Müştəri ol

Dövriyyə əsasında

"Ekvayrinq overdraft" layihəsi dövriyyə vəsaitlərinin (ödənişlərin) qısa müddətlər üçün maliyyələşdirilməsi məqsədilə korporativ müştərilərə təyin edilmiş kredit məhsuludur.

Overdraft müştərinin təxirəsalınmaz qısa müddətli tələblərinin operativ şəkildə təmin edilməsi üçün çox əlverişlidir. Bu məhsul müştərilərə biznes tərəfdaşları qarşısında öhdəliklərini vaxtında həyata keçirən zaman əlavə maliyyə mənbəyindən istifadə imkanı yaradır.

Müştəriyə cari hesab qalığından artıq olan məbləğlərdə cari hesab üzrə əməliyyatları həyata keçirmək imkanı verir. Müştərinin Unibanka məxsus POS terminallardan keçirdiyi dövriyyə nəzərə alınaraq, ona qısa müddət ərzində təminatsız overdraft limiti ilə maliyyə vəsaiti təklif edilir. Bu məhsulun digər əsas üstünlüklərindən biri overdraft verildikdən sonra müştəri istəyindən asılı olaraq POS terminaldan keçən ödənişlərin overdraft borcunun silinməsinə yönlənməsidir. Məsələn: Müştəriyə 5400 AZN overdraft verilib. Müraciət zamanı müştəriyə ödənişin neçə faizinin yönləndirilməsinə aid sual verilir və 3 seçim təklif olunur (40%, 50% və 60%). Əgər müştəri 60% seçərsə, 100 AZN-lik ödənişin 60 AZN-i kreditin silinməsinə gedəcək. 5400 AZN – 60 AZN = 5340 AZN borc qalacaq. 

 

Bu məhsuldan kimlər istifadə edə bilər:

—  Biznes fəaliyyəti 12 aydan çox göstərən;

— Unibankın ekvayrinq proqramına (POS terminallarından istifadə) 6 aydan çox qoşulanlar.

 

Limit:

 İlk dəfə istifadə edənlərə komissiya tətbiq olunmur;

— Məbləğ:  5000 AZN-dən başlayaraq  - 100 000 AZN-ə kimi verilir;

— Overdraft limiti müştərinin Unibank POS terminallarından keçirdiyi dövriyyəyə əsaslanaraq hesablanacaq;

— Limitdən istifadə müddəti 3 aydır;

— İllik faiz dərəcəsi 19%-dir.


Unibankdan biznes kreditlərini İnternet-Banking-dən bir toxunuşla, girovsuz və 15 dəqiqəyə onlayn sifariş edin!

Axtarış

Məhsullar
Xəbərlər
Digər