İnternet bankçılıq Daxil ol Müştəri ol Xidmət şəbəkəsi

Korporativ kartlar

Biznes kartlar şirkətin məsrəflərinin səmərəli və rahat idarə olunması, təsərrüfat fəaliyyəti ilə bağlı hesablaşmaların aparılması və ezamiyyət xərclərinin, təsərrüfat məsrəflərini, nümayəndəlik xərclərini ödəməyə imkan verir.

Bankın korporativ müştərilərinə təklif etdiyi Biznes kartlar şirkətin məsrəflərinin səmərəli və rahat idarə  olunması, təsərrüfat fəaliyyəti ilə bağlı  hesablaşmaların aparılması və ezamiyyət xərclərinin (mehmanxana, avtomobil icarəsi, bilet sifarişi və s. ), təsərrüfat məsrəflərini, nümayəndəlik xərclərini ödəməyə imkan verir. 

Biznes kartları Bank filialına gəlmədən, növbələrdə gözləmədən də sifariş etmək mümkündür. “Biznes kartın onlayn sifarişi” xidməti sayəsində istənilən yerdən İnternet bankinqə daxil olaraq Biznes kart sifariş edə hazır kartı kuryer vasitəsilə bankdan götürə bilərsiniz. İnternet Bankinqlə sifariş edilən kart üzrə müqavilə forması ASAN İmza ilə imzalanır.  Biznes kartın onlayn sifarişi ilə bağlı daha geniş məlumatı buradan öyrənə bilərsiniz.


Üstünlükləri:

— Qeyri-iş günü və qeyri-iş saatlarında nağd vəsaitlərdən  istifadə etmək imkanı;

— Ezam olunan əməkdaşların hesabına operativ pul yatırılması imkanı;

— Hər bir əməkdaşın məsrəfinə müəssisənin birbaşa nəzarəti;

— Oğurluq və pulların itirilməsi riskinin azaldılması;

— Hesabatı təqdim olunmalı olan məbləğlərin verilməsi ilə bağlı əməliyyat məsrəflərinin və vaxtının azalması.

— Xarici ezamiyyətlər zamanı xarici valyutanın alınması zərurəti olmur (pul vəsaitlərinin konvertasiyası üzrə bütün əməliyyatlar avtomatik olaraq həyata keçiriləcək);

— Standart nağsız ödənişə nisbətən hesablaşma və haqqı ödənilmiş malın/xidmətin alınmasının tezləşməsi;

— Sərhədi keçərkən deklarasiya tərtib olunması zərurətinin olmaması.

— Sığorta, gömrük, büdcə və rüsum ödənişlərinin həyata keçirilməsi.  


Məhsullar
Xəbərlər
Digər