Xəbərlər və aksiyalar

Unibank 2018-ci ili mənfəətlə başa vurub
31.01.2019
“Unibank” KB ASC 2018-ci ilin maliyyə nəticələrini açıqlayıb. Bank maliyyə hesabatlılığı sahəsində İFRS 9 standartına tam keçid edib və 2018-ci ilin maliyyə nəticələri bu standart əsasında hazırlanıb.
“Unibank” KB İdarə heyətinin sədri Faiq Hüseynov hesab edir ki, 2018-ci il Unibank üçün uğurlu illərdən biri kimi yadda qalacaq: “Əgər ilin nəticəsini bir cümlə ilə ifadə etsək, deyə bilərik ki, səhmdarların yaxından dəstəyi ilə Unibank komandası 2018-ci il üçün qarşısında qoyulmuş bütün hədəflərə nail oldu. Beynəlxalq maliyyə standartlarına (İFRS 9) əsasən, ötən il 30 milyon manat mənfəət əldə edilib. Biz bunu yüksək göstərici kimi qiymətləndiririk”.

Hesabat dövrünə Unibankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq üzrə göstəricilərdə artım qeydə alınıb. Əvvəlki 3 illə müqayisədə, 2018-ci ildə daha aktiv kreditləşmə aparılıb. İl ərzində müştərilərə verilmiş kreditlərin artımı 152 milyon manat təşkil edib. Cəmi kredit portfelində artım isə ilin əvvəli ilə müqayisədə 18% olub.


Unibank ənənəvi olaraq real sektora dəstəyini davam etdirir. Bank ötən il ərzində kiçik, orta sahibkarlıq, mikro, eləcə də böyük korporativ şirkətlər daxil olmaqla, biznesə 100 milyon manatdan çox kredit ayırıb.

Keçən il ərzində debet kartların sayında 25% -dən çox artım olub.

2018-ci il ərzində bankın depozit portfeli 22% artaraq, ilin sonuna 305 milyon manatı ötüb.
Ötən il Unibank üçün rəqəmsal bankçılıq sahəsində də uğurlu olub, müştərilərə bir sıra yeni məhsul və xidmətlər təqdim edilib. Unibankın mobil bank əlavəsi “ən yaxşı mobil əlavə NETTY2018 “ Azərbaycanın Milli internet mükafatını alıb. Bank, Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2018-ci ilin nəticələri üzrə “İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyasının qalibi olub.
Sosial layihələr Unibankın diqqət mərkəzindədir. Bu fəaliyyətinə görə, Unibank ölkəmizdə ilk dəfə keçirilən “Milli KSM mükafatı - 2018” müsabiqəsində “İdman sahəsində ilin layihəsi” nominasiyasının qalibi seçilib.
Unibank 2019-cu ilin ölkəmiz üçün pozitiv dəyərləndirir, öz qısa və orta müddətli strategiyasını bu inkişaf planı üzərində qurur. Bank, bu il kiçik və orta sahibkarlığın kreditləşdirilməsində öz aktivliyini daha da artıraraq, real sektorun müxtəlif sahələrinə dəstək verməkdə davam edəcəkdir. Pərakəndə bank xidmətləri sahəsində müştərilərə yeni məhsullar və daha yüksək xidmət təklif etməyi planlaşdırır. Rəqəmsal bankçılığın genişləndirilməsi bankın əsas prioritetlərindən biri olaraq qalacaq.
Məhsullar
Xəbərlər
Digər