Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) və Unibank ixrac və idxal əməliyyatlarının dəstəklənməsi, eləcə də Azərbaycan bizneslərinin, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) maliyyələşməyə çıxışının artırılması məqsədilə ticarət maliyyələşdirmə xətti üzrə 7 milyon ABŞ dolları məbləğində saziş imzalayıblar.
Unibank Avropanın Cənub-Şərqi Fondundan (EFSE) 10 milyon avro məbləğində kredit xəttinin cəlb olunması ilə bağlı iki illik saziş imzalayıb. Beynəlxalq aktiv idarəetmə şirkəti Finance in Motion tərəfindən birgə idarə olunan bu vəsait tam şəkildə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOS) maliyyələşdirilməsinə yönəldiləcək.
Unibank KB ASC “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbirin bank tərəfdaşı olub.