117

News and events

Unibank gənclərə bank kartı hədiyyə edir
29.01.2018
Unibank 2 Fevral Gənclər günü ilə əlaqədar xüsusi kampaniya keçirir. Yanvarın 29-dan fevralın 4-dək Unibanka müraciət edən gənclərə debet kartları pulsuz veriləcək. 18-25 yaş arası gənclər ilkin 20 AZN/USD/EUR vəsait mədaxil etməklə Unibank plastik kartlarına sahib ola biləcəklər. Kartı şəxsiyyət vəsiqənizi təqdim etməklə sizə yaxın Unibank filialından və yaxud onlayn (http://go.unibank.az/2Azdz07) sifariş edə bilərsiniz.

Unibank kartına sahib olmağın üstünlükləri:

- Dünyanın istənilən yerində istifadə imkanı;
- 30%-dək CASHBACK;
- 500-dən artıq partnyor mağazada endirim və hədiyyəli alış-verişlərdən faydalanmaq imkanı.

Müştərilərin tələbatını nəzərə alaraq, Unibank filialları şənbə günləri də əhaliyə xidmət göstərir. Unibank-ın xidmət və məhsullarından istifadə etmək istəyənlər, həftə sonu bank filiallarına müraciət edə bilərlər. Bankın paytaxt və Abşeronda “Əcəmi”, “Neftçilər”, 15 saylı, “Sumqayıt”, “Nərimanov”, “Bakıxanov”, “Xırdalan”, “İnşaatçılar”, “Mərdəkan”, 14 saylı (Beş mərtəbə), “Əhmədli” filialları, regionlarda isə “Bərdə”, “Gəncə”, “Kəpəz”, “Mingəçevir”, “Tovuz”, “Quba” və “Şəmkir” filialları şənbə günləri saat 10.00-dan 14.00-dək müştərilərin xidmətindədir. Şənbə rejimində işləyən filiallar müştərilərə kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərir. Bankın bütün filialları isə həftənin 5 günü saat 09.00-dan 17.00-dək fəaliyyətdədir.

Search

Products
News
Other