117

Xəbərlər və aksiyalar

Unibank indiyədək müştərilərinə 48 milyon manata yaxın kompensasiya ödəyib
17.05.2019

 “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanının icrası ilə əlaqədar olaraq, Unibank indiyədək 64 mindən artıq müştəriyə kompensasiya ödənişi həyata keçirib. Aprelin 22-dən bu günə ödənilən kompensasiya məbləğinin həcmi 48 milyon manata yaxındır. 

Prezident fərmanının icrası ilə əlaqədar olaraq, Unibank filiallarının iş vaxtı axşam saat 20.00-dək uzadılıb. Müştərilər kompensasiya məbləğlərini əldə etmək üçün həftənin 5 günü saat 20.00-dək filiallara müraciət edə bilərlər. Şənbə və hətta bazar günləri də Unibank filialları müştərilərin xidmətində olacaq. Həftə sonu müştərilər kompensasiya məbləğlərini götürmək üçün saat 10.00-dan 18.00-dək bankın filiallarına müraciət edə bilərlər.

Məqsəd müştərilərə daha operativ xidmət göstərməklə yanaşı, işləyən müştərilərin filiallara işdən sonra gələrək öz kompensasiyalarını rahat almaları üçün şərait yaratmaqdır.

 

Unibank filialları kompensasiyanın verildiyi ilk gündən - 22 apreldən başlayaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gün ərzində daha çox müştəriyə xidmət etmək üçün əlavə olaraq iki şöbə də müştərilərin xidmətinə təqdim edilib. Xidmətin operativliyini artırmaq üçün filiallar yeni avadanlıq, kompüterlər ilə təmin olunub və əlavə işçilər cəlb olunub.

 

Axtarış

Məhsullar
Xəbərlər
Digər