Müştəri ol

Ekvayrinq dövriyyəsi üzrə

"Loyallıq overdraft" layihəsi qısa müddətlərə korporativ müştərilərə dövriyyə vəsaitlərinin (ödənişlərin) maliyyəşdirilməsi üçün təyin edilmiş kredit məhsuludur.

Overdraft müştərinin təxirəsalınmaz qısa müddətli tələblərinin operativ şəkildə təmin edilməsi üçün çox əlverişlidir, belə ki müştərilərə biznes tərəfdaşları qarşısında öhdəliklərini vaxtında həyata keçirmək üçün əlavə maliyyə mənbəyindən istifadə imkanı yaradır.

Müştəriyə cari hesab qalığından artıq olan məbləğlərdə cari hesab üzrə əməliyyatları həyata keçirmək imkanı verir. Unibank qısa müddət ərzində müştərilərinə təminatsız overdraft limiti ilə maliyyə vəsaiti təklif edir.

 

Bu məhsuldan kimlər istifadə edə bilər:

— Biznes fəaliyyəti 12 aydan çox göstərən;

— Son 6 ay ərzində hesabları üzrə dövriyyə edən;

— Aylıq dövriyyəsi 5000 AZN-dən yuxarı olan.

 

Limit:

 İlk dəfə istifadə edənlərə komissiya tətbiq olunmur;

— Məbləğ: 5000 AZN-dən başlayaraq  - 150 000 AZN-ə kimi verilir;

— Overdraft limiti müştərinin Unibank hesabı ilə keçirdiyi dövriyyəyə əsaslanaraq hesablanacaq;

— Limitdən istifadə müddəti 2 (iki) aydır;

— İlk 7 gün faizsiz, illik faiz dərəcəsi 16%-dir.


Unibankdan biznes kreditlərini İnternet bankinqdən bir toxunuşla, girovsuz və 15 dəqiqəyə onlayn sifariş et!

Axtarış

Məhsullar
Xəbərlər
Digər