117

Новости и акции

Unibankdan krediti indi al, olanda ödə!
01.11.2018
Krediti indi alırsınız, imkanınız olanda ödəyirsiniz. Unibankın Kənd təsərrüfatı işçiləri günü münasibəti ilə başladığı bu kampaniya, kənd təsərrüfatı ilə məşğul olan şəxslərin biznesinə böyük dəstək məqsədi daşıyır. Kampaniya çərçivəsində kreditlər güzəşt müddəti ilə, daha aşağı faizlə və 0% komissiya ilə veriləcək. Fermer götürdüyü kreditin əsas məbləğini verilən güzəşt müddəti ərzində - öz məhsulunu satandan sonra ödəmək imkanı qazanacaq. Unibankdan dekabrın 30-dək kənd təsərrüfatı məqsədli mikro kredit götürənlər bu kampaniyanın üstünlüklərindən faydalana biləcəklər.

“İndi al, olanda ödə” kampaniyası fermerlərə bir çox üstünlüklər verir:

- illik 5%-dən başlayan kredit;
- 9 ayadək güzəşt müddəti;
- komissiya 0%;
- 3 ayın faizləri hədiyyə. 

Kampaniya 12 ay və daha artıq müddətə götürülən kreditlərə şamil olunur. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar Unibank filiallarına müraciət edərək, sərfəli mikro kreditlər əldə edə bilərlər.

Поиск

Продукты
Новости
Другое