Müştəri ol

Xəbərlər və aksiyalar

“Unibank”dan 50.000 manatadək mikrokrediti 0% komissiya ilə götürün!
06.12.2019

Biznesinizi  böyütmək istəyirsinizsə, “Unibank”dan kredit götürmək üçün çox uğurlu vaxtdır. Unibank biznes sahibləri üçün “Yeni ilə endirimlə” kampaniyasını elan edir. Biznesiniz üçün  2020-ci ildə nəzərdə tutduğunuz bütün planları reallaşdırmağa bu gündən başlayın!

Dekabrın sonunadək “Unibank”dan mikrokredit götürən bütün biznes sahibləri, 50.000 manatadək krediti 0% komissiya ilə 48 ayadək müddətə, üstəlik 3%-dək endirimlə əldə edəcəklər. Kampaniyadan  ticarət, istehsal, kənd təssərrüfatı və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlar faydalana bilərlər.

Unibankın  “Yeni ilə endirimlə” kampaniyası çərçivəsində sərfəli mikrokredit götürmək istəyən biznes sahibləri bankın regionlardakı bütün filiallarına  və Abşeron ərazisində yerləşən “Sumqayıt”, “Xırdalan”, “İnşaatçılar” “Əcəmi”, “Əhmədli”, “Bakıxanov”, “Nərimanov”, “Neftçilər” və  “Mərdəkan”filiallarına müraciət edə bilərlər.

 

 

Axtarış

Məhsullar
Xəbərlər
Digər