POS terminal (ingiliscə Point of Sale terminal - ticarət nöqtələrinin terminalı) kartdan informasiyanı oxumağa və əməliyyatların aparılması məqsədilə avtorizasiya üçün bankla əlaqə saxlamağa imkan verən elektron qurğudur. Bankla əlaqə telefon şəbəkəsi vasitəsilə yaradılır. Avtorizasiyanın nəticələri ekrandakı məlumatla və çekin bir neçə nüsxəsinin çap olunması ilə (nüsxənin biri müştəriyə verilir) rəsmiləşdirilir.