Müştəri ol

Əməkhaqqı overdraft

"Əməkhaqqı overdraft" layihəsi qısa müddətlər üçün korporativ müştərilərə əmək haqqı ödənişlərinin maliyyəşdirilməsi üçün təyin edilmiş kredit məhsuludur. 

Unibankın əməkhaqqı layihəsinə qoşulan müştərilər üçün xüsusi imkan yaradır. Əməkhaqqı overdraftı, Bankın əməkhaqqı layihəsinə qoşulmuş müştərilərə (şirkətlərə) qısa müddətə və təminatsız olaraq kredit götürmə imkanı verəcək. Əgər şirkətdə maaşların ödənişində qısamüddətli pul çatışmazlığı, müəyyən gecikmə yaranarsa, Unibankın əməkhaqqı layihəsinə qoşulan biznes sahibləri cəmi 1 gün ərzində bu məsələni həll edə biləcəklər. 

Əməkhaqqı overdraftı çərçivəsində müştərilər təminatsız olaraq 15 günlük faizsiz kredit əldə edəcəklər.

 

Bu məhsuldan kimlər istifadə edə bilər:

— Biznes fəaliyyəti 12 aydan çox göstərən;

— Unibankın əməkhaqqı layihəsinə 6 aydan çox qoşulanlar.

 

Limit:

 İlk dəfə istifadə edənlərə komissiya tətbiq olunmur;

— Məbləğ:  5 000 AZN-dən başlayaraq;

— Overdraft limiti müştərinin əməkhaqqı layihəsi üzrə keçirdiyi dövriyyəyə əsaslanaraq hesablanacaq;

— Limitdən istifadə müddəti 3 aydır;

— İlk 15 gün faizsiz, illik faiz dərəcəsi 24%-dir.


Unibankdan biznes kreditlərini İnternet bankinqdən bir toxunuşla, girovsuz və 15 dəqiqəyə onlayn sifariş et!

Axtarış

Məhsullar
Xəbərlər
Digər