117

News and events

Unibankda kampaniyalar davam edir: 0% komissiyalı kredit, “+2% hədiyyəli” depozit
19.10.2018
Hansısa planınızı həyata keçirmək, biznesinizi böyütmək üçün kredit lazımdırsa, tərəddüd etmədən sizə yaxın Unibank filialına yaxınlaşa bilərsiniz. Hazırda bankda sərfəli kredit və depozit kampanyaları davam edir:

Təqaüdçülər üçün komissiyasız kredit
Unibanka müraciət edən təqaüdçülər nağd istehlak kreditlərini 0% komissiya ilə əldə edə biləcəklər. Sığorta xərcinin olmadığı, zaminsiz verilən bu kreditlərdən təqaüdü 100 manatdan yuxarı olan hər kəs faydalana bilər. Kreditin ödəniş vaxtını da təqaüdçülər özləri seçəcək. 

Biznes üçün 0% komissiyalı kredit və sərfəli faiz
Hər zaman biznesin etibarlı tərəfdaşı olan Unibank, ilin sonunadək biznes kreditlərini komissiyasız edib. Biznesini böyütmək istəyən sahibkarlar dekabrın sonunadək müraciət edib lazım olan məbləğdə manat biznes kreditlərini 0% komissiya ilə götürə bilərlər. İlin sonunadək müraciət edib kreditini 31 yanvaradək rəsmiləşdirənlər də komissiya ödəməyəcək.

Noyabrın 16-dək davam edən “Sözümüz sözdür!” kampaniyası isə Unibankdan kredit götürmək istəyən hüquqi şəxslərə çox aşağı faizlə kredit əldə etmək imkanı verir. Kampaniya müddətində götürülən kredit tam ödənilidikdən sonra, müştərinin ödədiyi faiz məbləğinin 10%-i onun hesabına geri qayıdacaq.

Əmanətçilər üçün yüksək faizli depozit
Pullarınızı daha yüksək faizlə və etibarlı banklardan birinə əmanət etmək istəyirsinizsə, Unibank doğru seçiminizdir. 31 oktyabradək Unibanka manat depoziti yerləşdirən hər kəsə bankdan illik əlavə 2% hədiyyə ediləcək. Aksiya çərçivəsində “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 12%-ə, “Yığım” və “Proqressiv” depozitinin faiz dərəcəsi ilə illik 10%-ə yüksəlib. 

Bundan başqa, indi Unibankda manatda əmanət hesabı açanlar, əmanətin 1 illik faizini elə hesab açdıqları gün də götürə bilirlər. Bankın manat valyutasında “Faizlər əvvəlcədən” adlı yeni əmanət növündə müştəriyə əmanət üzrə hesablanmış faizləri əmanət hesabını açdığı gün götürmək imkanı verir. Əmanətin illik faiz dərəcəsi 9%-dir (7% + 2% hədiyyə).

Search

Products
News
Other