Kartı aldıqdan dərhal sonra, onun arxa tərəfində öz imzanızın nümunəsini qoyun.
Heç vaxt PİN-kodu kartın üzərində yazmayın və FEN-kodu kartla bir yerdə saxlamayın.
Heç vaxt plastik kartı və pin kodu üçüncü şəxslərə verməyin. Zərurət olduqda, Sizin qohumlarınıza və yaxınlarınıza hesabınızda olan pul vəsaitindən istifadə etmək imkanı verən, əlavə kart rəsmiləşdirin.
Kart
itirilən zaman ləngimədən onu bloklaşdırmaq lazımdır. Bunun üçün Bankın məlumat
mərkəzinə +(99412) 117 və ya Millikart-a +(99412) 5981002 zəng vurmaq lazımdır.
Həftədə bir dəfədən az olmayaraq, kart hesabınızdakı pul vəsaitinin hərəkətini
yoxlayın. Öz kartınızdan istifadə etdikdən dərhal sonra, hesabınız üzrə yerinə
yetirilmiş əməliyyatlara xüsusi diqqət yetirin
Hesabınız üzrə hərəkətə
daimi nəzarətin həyata keçirilməsi və kart üzrə hərəkətlər barədə onlayn SMS
məlumatlandırma, internet-bankinq və ya Mobile banking xidmətlərindən istifadə
etməyi tövsiyə edirik.
Bankın
tövsiyələrinə uyğun plastik kartdan gündəlik istifadə limitini seçin