Məmnun
müştəri xidməti
İnternet-Banka daxil olun
Onlayn kredit müraciəti
Hesabın bronlaşdırılması
Online kredit ödənişi
Albalı şəxsi kabinet
On
Onlayn məsləhətçi
Müştəri onlayn: 0
Növbədə: 0

 
 
UNİBANK-da Mini MBA təhsili
2015-01-07
Unibank-ın əməkdaşları MBA təhsili alacaq. Amma bunun üçün Amerikaya, Avropaya və digər ölkələrə getmək lazım deyil, çünki dünyanın ən qabaqcıl biznes  məktəblərinin praktiki məşğələlərindən ibarət ən yaxşı təcrübələr Unibank-ın özündə tədris olunacaq, həm də interaktiv şəkildə. Bankda yeni yaradılan  “Unibank Akademiya” Departamenti  menecerlər üçün Mini MBA proqramının tədrisinə başlayıb.  Proqramın  açılış mərasimində Unibank-ın CEO-su Cəlal Qasımov bildirib ki,  bank 2014-cü ili yüksək uğurlarla başa vurur: “Uğurlarımız, inkişafımız bizi arxayın salmamalıdır, daim üzərimizdə işləməli və daha çox şey öyrənməli, müasir biznes çağırışlarına cavab verməliyik. Elə Mini MBA proqramının əsas məqsədi də hər zaman yeni biliklər öyrənmək və ən yaxşılardan olmaqdır”.

Uniakademiyanın rəhbəri Aygün Babazadənin fikrincə isə yeni biliklər yüksək potensiallı orta kəsim menecerlərə daha yaxşı qərarlar qəbul etməkdə köməklik edəcək və bu da nəticədə maliyyə göstəricilərinə çevriləcək: “Unibank-ın Mini MBA proqramı əməliyyatların idarə olunmasından maliyyə funksiyaları, korporativ strategiyadan insan kapitalınadək bütün aspektlər üzrə məsələləri əhatə edir.   Proqram klassik MBA kurikulumuna əsaslanaraq akademik konsepsiyaların real biznes kontekstində tətbiqini önə çəkir.  Kursu uğurla bitirmiş iştirakçılar Mini MBA proqramını bitirmə Sertifikatı  ilə təmin olunacaqlar. Mühazirəçilərimiz dünyanın qabaqcıl universitetlərində təhsil almış və respublikanın ən aparıcı  ali təhsil ocaqlarında akademik  tədris verən peşəkarlardır”.

Mini MBA proqramının tədrisi ilə məşğul olacaq mühazirəçilər Unibank-da Mini MBA proqramının tədrisinin həm iştirakçılar və bank,  həm də ümumilikdə cəmiyyət üçün çox faydalı olacağını bildirdilər.

Uniakademiyanın tərkibində “Mini MBA və Fundamental Biznes Bilikləri”, “Yumşaq Bacarıqlar”, “Proses və məhsullar üzrə təlimlər”“Tədqiqat və Təqaüd Proqramları” şöbələri mövcuddur.  Bu şöbələr bankın orta kəsim menecerləri ilə yanaşı, müştərilərlə ünsiyyətdə olan əməkdaşlara, yeni qəbul olmuş işçilərə treninqlər keçirəcək, bakalavr və magistrların tədqiqat və təqaüd proqramlarında iştirak etmələri üçün layihələr keçirməklə məşğul olacaq. 

Əlaqə məlumatları
Azərbaycan Respublikası,
Bakı ş., AZ1014,
Rəşid Behbudov küç., 55
Tel: (99412) 498 22 44
Faks: (99412) 498 09 53
Teleks: 142460 UNIBK AI
E-mail: [email protected]
Web: www.unibank.az
S.W.I.F.T. UBAZAZ22
INN 1300017201
Sizi maraqlandıra bilər
   Kreditlər
   Nağd kredi̇tlər
   Depozitlər
   Pul köçürmələri
   Debet kartlar
Məsləhətlər
İpoteka krediti
Müddətli depozit
Filiallar və bankomatlar
Card-to-Card
Unicapital
Əmək haqqı layihələri
Mikrokreditlər
Depozit qutuları
"Proqressiv" depozit
PIN change
Vakansiyalar
Yığım depoziti
İnternet-Bank
Private Banking
Maliyyə sahəsində Unibank-ın məsləhət xidmətlərindən faydalanın
Ev və ya mənzil almaq istəyirsiniz? Onda ipoteka kreditlərmizdən faydalanın!
Yüksək faiz əldə edin!
Unibank-ın istənilən filialını və bankomatını buradan tapa bilərsiniz
Vəsaitlərinizi bir kartdan digər karta bankomat vasitəsilə köçürün
Fond bazarında peşəkar broker və diler xidmətləri
Əmək haqqının ödənilməsi sahəsində ən rahat və doğru üsul
Sahibkarlar və kiçik biznes sahibləri üçün rahat kredit aləti
Qiymətli əşya və sənədlərnizi qorumaq üçün ən rahat üsul
Faizləri itirmədən vəsaitlərinizi istənilən vaxt çıxarın!
PİN kodu təhlükəsiz və tez dəyişmək istəyənlər üçün
Karyerasını Unibank-da qurmaq istəyənlər üçün
Vəsaitinizi artırın və bonus qazanın!
Unibank-ın məhsul və xidmətlərindən İnternet vasitəsilə istifadə edin
Fərdi yanaşma sənətini duyun!
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
 
© 2003 - 2018 Unibank  |   Əlaqə  |   Təklifinizi verin