“Zolotaya korona” pul köçürmələri sisteminin üstünlükləri: Sürət – pul köçürməsini onun göndərilməsindən bir neçə saniyə sonra almaq olar
Sərfəli – Rusiya və MDB üzrə pul köçürməsinin həyata keçirilməsi üçün komissiya haqqı — 1%-dən başlayır
Köçürmənin valyutası – rubl, dollar, avro
Rahatlıq – ancaq köçürmənin göndərildiyi ölkəni və şəhəri göstərmək kifayətdir. Alıcı köçürmənin özü üçün ən əlverişli məntəqədən ala bilər
Bir pul köçürməsinin maksimal məbləği 50000 rubl və ya 2000 USD/1200 EUR rubl ekvivalenti təşkil edir
Pul göndərmək üçün Siz aşağıdakıları yerinə yetirməlisiniz:
— Şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməli
— Alanın soyadını, adını, atasının adını göstərməli
— Alanın S.A.A.-nın düzgünlyünü, pul köçürməsinin məbləğini yoxlamalı
— Alana pul köçürməsinin nömrəsini bildirməli
Pul almaq üçün Siz aşağıdakıları etməlisiniz:
— Şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməli
— Bankın operatoruna köçürmənin nömrəsini bildirməli
— Köçürmənin məbləğini deməli