Biznes kart üçün Banka gəlməyinizə ehtiyac yoxdur. Biznes kartın onlayn sifarişi xidməti sizə bank filiallarına gəlmədən, növbələrdə gözləmədən Biznes karta sahib ola biləcəklər.
Biznes kartın onlayn sifarişinin üstünlükləri:
— Biznes sahibi kart sifarişi üçün banka gəlmir
— İstənilən yerdən İnternet bankinqə daxil olaraq Biznes kart sifariş etmək mümkündür
— İnternet Bankinqlə sifariş edilən kart üzrə müqavilə forması ASAN İmza ilə imzalanır
— Kart sahibi hazır kartı götürmək üçün də banka gəlmir, kart kuryerlə şəxsin ünvanına göndərilir.
Biznes kart sahibi kart məhsullarının bütün üstünlüklərindən - kart hesabına 24/7 onlayn daxil olmaq, əməliyyatlar aparmaq, pul köçürmək, dünyanın istənilən yerindən pul vəsaitini almaq imkanı qazanır.