

|
Suallar və cavablar Sizin bankda elə cari hesab açmaq olarmı ki, həmin hesabdakı qalıq vəsaitlərə faiz hesablansın?
Praktiki olaraq, bütün “Visa» və «MasterCard International» sistemlərinin kartlarının sahibləri Azərbaycanın onlarla pərakəndə satış məntəqələri və ticarət şəbəkələrinin endirimlərindən ilboyu istifadə edirlər. Hazırda Unibank Endirim Klubuna tərəfdaş-şirkətlərin sayı artıq 100-ə çatıb. Tərəfdaşların siyahısındakı yenilikləri bizim internet saytımız vasitəsilə izləyə bilərsiniz.
Bizim hazırkı tariflərimiz belədir:
Siz İpoteka kreditlərinin sığortalanması üçün müvəkkil olunmuş istənilən sığorta şirkətinə müraciət edə bilərsiniz. Sığortanın qiyməti mənzilin qiymətinin 0,50-0,60 %-i arasında dəyişir. Bir çox hallarda bu, kreditin məbləğindən deyil, girovun dəyərindən asılı olur. Buna görə də, xahiş edirik ki, məhz seçdiyiniz sığortaçı tərəfindən girovun qiymətini dəqiqləşdirəsiniz.
Mən «Unibank» vasitəsilə kreditlə avtomobil almışam və mənim hazırda aylıq ödənişlərim 479 manat təşkil edir. Əgər mən böyük məbləğdə, deyək ki, 1000 manat həcmində ödəniş etsəm, kreditin məbləği aşağı məbləğlə dəyişəcəkmi? Əlbəttə, əgər Siz ödəniş qrafikində göstərilmiş məbləğdən böyük məbləğdə ödəniş etdikdə, udursunuz – faiz borcu xeyli azalacaq. Belə ki, Sizin kredit üzrə ödənişinizin böyük hissəsi Banka olan borcunuzun əsas hissəsini qaytarmağa kömək edəcək. Əgər Siz öz maliyyə imkanlarınıza arxayınsınızsa, o zaman kredit müfəttişi ilə yeni ödəniş qrafikini razılaşdıra bilərsiniz. Sizin Bankın Həzi Aslanov metro stansiyası ərazisində filial və ya şöbəsi varmı ? Təəssüf ki, biz H.Aslanov metrosu rayonunda filialı hələlik bağlamağa məcbur olmuşuq. Yəqin ki, Sizin üçün bizim Əhmədlidəki (10 saylı) filialımıza getmək rahat olar. Həmin filial Ukrayna meydanından dərhal sonra avtobusların dayanacağının yaxınlığında, M.Hadi 33 ünvanında yerləşir. Onu da xatırladaq ki, «Unibank»-ın Əhmədli filialı iş günləri səhər sat 9-dan axşam saat 9-dək, şənbə günləri isə səhər saat 10-dan saat 16-dək fəaliyyət göstərir. Zəhmət olmazsa, deyin, «AL Kart» müştəriyə nə üstünlük verir? «AL Kart» layihəsi bir neçə səbəbdən populyardır. Birinci səbəb grace-dövrdür, bu müddət ərzində Siz borc alınmış vəsaitə görə faiz ödəmirsiniz. bu müddət vəsaitləri kart hesabından çıxardığınız gündən asılı olaraq, 35 günə qədər ola bilər. İkinci vacib üstünlük faiz dərəcəsi və Bankın borcalanlara qarşı daha sadələşdirilmiş tələbləridir. Bankın kart sahibinin gəlirlərinə minimal tələbləri hazırda 200 manat təşkil edir. daha bir müsbət cəhət isə odur ki, Siz «AL Kart» istifadə etməklə, bizim Endirim Klubunun üzvü olan 100-ə qədər şirkətin bütün diskont proqramlarının iştirakçısına çevrilirsiniz. Mən hələ iki il müddətində avtomobil alınması üçün götürdüyüm krediti ödəməliyəm. Artıq indi kreditin bütün qalan hissəsini bir dəfəyə ödəyə bilərəmmi? Bütün məbləği ödədiyim təqdirdə, mən bütün faizləri də ödəməli olacağam ? Hər şey Sizin atvokreditləşmə ilə bağlı müqavilənin şərtlərindən asılıdır. Hər halda, Sizin üçün krediti vaxtından əvvəl qaytarmaq sərfəlidir. Belə ki, bu halda Bank tərəfindən faizlər üzrə ödənişlər qrafiki Sizin xeyrinizə nəzərdən keçirilir. Bunun üçün avtomobilin alınması üçün kredit götürdüyünüz Filialın menecerinə müraciət etmək lazımdır. Ipoteka ilə özəl ev almaq istəyirəm. Zəhmət olmazsa, mənə nə etməli olduğumu və bu işlərin ardıcıllığını bildirin. Nədən başlamalıyam – ev tapmalı, sonra isə Banka müraciət etməliyəm, yoxsa əksinə? «Unibank» Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil banklarından biridir. Bildiyiniz kimi mənzil alınması üçün kreditlər həmin fondun xətti ilə yenidən maliyyələşdirilir. Zənnimizcə, ipoteka krediti almaq üçün, ilk növbədə Siz öz imkanlarınızı qiymətləndirməlisiniz. Siz hansı mənzili, harada və hansı qiymətə almaq istədiyinizi müəyyənləşdirən kimi, bizə müraciət edin. Bu mərhələdə Sizin AİF xətti ilə kredit almaq istəyiniz qeydə alınacaq, Siz gəlirləriniz, ailə tərkibi və girov barədə sənədləri təqdim etməli olacaqsınız. Banka müraciət etdiyiniz andan Sizin ipotekanın və ilk növbədə kreditlə alınacaq konkret mənzilin bütün parametrlərinin dəqiqləşdirilməsi üçün təqribən 2-3 həftəniz olacaq. Yadda saxlayın ki, bütün bu prosedura səbr, Fond və Bankın tələblərinin dəqiq yerinə yetirilməsini tələb edir. Orta hesabla bu proses Sizin ərizənizin qeydiyyata alındığı müddətdən sonra 6-7 həftə davam edir ki, bunun da 10 iş günü AİF-in yoxlamasına sərf olunur. Bundan əlavə, girovun qiymətləndirilməsi, onun sənədləşdirilməsi və sığortası həyata keçirilir. Ölkədən xaricdə növbə metodu ilə çalışıram və işlədiyim müddətdə qiymətini hissə-hissə ödəmə şərti ilə bağ evi almışam. Sualım isə belədir, mən Sizin Bankda 10-15 min AZN həcmində kredit almağı planlaşdırıram. Öz mənzilimi girov qoya bilərəm. Bu mümkündürmü? Kredit üzrə hər hansı bir qərar qəbul etmək üçün bizim mütəxəssislər Sizinlə görüşməli və həmin girov əsasında kreditin alınması imkanını müzakirə etməlidirlər. Sizin qeyri-standart vəziyyətdə yeganə əlavə şərt təsdiq olunmuş gəlirlərə sahib olan zamin şəxsin olmasıdır. Sizin ölkədə olmadığınız təqdirdə Bankın həmin şəxsə kreditlə bağlı müraciət etmək hüququ olacaq. Salam. Bankın əməkdaşlarından mənim kartımı bankomatdan çıxarmağı necə xahiş etmək olar? Əgər mümkündürsə, bu məsələni operativ həll etməyin mümkün olduğu telefon nömrəsini bildirin. Bu cür hallarda Siz 050 235 7870 nömrəsinə və ya iş günləri, o cümlədən şənbə günü saat 16-dək əvvəlki kimi, (012) 117 – daxili nömrə 2234 nömrəsinə zəng vurmaqla birbaşa bizim mütəxəssislərə müraciət edə bilərsiniz. Mənim «Unibank»da 2010-cu ilin yanvar ayından depozit hesabım var. Həmin hesabdan vəsaiti faizlərlə birlikdə bir il sonra götürməli idim, lakin mən onlara toxunmayaraq «ikinci dövrəyə» başladım. İndi mənə həmin vəsaitlərin bir qismi lazımdır. Bu halda faizləri itirmədən vəsaitin bir hissəsini necə çıxara bilərəm? Əgər Sizin depozitin rəsmən müddəti uzadılıbsa, yəqin ki, söhbət müddətli əmanətdən gedir. Bu halda, müəyyən məbləğ hesabdan çıxarıldığı təqdirdə, Bank faiz ödənilmə dərəcələrini aşağı salmağa məcburdur. İstənilən halda, bütün təfərrüatları (012) 117 nömrəsinə zəng etməklə və ya şəxsi əmanətlər barədə "Unibank"-ın saytının bu səhifəsinə daxil olmaqla məlumat ala bilərsiniz: http://www.unibank.a...z/?tid=36&id=60 Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üçün hesabın açılması məqsədilə hansı sənədləri təqdim etmək lazımdır və bu prosedura nə qədər vaxt aparacaq? Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün bank hesabının açılması üçün VOEN olması zəruridir. Bundan əlavə, hesabın açılması üçün ərizə formasını doldurmaq (hər bir hesab növü üçün bir nüsxə), habelə, Banka imza nümunələrini (notarial qaydada təsdiq olunmuş 2 nüsxə), yerli vergi orqanından verilmiş duplikat-şəhadətnaməni (hər bir hesab növü üçün bir nüsxə) və şəxsiyyət vəsiqəsini (vaxtı bitməmiş) təqdim etmək lazımdır. Ümumilikdə prosedura 2-5 iş günü çəkə bilər. Zəhmət olmazsa, deyin, Siz imtiyazlı şəxslərə 4%-lik ipoteka kreditləri verirsinizmi? Bunun üçün hansı sənədlər lazımdır? Sosial güzəştləri olan şəxslər üçün ipoteka kreditinin alınması üçün ərizənin xüsusiyyəti yalnız ondadır ki, Banka imtiyazlı faiz dərəcəsinə (illik 4%) hüquq verən sənədləri təqdim etmək lazımdır. Bu cür kreditin maksimal məbləği 35 min manat, kreditin müddəti isə pensiya yaşına çatma müddətindən asılı olaraq - 360 aya qədər ola bilər. Əgər müştəri bütün tələb olunan sənədləri təqdim edibsə, «Unibank» hansı müddət ərzində ipoteka barədə müsbət və ya mənfi cavab verməyi öhdəliyinə götürür? Mənzilin axtarışı üçün nə qədər vaxt verilir. Bütün sənədlər təqdim olunduğu təqdirdə, ərizələrin növbəli şəkildə baxıldığını nəzərə alaraq, bir təqvim ayı ərzində hər bir müştəri Bankın nümayəndəsindən müsbət və ya mənfi cavab ala bilər. mənzilin axtarılması üçün borcalana 1 aya qədər müddət verilir. İpoteka alanın həyatını və əmək qabiliyyətini, eləcə də ipoteka predmetini hansı sığorta agentliyində sığortalamaq daha yaxşıdır. Əgər mən 15 il müddətinə 50 min manat məbləğində ipoteka götürmək istəyirəmsə, bu cür sığorta neçəyə başa gələcək? Siz İpoteka kreditlərinin sığortalanması üçün müvəkkil olunmuş istənilən sığorta şirkətinə müraciət edə bilərsiniz. Sığortanın qiyməti mənzilin qiymətinin 0,50-0,60 %- arasında dəyişir. Bir çox hallarda bu, kreditin məbləğindən deyil, girovun dəyərindən asılı olur. Buna görə də, xahiş edirik ki, məhz seçdiyiniz sığortaçı tərəfindən girovun qiymətini dəqiqləşdirəsiniz. Mənzilimizi bir balaca təmir etdirmək niyyətindəyik. Buna görə də, kredit barədə soruşmaq istərdim. Bizim «Unibank»da depozit hesabımız var. Əgər iş stajım 3 aydırsa (yeni işə keçmişəm), kredit götürmək hüququm varmı? Əlbəttə var. Bir qayda olaraq biz depozit əsasında əmanətçilərin əmanətinin 90%-i məbləğində kredit xətti təklif edirik. eyni zamanda, Sizin maraqlandığınız mənzil təmiri kreditinin verilməsi prosedurasında hər şey tələb olunan məbləğdən, işlərin smetasından, təsdiq olunmuş gəlirlərdən asılı olur. Hətta, ilk aylarda borcu qaytardığınız təqdirdə güzəştlər də mümkündür. Əsas şərtlərlə burada tanış ola bilərsiniz: http://www.unibank.a...36&id=59#remont Mən Sizin İnternet-bankinq sistemində ödəniş etdikdən sonra, Banka ödəniş tapşırığını kağız formasında təqdim etməliyəmmi? İnternet-bankinq sistemi Bizim bankda elə onunu üçün tətbiq olunub ki, müştərilərə məsafədən xidmət göstərilsin. Siz bizim sistemdə ödəniş tapşırığını yerinə yetirdikdən sonra Banka kağız şəklində sənədlər lazım deyil. Bu barədə daha ətraflı məlumatla saytımızın bu səhifəsində tanış ola bilərsiniz: http://online.uniban.../ru/tour1.shtml «Yığım» hesabına nə qədər vəsait yatırılmalıdır ki, müştəriyə həmçinin plastik kart da verilsin? «Yığım» hesabından mən vəsaitləri yalnız müddət başa çatdıqdan sonra götürə bilərəm, yoxsa bunu istənilən vaxt etmək mümkündür? Əgər Siz vəsaitlərin çıxarılması ehtimalını istisna etmirsinizsə, o zaman, «Proqressvi» əmanəti şərtlərindən istifadə etməyiniz yaxşıdır. Bunun mahiyyəti elə ondadır ki, depozit sahibinə faizlərin proqressiv hesablanması şkalası təklif olunur. Eyni zamanda, «Yığım» əmanətini daha çox sosial əmanət növü hesab etmək olar. Belə ki, onun hazırkı minimal məbləği 50 AZN-ə, bonus 2%-in hesablanması üçün zəruri olan əlavə yatarımın məbləği isə ayda 10 AZN (EUR və ya USD) təşkil edir. Burada vəsaitlərin müddətdən əvvəl hesabdan çıxarıldığı təqdirdə, digər əmanətlərlə müqayisədə müştəri faizlərdə itirir. pulsuz plastik kart yalnız «Müddətli» əmanət sahibləri üçün hazırlanır ki, onun da minimal məbləği 500 AZN (USD və ya EUR) təşkil edir. Depozit girov qalmaqla karta kredit xəttinin açılması mümkündürmü? Müştərinin depozitinin girov qalması şərti ilə Bankın kredit xətləri depozitin məbləğinin 90%-i həcmində nəzərdə tutulur. Daha ətraflı məlumatı (depozit müqaviləsinin növündən və müddətindən asılı olaraq) 117 nömrəsinə zəng edərək ala bilərsiniz. Sizdə funtla kartlar varmı? Məsələn, klassik kart neçəyədir? Yəni, bunun üçün əlavə haqq ödənilməlidir, yoxsa, burada da dollar və avroda olduğu kimi kartlar pulsuzdur? Bu cür kartlar var. Viza Elektron kartının qiyməti 10 funt, Viza Klassik - 15 funt + 50 funt sığorta depoziti. Bu qiymətlər Sizin aldığınız kartın müddətindən asılı olmayaraq müəyyənləşdirilmiş qiymətlərdir. Öz sualınızı verin!
Sizin sualınız administratora göndərilir, sonra cavabı ilə birlikdə saytda dərc olunacaq
|
|
||||||||||||||
![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Filiallar və bankomatlar | Mikrokreditlər | Onlayn ödənişlər | Məsləhətlər | Pul köçürmələri | Avtomobil krediti | Müddətli depozit | İpoteka krediti | "Proqressiv" depozit | Kompüter krediti | Depozit qutuları | Unibank Futbol Premyer Liqası | Mebel krediti | Card-to-Card | Fərdi dizaynlı plastik kartlar | Məişət avadanliği krediti | Plastik kartların onlayn sifarişi | PIN change | “Faizlər Əvvəlcədən” depoziti | Vakansiyalar | Əmək haqqı layihələri | İnternet-Bank | Unileasing | Təmir krediti | Çeklərin inkassosu | Unicapital | Yığım depoziti | Private Banking |
Unibank-ın istənilən filialını və bankomatını buradan tapa bilərsiniz | Sahibkarlar və kiçik biznes sahibləri üçün rahat kredit aləti | İnternet, kabel TV və sığorta xidmətlərinin haqqını evdən ödəyin | Maliyyə sahəsində Unibank-ın məsləhət xidmətlərindən faydalanın | Dünyanın istənilən nöqtəsinə pul göndərin və hədiyyə alın! | Arzuladığınız avtomobilin sükanı arxasında oturmaq istəyirsiniz? Bizim avtokreditlərdən faydalanın! | Yüksək faiz əldə edin! | Ev və ya mənzil almaq istəyirsiniz? Onda ipoteka kreditlərmizdən faydalanın! | Faizləri itirmədən vəsaitlərinizi istənilən vaxt çıxarın! | Kompüter almaq arzulayanlar üçün | Qiymətli əşya və sənədlərnizi qorumaq üçün ən rahat üsul | Futboldan Unibank-la həzz alın! | Mebel almaq istəyənlər üçün | Vəsaitlərinizi bir kartdan digər karta bankomat vasitəsilə köçürün | Zövqünüzə uyğun plastik kart sifariş edin! | Məişətdə tərəqqi ilə ayaqlaşmaq istəyirsiniz? Onda bizim bu növ kreditlərimiz Sizlikdir. | Plastik kartınızı evdən çıxmadan sifariş edin! | PİN kodu təhlükəsiz və tez dəyişmək istəyənlər üçün | Depozit faizlərinizi bankdan əvvəlcədən alın! | Karyerasını Unibank-da qurmaq istəyənlər üçün | Əmək haqqının ödənilməsi sahəsində ən rahat və doğru üsul | Unibank-ın məhsul və xidmətlərindən İnternet vasitəsilə istifadə edin | Lizinq bazarında istənilən xidmət | Təxirə salınan təmiri nəhayət başlamaq olar! Təmir üçün kreditimiz xidmətinizdədir | Bank çeklərini qısa zaman ərzində nağdlaşdırın | Fond bazarında peşəkar broker və diler xidmətləri | Vəsaitinizi artırın və bonus qazanın! | Fərdi yanaşma sənətini duyun! |
ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı | ətraflı |