Məmnun
müştəri xidməti
İnternet-Banka daxil olun
Onlayn kredit müraciəti
Hesabın bronlaşdırılması
Online kredit ödənişi
Albalı şəxsi kabinet
Off
Onlayn məsləhətçi

 
 
Unibank-dan kiçik və orta biznesə böyük dəstək
2014-08-20
Unibank kiçik və orta bizneslə məşğul olanlara xüsusi xidmət təklif edir. Bankın ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filialı fəaliyyətə başlayıb. Qara Qarayev metrostansiyasına yaxın, A.Manafov küçəsi 9  ünvanında yerləşən “Qara Qarayev” biznes-filialı, kiçik və orta bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Paytaxtın ən aktiv biznes mühitində yerləşən və yeni vizual tərtibata uyğun “Qara Qarayev” filialında, hər bir müştəri üçün fərdi xidmət nəzərdə tutulur.

Unibankın korporativ bank xidmətləri  departamentinin rəhbəri İqor Okayev  bildirib ki, Unibank pərakəndə və korporativ müştərilərə xidmət görstərməklə, həmişə universal bank fəaliyyətini davam etdirib və korporativ biznes seqmentində lider və novator bank olaraq qalıb: “Bankımızda ölkəmizin neft və qeyri-neft sektorunu təmsil edən böyük şirkətlərə, həmçinin kiçik və orta sahibkarlara xidmət olunur. Səhmdarlar tərəfindən təsdiqlənmiş strategiyada bəhs edilir ki, Unibank gələcəkdə daha da universal bankçılıq konsepsiyası çərçivəsində inkişaf edəcək  və qısa müddət ərzində biznes sahəsini yeni bir səviyyəyə çıxaracaq.Bu strategiyanın reallaşması üçün bir çox məqsədlər qoyulub. Birincisi, kiçik və orta bizneslə məşğul olan müştərilərin xidməti üçün istisaslaşdırılmış filialların açılmasıdır. İkincisi- biznes sahəsinin brendləşdiriməsidir ki,  burda da məqsəd bu  biznes sahənin riteyl-biznesindən ayrılması və bank daxilində ayrıca sahə kimi xidmət göstərməsidir. Artıq biz bu istiqamətdə şüarımızı da seçmişik. Bu, “Biznesinizə daimi dəstək”  şüarıdır, brendin yeni rəngi isə tünd qırmızıdır. Bundan əlavə, əsas məqsədlərdən  biri  beynəlxalq proqramlarda daha da fəal iştirak etməklə,  kiçik və orta bizneslə məşğul olan müştərilərimiz üçün sərfəli şərtlərlə maliyyə resursları  cəlb etmək, kredit şərtlərinin  təkmilləşdirilməsidir. Sahibkarala texniki dəstək-  biznes müştərilərinin banka gəlmədən öz hesab və CRM-lərini idarəetməsinə imkan verən internet-bankinq sisteminin daha da  təkmilləşdirmək də əsas hədəflərimizdəndir. Regionların dinamik inkişafını və yerli biznesin gücləndirilməsini nəzərə alaraq, bu seqment üçün bank məhsulları və xidmətlərinin təqdim edilməsində böyük ehtiyac var. Unibankın əsas məqsədlərindən biri də regionlarda fəaliyyətimizi genişləndirməkdir.  Biz əminik ki, məqsədlərimizin həyata keçirilməsi, Bankın mövqeyini korporativ bazar və KOS-bankinq sahələrində daha da gücləndirəcək.”

İqor Okayev,   Unibankın gələcəkdə biznesə dəstək üzrə ixtisaslaşdırılmış filial şəbəkəsini daha da genişləndirəcəyini bildirib.

Unibank- Biznesinizə daimi dəstək

Əlaqə məlumatları
Azərbaycan Respublikası,
Bakı ş., AZ1014,
Rəşid Behbudov küç., 55
Tel: (99412) 498 22 44
Faks: (99412) 498 09 53
Teleks: 142460 UNIBK AI
E-mail: [email protected]
Web: www.unibank.az
S.W.I.F.T. UBAZAZ22
INN 1300017201
Sizi maraqlandıra bilər
   Kreditlər
   Nağd kredi̇tlər
   Depozitlər
   Pul köçürmələri
   Debet kartlar
Əmək haqqı layihələri
Private Banking
Məsləhətlər
PIN change
Card-to-Card
Mikrokreditlər
"Proqressiv" depozit
İpoteka krediti
Unicapital
Vakansiyalar
İnternet-Bank
Müddətli depozit
Yığım depoziti
Depozit qutuları
Filiallar və bankomatlar
Əmək haqqının ödənilməsi sahəsində ən rahat və doğru üsul
Fərdi yanaşma sənətini duyun!
Maliyyə sahəsində Unibank-ın məsləhət xidmətlərindən faydalanın
PİN kodu təhlükəsiz və tez dəyişmək istəyənlər üçün
Vəsaitlərinizi bir kartdan digər karta bankomat vasitəsilə köçürün
Sahibkarlar və kiçik biznes sahibləri üçün rahat kredit aləti
Faizləri itirmədən vəsaitlərinizi istənilən vaxt çıxarın!
Ev və ya mənzil almaq istəyirsiniz? Onda ipoteka kreditlərmizdən faydalanın!
Fond bazarında peşəkar broker və diler xidmətləri
Karyerasını Unibank-da qurmaq istəyənlər üçün
Unibank-ın məhsul və xidmətlərindən İnternet vasitəsilə istifadə edin
Yüksək faiz əldə edin!
Vəsaitinizi artırın və bonus qazanın!
Qiymətli əşya və sənədlərnizi qorumaq üçün ən rahat üsul
Unibank-ın istənilən filialını və bankomatını buradan tapa bilərsiniz
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
 
© 2003 - 2018 Unibank  |   Əlaqə  |   Təklifinizi verin