Unibank
özünüməşğulluq layihəsində iştirakını davam etdirir. Layihə çərçivəsində bank tərəfindən
Bakı, Abşeron və Bərdədə yaşayan həssas əhali qruplarına heyvandarlıq və avtotəmizləmə
avadanlığı zərfləri üzrə dəstək olunub.
Qeyd
edək ki, Unibank 4 ildir həssas əhali qruplarının özünüməşğulluq proqramına
qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan
Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi
biznesini qurmaq istəyən həssas əhali qruplarının öz biznes planlarına uyğun
olaraq istehsal və ya xidmət avadanlıqları ilə təminatında iştirak edir. Məqsəd
həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına dəstək olmaqdır.