PrivatMoney


PrivatMoney beynəlxalq təcili (hesab açılmadan) pul köçürmələri sistemi 2001-ci ildə yaradılmışdır və hazırda Ukraynanın bütün ərazisində, Rusiyanın, İtaliyanın, Böyük Britaniyanın, Kiprin, Latviyanın, Çexiyanın, Portuqaliyanın, Azərbaycanın, Belarusun, Qırğızstanın, Tacikistanın və Moldovanın ən iri yaşayış ərazilərində yerləşən 5 000-dən artıq məntəqə və şöbəni əhatə edir.

PrivatMoney sistemi aşağıdakıları təmin edir:

ən populyar valyutalarda (ABŞ dolları, Avro, Rus Rublu) köçürmələrin həyata keçirilməsini;
köçürmənin yüksək sürətini - alan vəsaitə köçürməyə nəzarət nömrəsinin verildiyi andan buraxılış əldə edir;
sərfəli tarifləri (göndərilmə zamanı 3%-dən başlayan);
köçürmənin fərdi nəzarət nömrəsi ilə (kodla) mühafizəsi və eyniləşdirilməsini.

Sistemin üstünlükləri:

Göndərənin alanın konkret ünvanını və ya onun hesab nömrəsini bilməy ehtiyacı yoxdur. Köçürmənin göndərilməsi üçün blankı doldurmaq, göndərənin şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, köçürmənin məbləğini kassaya ödəmək kifayətdir, bundan sonra əməliyyatçı Sizə ötürdüyünüz köçürmənin kodunu bildirəcək.
Köçürmənin alınması üçün alan müştəri göndərənin soyadını və adını, məbləği və köçürmənin göndərildiyi ölkəni bilməlidir. Köçürmənin alınması zamanı müştəri blankı* doldurmalı, alanın şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir. Alanın köçürmənin nəzarət nömrəsini bilməsi mütləq deyil, lakin köçürmənin sistemdə axtarışını əhəmiyyətli dərəcədə sadələşdirir.
Bundan əlavə, PrivatMoney MDB-də köçürməni göndərənin və alanın pulsuz SMS məlumatlandırılması (10 sözə qədər) xidmətinin olduğu yeganə ödəniş sistemidir. Köçürməni alan müştərilərə köçürmənin göndərilməsi faktı haqqında SMS xəbər göndərilir, göndərən müştərilər isə köçürmənin alınması haqqında SMS xəbər alır.
Məhsullar
Xəbərlər
Digər