117

Xəbərlər və aksiyalar

Unibank müştərilər üçün "ƏDV-ni Geri Al, 10 qat bonus qazan!" aksiyası keçirir
Aksiya çərçivəsində XX tarixindən etibarən müştərilər UBank tətbiqi vasitəsilə yüklədikləri qəbzlər üzrə qazandıqları ƏDV məbləğinin 10 qatı miqdarında UBank bonusu qazanacaqlar.
28.01.2022
Unibankın 20 milyon manatlıq istiqrazı uğurla yerləşdirilib
“Unibank” KB ASC -nin ümumi dəyəri 20 milyon manat olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 9 iştirakçı tərəfindən alınıb. Sayı 20 min ədəd olan istiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 9%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 18 aydır. Emissiyanın təşkilatçısı və marketmeykeri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
27.01.2022
Unibankın aktivləri 1 milyardı keçdi
“Unibank” KB ASC 2021-ci il üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 dekabr 2021-ci il tarixinə Bankın əməliyyat mənfəəti 22 milyon manat təşkil edib. İl ərzində qazanılmış faiz gəlirləri 121 milyon manatı ötüb, qeyri-faiz gəlirləri isə 40 milyon manata çatıb. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 29%, faiz gəlirləri isə 38% artıb
26.01.2022
Leobank rəqəmsal bankı seçən istifadəçilərin sayı artıq 100 000 nəfərə çatıb
Bildiyiniz kimi, “Leobank”ı seçən istifadəçilərin sayı bu yaxınlarda artıq 100 000 nəfərə çatıb. Siz bu yazını oxuyarkən, bu rəqəm sürətlə artmaqda davam edir. Rəqəmlər mövzusuna toxunmuşkən “Leobank”ın fəaliyyəti ilə bağlı bəzi real faktları sizinlə bölüşmək istərdik. “Leobank”ın mobil tətbiqindən bir gündə 35 400 müştəri istifadə edir, aktiv istifadəçilərin sayı isə həftədə 81 000-ə çatır. Bu təəccüblü deyil, çünki Leobank komandası çox rahat bir tətbiq hazırlayıb və bunun sayəsində müştəri bütün xərclərini rahat idarə etmək imkanı əldə edir. Bundan əlavə, bütün iş dövrü ərzində Leobank 200 000 000 manat məbləğində 3 200 000-dən çox əməliyyat həyata keçirib. Ən əsası isə Leobank artıq müştərilərinə 260 000 AZN-dən çox keşbek ödəyib!
21.01.2022
Unibank ipoteka faiz dərəcəsini endirib
Unibank ipoteka kreditləri üzrə faiz dərəcəsini aşağı salıb. Mənzil arzusunu reallaşdırmaq istəyənlər üçün indi əsl fürsətdir. Aprelin 30-dək davam edən kampaniya çərçivəsində “Unibank”dan ipoteka kreditlərini 1% daha aşağı faizlə - illik 7% -lə götürə bilərsiniz. Bu kampaniya həm müştərilərin aylıq ödənişlərinin, həm də faiz ödənişlərinin azalmasına imkan yaradacaq. Kampaniyanın şərtləri haqda daha ətraflı məlumatı bu linkdən (http://unbk.az/ipoteka) öyrənə bilərsiniz. Kampaniyadan indi istifadə edin ki, ipoteka kreditləri üzrə ayrılmış limitdən faydalananlardan olasınız! Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Ötən il ipoteka kreditlərinin verilməsi sahəsində bank bu illər ərzində ən yüksək göstərici əldə edib. 2021-ci ildə ümumilikdə 150 nəfərə 10 milyon manatdan çox ipoteka krediti verilib.
19.01.2022
Unibank “Yeni il” lotereyasının qaliblərini açıqladı
“Yeni il” tirajlı stimullaşdırıcı lotereyasının qalibləri tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsi ilə seçilib. Nəticələrə əsasən, 5 nəfər qalib müəyyən edilib. Əsas hədiyyənin qalibi iPhone 13 256 GB Midnight və Premium kart, digər 4 qalib isə Unibank-dan Premium kart qazanıb.
14.01.2022
Apple Pay / NFC ilə ödə, 1 AZN keşbek qazan!
Unibank, Mastercard sahibləri üçün yeni kampaniyanı təqdim edir. 31 yanvaradək davam edəcək kampaniya çərçivəsində istənilən marketdə alış-veriş zamanı Apple Pay / NFC vasitəsilə edilən minimum 5 AZN dəyərində hər bir ödəniş müştərilərə 1 AZN dəyərində keşbek qazandıracaq.
14.01.2022
Unibank kapitallaşmanı uğurla başa çatdırıb
Unibank bu il üçün nəzərdə tutulan kapitallaşma proqramını uğurla başa çatdırıb. Səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesinin yekunlaşması nəticəsində, Bankın məcmu kapitalı ümumilikdə 30 milyon manatdan çox artıb. Kapitallaşma proqramı iki komponentdən ibarət idi: -Subordinasiya borcunun cəlb olunması yolu ilə -Əlavə səhm buraxılışı ilə Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımı müvəffəqiyyətlə icra edilib. Subordinasiya borcunun cəlb olunması istiqaməti üzrə “Unibank” Kommersiya Bankı tərəfindən 15 milyon ABŞ dolları məbləğində istiqraz buraxılışı həyata keçirilib. Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 15 000 ədəd istiqrazın satışından Bank 25,5 milyon manat vəsait əldə edib. Bu proses oktyabrda yekunlaşıb.
30.12.2021
Unibankın İdarə Heyətində yeni təyinat olub
“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Heybət Qədirov İdarə Heyətinin üzvü və İcraçı direktorun birinci müavini vəzifəsinə təyin edilib. O, İdarə Heyətinin üzvü kimi Bankın Pərakəndə biznes və Marketinq sahələrini kurasiya edəcək. Bu təyinatadək isə Bankda Pərakəndə biznes üzrə Baş inzibatçı vəzifəsində çalışıb. Heybət Qədirov 2008-ci ildən Unibank komandasının üzvüdür.
30.12.2021
Smartfonun və saatınla təmassız ödə, hər yerdə keşbek qazan!
Unibank yeni il ərəfəsində müştərilərini kampaniyaları ilə sevindirməyə davam edir. "Smartfonun və saatınla təmassız ödə, hər yerdə keşbek qazan!" kampaniyası çərçivəsində 25-31 dekabr tarixində Unibank Mastercard kart sahibləri Apple Pay və NFC ödəniş sistemlərini dəstəklədikləri cihazları ilə istənilən məkanda və həmçinin onlayn olaraq minimum 5 AZN dəyərində ödəniş etdikdə, hər ödənişinə görə 1 AZN keşbek qazanacaqlar.
24.12.2021
Unibank nizamnamə kapitalını artırıb
Bakı Fond Birjasında Unibank KB ASC-nin hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 5 000 001.92 manat məbləğində, 1 838 236 ədəd əlavə buraxılmış sənədsiz səhmlərinin yerləşdirilməsi uğurla başa çatıb. Bunun nəticəsində “Unibank”ın nizamnamə kapitalı artaraq 130 686 357,60 manata çatıb. Emissiyanın yekunları haqda hesabat artıq Mərkəzi Bank tərəfindən təsdiq olunub. Nizamnamə kapitalının artımı ilə səhmdarların pay bölgüsündə də dəyişikliklər olub.
24.12.2021
Unibank texniki avadanlıq alınması üzrə tender elan edir
Unibank KB ASC 10 min HSM Thales, 3 ədəd kriptoqrafik avadanlığı və lisenziyaların alınması üzrə tender elan edir. Tenderdə iştirak etmək istəyən şirkətlər şəhadətnamə, çıxarış və müqaviləni imzalayacaq şəxsin səlahiyyətini təsdiq edən sənədi Unibankın Baş ofisinə - Rəşid Behbudov 55 ünvanına (Kənan Rüstəmovun adına) təqdim etməlidirlər.
21.12.2021
Unibankın mobil əlavəsi ilin ən yaxşı mobil tətbiqi seçilib
“Unibank”ın mobil əlavəsi olan UBank maliyyə və biznes sahəsində ilin ən yaxşı mobil tətbiqi seçilib. UBank səsvermənin və münsiflərin dəyərləndirməsində yüksək göstərici əldə edərək, ən yaxşı mobil əlavə kimi NETTY2020/2021 Milli İnternet Mükafatını alıb. UBank artıq ikinci dəfədir ki, bu yüksək mükafata layiq görülür.
20.12.2021
Unibank "Yeni il" tirajlı stimullaşdırıcı lotereyası keçirir
10 dekabr- 10 yanvar tarixlərində Unibank müştəriləri üçün "Yeni il" tirajlı stimullaşdırıcı lotereyasını keçirir. Lotereya çərçivəsində müştərilər UBank tətbiqində və həmçinin Apple Pay, NFC ödəniş sistemləri vasitəsilə etdikləri hər 1 AZN ödəniş ilə lotereyada 1 iştirakçı şansı qazanır.
10.12.2021
Unibankla Yeni ilə üç sıfır öndə başla!
Yeni ildən etibarən həyatınızda başlanğıclara imza atmaq, planlarınızı həyata keçirmək üçün sərfəli şərtlərlə vəsait əldə etmək istəyirsinizsə, Unibank sizə bu imkanı yaradır. “Unibank”ın kampaniyasından faydalanaraq, Yeni ilə üç sıfır öndə başlayın! 11 yanvaradək “Unibank”da: - Nağd kreditlərin komissiyası – 0 - Kartların xidmət haqqı – 0 - Üstəlik bütün bu məhsulların əldə edilməsi üçün vaxt itkisi – 0
10.12.2021
"TikTok çək, iPhone 13 qazan!"
Unibank müştəriləri üçün yeni il qabağı hədiyyəli müsabiqəni təqdim edir. Bu müsabiqədə qalib gələn iştirakçı ən son model smartfon - iPhone 13 qazanacaq.
09.12.2021
Unibank kartını almaq üçün azı 8 səbəbiniz var
Pulunuzu xərcləyəndə də, xərcləməyəndə də qazandıran pulsuz kart almaq istəyirsinizsə, “Unibank”a müraciət etməyin əsl vaxtıdır. Kartı bank filialına gələrək elə yerindəcə və yaxud istənilən yerdən UBank vasitəsilə sifariş edə bilərsiniz.
06.12.2021
Unibank şəhid və qazi ailələrinə dəstək olmaqda davam edir
Unibank özünüməşğulluq layihəsi çərçivəsində şəhid və qazi ailələrinin şəxsi bizneslərinin yaradılması prosesində fəal iştirak edir. Bank layihənin ikinci mərhələsində paytaxt və bölgələrdə yaşayan 7 nəfər qazi və şəhid ailəsini müxtəlif avadanlıqlar və heyvandarlıq paketləri ilə təmin edib.
02.12.2021
Unibank rəhbərliyində yeni təyinat olub
“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Fərid Abuşov İdarə heyəti sədrinin birinci müavini təyin edilib.
25.11.2021
Unibankda "Narıncı cümə" kampaniyası keçirilir
Bütün dünyada Noyabr ayının sonuncu cüməsi “Qara cümə” olaraq qeyd olunur. Bu münasibətlə Unibank, müştəriləri üçün 25-28 noyabr tarixində “Narıncı cümə” kampaniyasını keçirir. Kampaniya şərtlərinə əsasən Trendyol.com saytında alış-veriş zamanı Unibank kartları ilə edilən ödənişlər müştərilərə 5% keşbek, Albalı kredit kartı ilə ödəniş etdikdə isə əlavə olaraq 3 ay FAİZSİZ, hissə-hissə ödəmək imkanı təqdim olunacaq.
24.11.2021
Unibankın şəhid ailələri ilə bağlı layihəsi ən yaxşı KSM layihələrindən biri seçilib
Unibank “Milli KSM mükafatı - 2020” müsabiqəsinin qalibi seçilib. Ölkəmizdə artıq üçüncü dəfədir təşkil edilən müsabiqədə Unibank hər zaman qaliblər sırasında olub. Budəfəki Milli KSM mükafatı Zəfər ili kimi tariximizə yazılan 2020-ci ildə Bank tərəfindən şəhid ailələri ilə bağlı həyata keçirilən müxtəlif layihələrə görə verilib. “Unibank”ın şəhid ailələri ilə bağlı həyata keçirdiyi layihə müsabiqə komissiyasının qərarı ilə 2020-ci ilin ən yaxşı Korporativ Sosial Məsuliyyət layihələrindən biri seçilib. Layihə BMT-nin 17 dayanıqlı inkişaf məqsədlərindən biri “Məqsədlər üçün tərəfdaşlıq” istiqamətinə uyğun olduğu üçün mükafat alıb.
05.11.2021
Unibank Visa kart sahibləri Apple Pay ödənişləri ilə cashback və müxtəlif hədiyyələr qazanır!
31.12.2021 tarixinədək Unibank Visa kart sahibləri Apple Pay vasitəsilə edilən ödənişlərə görə müxtəlif məkanlarda yüksək cashbacklar, endirim kuponları və hədiyyələr qazanırlar. Bunun üçün sadəcə Unibank Visa kartını UBank tətbiqi üzərindən Apple Pay-ə əlavə etmək, iPhone smartfonu və Apple Watch ilə ödəniş etmək kifayətdir.
02.11.2021
Unibank Mastercard kartları Apple Pay ilə edilən ödənişlər üzrə cashback qazandırır
Unibank Mastercard kartları Appe Pay ilə edilən ödənişlər üzrə cashback qazandırır Unibank Mastercard kart sahibləri Apple Pay vasitəsilə marketlərdə alış-veriş edərkən ümumilikdə 5 AZN cashback qazana bilirlər. Kart sahibi ilk ödəməsi üçün 1 AZN, ikinci ödəməsi üçün 1 AZN, üçüncü ödəməsi üçün 3 AZN cashback qazanacaq. Maksimum 3 aməliyyat üzrə və 5 AZN dəyərində cashback qazanmaq mümkündür. Hər ödənişin məbləği minimum 5 AZN olmalıdır
02.11.2021
Apple Pay artıq Unibank və Leobank kart sahibləri üçün əlçatan olur
iPhone və Apple Watch ilə ödənişin daha təhlükəsiz, əmin və məxfi yolu. Bu gündən etibarən Unibank və Leobank kart sahibləri Apple Pay vasitəsilə ödəmələri daha təhlükəsiz, əmin və məxfi şəkildə edə bilərlər. Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən-ələ ötürmədən ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-un innovativ texnologiyaları ilə təmin olunur.
02.11.2021
Unibank 3-cü rübü də mənfəətlə başa vurub
“Unibank” KB ASC 2021-ci ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb. 30 sentyabr 2021-ci il tarixinə Bankın əməliyyat gəlirləri 116 milyon manat təşkil edib. İlin ilk 9 ayında qazanılmış faiz gəlirləri 87 milyon manat, qeyri-faiz gəlirləri isə 29 milyon manat olub. Xüsusi vurğulamaq lazımdır ki, Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 48% artıb.
26.10.2021
Unibank özünüməşğulluq layihəsində daha 3 ailəyə dəstək olub
Unibank özünüməşğulluq layihəsi çərçivəsində ölkə vətəndaşlarının şəxsi bizneslərinin yaradılması prosesində fəal iştirak edir. Bu günlərdə daha 3 ailəyə Unibank tərəfindən belə dəstək göstərilib. Bakı sakini,Vətən müharibəsi iştirakçısı Namizəd Azayev, Neftçala sakini Ceyhun Kazımov və Bakı sakini Vüsal Niyazov öz şəxsi bizneslərini qurmaq üçün Bank tərəfindən lazımi avadanlıqlarla təmin olunublar.
06.10.2021
Unibank özünüməşğulluq layihəsində daha 3 ailəyə dəstək olub
Unibank özünüməşğulluq layihəsi çərçivəsində şəhid və qazi ailələrinin şəxsi bizneslərinin yaradılması prosesində iştirak edir. Bu günlərdə daha üç ailəyə Unibank tərəfindən belə dəstək göstərilib. Şəmkirdə yaşayan şəhid ailələri Zabit Məmmədova və İlqar Məmmədova, Bərdə sakini, Aprel döyüşlərinin qazisi Vasif Babayevə Unibank tərəfindən heyvandarlıq paketləri hədiyyə edilib. Qeyd edək ki, Unibank ötən ildən həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
06.10.2021
Unibankın mobil əlavəsindən “Contact”la pul köçürmək çox sərfəlidir
Banka getmədən, istədiyiniz yerdə, cəmi 0,5% komissiya ilə və bir neçə saniyə ərzində Rusiyaya pul köçürmək mümkündür. Bu imkanı “Contact” pulköçürmə sistemi və “Unibank”ın mobil əlavəsi UBank yaradıb.
28.09.2021
Unibankın mobil əlavəsi ilə Rusiyaya pul köçürmək ikiqat sərfəli olub
Həm saniyələr ərzində pul köçürürsən, həm də iki dəfəyə yaxın daha az komissiya ödəyirsən! Bu imkanı sənə “Zolotaya Korona” pulköçürmə sistemi ilə “Unibank”ın UBank mobil əlavəsi yaradır. “Zolotaya Korona” pulköçürmə sistemi üzərindən UBank vasitəsilə Rusiyanın istənilən bölgəsinə pul köçürmək indi çox sərfəli olub, komissiya xərcləri iki dəfəyə yaxın aşağı salınaraq cəmi 0,5% -ə endirilib. Günün istənilən vaxtı və cəmi bir toxunuşla bu sərfəli kampaniyadan istifadə edə bilərsən!
16.09.2021
Unibank Qarabağ Dirçəliş Fonduna dəstəyinə görə sertifikat alıb
Unibank işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinə dəstək verdiyi üçün Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi sertifikata layiq görülüb. Fond rəhbərliyi tərəfindən Unibank KB ASC-nin Müşahidə Şürasının sədri Eldar Qəribova Qarabağ Dirçəliş Fondunun “İanə Sertifikatı” təqdim edilib. Təqdimat ötən gün Fondun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşündə həyata keçirilib. Qeyd edək ki, Unibank tərəfindən “Qarabağ Dirçəliş Fondu”na 100.000 manat vəsait köçürülüb.
09.09.2021

Axtarış

Məhsullar
Xəbərlər
Digər