İpoteka krediti

Arzuladığın mənzil əlçatmaz deyil! İndi kredit götür və arzularını reallaşdır!

Arzuladığın mənzil əlçatmaz deyil! İndi kredit götür və arzularını reallaşdır!

— Valyuta: AZN
— Məbləğ: 150 000 manatdan (güzəştli ipotekada 100.000) və girov qoyulan yaşayış sahəsinin bazar dəyərinin 80%-indən artıq ola bilməz
— Müddət: 3 ildən 25 ilədək (güzəştli ipotekada 30 ilədək)
— Kreditin rəsmiləşdirilməsinə görə komissiya-0.1%
— İpoteka kreditlərinin illik dərəcəsi: 8%-dən artıq ola bilməz
— İlkin ödəniş: 20%
— Girov: yaşayış sahəsi
— İpoteka predmetinin dəyərinin qiymətləndirilməsi: müstəqil qiymətləndirici şirkətlər tərəfindən həyata keçirilir
— Kredit alan: yalnız Azərbaycan vətəndaşlarına verilir
— Ödəniş: kredit üzrə əsas borc və hesablanan faizlər hər ay bərabər hissələrlə (annuitent ödənişlər) ödənilir. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirlərinin 70%-indən çox olmamalıdır
— Sığorta: borcalanın həyatı və əmək qabiliyyəti, habelə girov qoyulan yaşayış sahəsi kreditin məbləğinə bərabər məbləğdə slğorta olunmalıdır
— Kreditin son ödəniş tarixi: borcalanın yaşı qanunvericiliklə müəyyən olunan pensiya yaş həddindən çox olmamalıdır.
— Krediti ödəmək: İpoteka ödənişinin Hökümət ödəniş portalında https://gpp.az/ və yaxud Unibank Mobile əlavəsinin “Hökumət ödənişləri” bölməsindən edə bilərsiniz.
— Kredit müraciəti: İpoteka kreditinin alınması üçün müraciətlər yalnız Elektron Hökümət Portalı (www.e-gov.az) vasitəsilə mümkündür. Müraciət zamanı qeydiyyatdan keçərkən borcalanlar Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imza (www.asanimza.az) əldə etməlidirlər.

Mənzil Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka krediti vasitəsilə alındıqda, minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 15%-ni təşkil etməlidir.

“MİDA” MMC ilə “Unibank”KB ASC-nın əməkdaşlığı nəticəsində əhaliyə güzəştli ipoteka krediti təklif edilir.

Ölkə başçısının 16.11.2016-cı il tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşlara təqdim olunan güzəştlərdən biri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ” ASC-nin vəsaiti hesabına güzəştli ipoteka kreditindən yararlanmaq imkanıdır. Belə kreditlər ““Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ”” ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlayan agent banklar vasitəsilə veriləcək.

Vətəndaşlar üçün bu şəraiti təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ““Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ”” ASC-nin müvəkkil banklarına edilmiş müraciətə əsasən “MİDA” MMC ilə əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən növbəti kredit təşkilatı ““Unibank”KB ASC” oldu.

“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar mənzilləri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayan UNİBANK KB ASC vasitəsilə əldə edə biləcəklər. 
— Borcalanın (birgə Borcalanın) şəxsiyyətini təsdiq edən sənəd (sənədin surəti);
— Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti);
— Borcalanla (birgə Borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin surətləri);
— Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin surətləri);
— Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar şöbəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti;
— Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa əlavə iş yerindən arayış və s.);
— İpoteka predmetinin qiymətləndirmə aktı.
İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
— Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
— Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
— Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
— Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
— Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
— Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
— İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).

— Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
— Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
— Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
— Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
— Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.

Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
AZN
6ay
0 %
Ümumi məbləğ
0 AZN
Aylıq ödəniş
0 AZN
Məhsullar
Xəbərlər
Digər