Новости и акции

Unibank hər kəs üçün KOMİSSİYASIZ kredit aksiyası keçirir
03.06.2019

Unibank hər kəs üçün 0% komissiyalı nağd kredit kampaniyası həyata keçirir. İyunun 8-dək “Unibank”da 20.000 AZN-dək nağd kredit rəsmiləşdirənlər, komissiya ödəməyəcək. Bu aksiya işindən, peşəsindən asılı olmayaraq, rəsmi gəliri 100 manat və yuxarı olan hər kəs üçündür.

 

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanının uyğun olaraq, müştərilərinə kompensasiya ödənişlərini uğurla başa çatdıran Unibank, geniş filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. Prezident fərmanının daha operativ icrası məqsədi ilə prosesin başladığı ilk gündən “Unibank”ın bütün filial əməkdaşları kompensasiya ödənişini həyata keçirməyə yönləndirildi. Fərmanın icrası müddətində 122 651 müştəriyə 65 milyon 257 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. Kompensasiyaların verilməsi zamanı hansısa səbəbdən bank filiallarına gələ bilməyən müştərilərin vəsaitləri isə onların bankdakı mövcud cari hesablarına köçürülüb. Bu müştərilərə SMS bildirişlər göndərilib. Həmin müştərilər istədikləri vaxt şəxsiyyət vəsiqələri ilə filiala yaxınlaşaraq, vəsaiti məxaric edə bilirlər.

“Unibank”ın Satiş və xidmətə dəstək departamentinin direktoru Mikayıl Məmmədov bildirib ki, bank fərmanın operativ icrası üçün bütün tədbirləri həyata keçirdi: “Kompensasiya ödənişlərinin verilməsi bank üçün ən prioritet məsələ idi və biz bu prosesi uğurla  yekunlaşdırdıq. Artıq bank tam olaraq öz əvvəlki fəalyyətinə qayıdıb. Müştərilər əvvəl olduğu kimi rahat şəkildə istənilən bank xidmətindən faydalana bilərlər. Bura cari hesabın açılmasından, əmanətin yerləşdirilməsindən tutmuş, istehlak, mikro və KOB biznes kreditlərinin verilməsi daxildir”.

Bu həftənin sonunadək “Unibank”dan nağd kredit götürənlər isə komissiyasız kredit kampaniyası çərçivəsində xüsusi üstünlüklər əldə edəcəklər:

 

- komissiya 0%;
- sığorta xərci yoxdur;
- zamin tələbi yoxdur;
- kreditin ödəniş tarixini müştəri özü təyin edir;
- 20 000 AZN-dək kredit məbləği;
- 48 ayadək ödəniş müddəti;
- cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;
- kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.  

 

Krediti banka gəlmədən də 050 778 8117 whatsapp nömrəsinə yazaraq, 117 məlumat mərkəzinə zəng edərək, Unibank Mobile-dan, www.unibank.az saytından onlayn sifariş etməklə (http://go.unibank.az/2FcSiNh ) və ya Unibank filiallarına müraciət edərək əldə edə bilərsiniz.

 

Продукты
Новости
Другое