Məmnun
müştəri xidməti
İnternet-Banka daxil olun
Onlayn kredit müraciəti
Hesabın bronlaşdırılması
Online kredit ödənişi
Albalı şəxsi kabinet
Off
Onlayn məsləhətçi

 
 
UNİBANK: DEG-ilə ƏMƏKDAŞLIQDA YENİ MƏRHƏLƏ
2013-06-27
Unibankdan daha bir uğurlu beynəlxalq əməkdaşlıq nümunəsi. “Unibank” KB ASC ilə Almaniyanın nüfuzlu DEG İnvestisiya  Korporasiyası arasında  15 mln.dollarlıq subordinasiyalı kreditin 6 il müddətinə uzadılmasına dair müqavilə imzalanıb. Tərəflər arasında subordinasiyalı borc öhdəliyi haqda müqavilə 2008-ci ilin aprelində imzalanıb.  

Müqavilənin yenidən uzadılması sənədinə  “Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov və DEG-in İdarə Heyətinin üzvü Filip Kreutz imza atıblar.

 “Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, DEG 2005-ci ildən bankın səhmdarıdır, Unibankın səhmdarları və bankın kollektivi  bu əməkdaşlıqdan məmnundur:

“DEG tərəfindən bankımıza ayrılan vəsaitlər hesabına yüzlərlə biznes layihələri maliyyələşdirilib. 2009-2010-cu illərdə dünyada maliyyə böhranı yüksək nöqtəsinə çatan zamanda DEG başqa partnyorlarla bərabər Unibanka etibar edib, bizə böyük həcmdə dəstək verib. Zaman onu göstərdi ki, bizim seçdiyimiz strategiya doğrudur və bugünkü əməkdaşlığımıza nail ola bilmişik.  Yeni müqavilə üzrə cəlb edilən vəsaiti Unibankın təsdiq etdiyi strategiya çərçivəsində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldəcəyik. Bu uzunmüddətli vəsaitlərdir. Ümid edirəm ki, 1 və ya 2 ildən bir belə mühüm layihələr həyata keçirəcəyik”.

DEG-in İdarə Heyətinin üzvü Filip Kreutz da bildirib ki, prioritetimiz uzunmüddətli əməkdaşlıqdır və Unibankla qarşılıqlı fəaliyyətimizin davamına görə, məmnunuq:

“ Etibarlı tərəfdaş kimi, DEG Unibank-ı  nəynki uzunmüddətli maliyyələşdirmə ilə, həmçinin məsul məsləhətləri ilə təmin edir. Subordinasiyalı kreditin müddətinin uzadılması Unibankın nizamnamə kapitalı bazasının möhkəmləndirilməsinə və daha da inkişafına imkan yaradacaq. Uzunmüddətli təcrübəyə əsaslanaraq,  maliyyə sektorunda diversifikasiya və daha da  professionallığın təşviq etmək niyyətindəyik. Ümid edirik, Unibankla etibarlı və konstruktiv  əməkdaşlığımız  davam edəcək”.

DEG 2005-ci ildən  “Unibank” ASC-nin səhmlərinin 8,33 %-nin sahibidir.



Əlaqə məlumatları
Azərbaycan Respublikası,
Bakı ş., AZ1014,
Rəşid Behbudov küç., 55
Tel: (99412) 498 22 44
Faks: (99412) 498 09 53
Teleks: 142460 UNIBK AI
E-mail: [email protected]
Web: www.unibank.az
S.W.I.F.T. UBAZAZ22
INN 1300017201
Sizi maraqlandıra bilər
   Kreditlər
   Nağd kredi̇tlər
   Depozitlər
   Pul köçürmələri
   Debet kartlar
"Proqressiv" depozit
Depozit qutuları
İnternet-Bank
Private Banking
Məsləhətlər
Unicapital
Müddətli depozit
PIN change
Vakansiyalar
İpoteka krediti
Filiallar və bankomatlar
Yığım depoziti
Card-to-Card
Əmək haqqı layihələri
Mikrokreditlər
Faizləri itirmədən vəsaitlərinizi istənilən vaxt çıxarın!
Qiymətli əşya və sənədlərnizi qorumaq üçün ən rahat üsul
Unibank-ın məhsul və xidmətlərindən İnternet vasitəsilə istifadə edin
Fərdi yanaşma sənətini duyun!
Maliyyə sahəsində Unibank-ın məsləhət xidmətlərindən faydalanın
Fond bazarında peşəkar broker və diler xidmətləri
Yüksək faiz əldə edin!
PİN kodu təhlükəsiz və tez dəyişmək istəyənlər üçün
Karyerasını Unibank-da qurmaq istəyənlər üçün
Ev və ya mənzil almaq istəyirsiniz? Onda ipoteka kreditlərmizdən faydalanın!
Unibank-ın istənilən filialını və bankomatını buradan tapa bilərsiniz
Vəsaitinizi artırın və bonus qazanın!
Vəsaitlərinizi bir kartdan digər karta bankomat vasitəsilə köçürün
Əmək haqqının ödənilməsi sahəsində ən rahat və doğru üsul
Sahibkarlar və kiçik biznes sahibləri üçün rahat kredit aləti
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
 
© 2003 - 2018 Unibank  |   Əlaqə  |   Təklifinizi verin