyyat növlərini (hesablaşmaların akkreditiv formalarını, inkasso və bank zəmanətlərini), kreditləşdirilməni, əmanətlərin qəbul edilməsi üzrə xidmətləri, plastik kartları, inkassasiyanı, bank çeklərinə qulluq edilməsini, konsaltinq xidmətlərini və s.-ni daxil edən bank xidmətlərinin və məhsullarının geniş çeşidini təqdim edir. Bank banklararası kreditləşdirilmə bazarında pul vəsaitinin cəlb edilməsi və yerləşdirilməsi istiqamətində də fəal iş görür.

Ötən il Bankda orta müddətli strategiya və cari biznes-planlarının işlənib hazırlanması üçün cavabdeh olan Strateji İnkişaf Departamenti yaradılmışdır. 2007-ci ilin yekunlarına və biznesin inkişafı üzrə plana əsaslanaraq, Strateji İnkişaf Departamentinin əməkdaşları tərəfindən BSC (Balanced Scorecards) sistemi işlənib hazırlanmışdır. Bununla Bank dünya korporasiyalarının uğurlu təcrübəsini tətbiq edir və birdəfəlik olaraq konservativ idarəetmə metodlarından strategiyaya istiqamətlənmiş menecmentə keçməyi planlaşdırır.  

Bank aşağıda göctərilən bir sıra beynəlxalq və respublika əhəmiyyətli ixtisaslaşmış birliklərin və təşkilatların üzvüdür:
  • Bakı Banklararası Valyuta Birjasının (BBVB),
  • Azərbaycanın Ticarət-Sənaye Palatasının,
  • Azərbaycan Respublikası Banklarının Assosiasiyasının,
  • Azərbaycanda Amerika Ticarət Palatasının,
  • Azərbaycan Sahibkarlarının Milli Konfederasiyasının,
  • İslam İnkişaf Bankının üzvü olan ölkələrdə milli inkişaf maliyyə institutları Assosiasiyasının (ADFIMI),
  • Alman-Azərbaycan İqtisadi Yardım İttifaqının,
  • Azərbaycan Əmanətlərin Sığorta olunması Fondunun.
Bizim müştərilərlə qarşılıqlı münasibətlərimiz uzunmüddətli, qarşılıqlı mənfəətli əməkdaşlığın bazasına əsaslanır. Biz əminik ki, gələcəkdə də Unibank müştərilərimiz üçün etibarlı tərəf-müqabil və xeyirxah dost olaraq qalacaqdır.





   
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ1022, Rəşid Behbudov küç., 57
Tel: (+994 12) 498 22 44
Faks: (+994 12) 498 09 53
bank@unibank.az
 
Ünvan: Gəncə ş., AZ2003,
Atatürk pr. 249,
Tel: (+994 22) 56 95 99
Faks: (+994 22) 56 77 64
  Burada Siz bizim bankomatların yerləşdirilməsini görə bilərsiniz

 

 
© 2003-2008 Unibank, bank@unibank.az
Tel.: (+994 12) 498 22 44



Məzmun